Lifti qırılan bina Şərurlu İsfəndiyarın şirkətinə məxsus imiş...

Lifti qırılan bina Şərurlu İsfəndiyarın şirkətinə məxsus imiş...Xəbər verdiyimiz kimi, Bakıda binanın lifti qırılıb və xəsarət alanlar var. Söhbət Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanındakı liftdən gedir. Baş verən qəza səbəbilə 4 nəfər xəsarət alıb. Belə ki, sakinləri binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qaldıran lift sonuncu mərtəbədə reysdən çıxaraq sürətlə aşağı düşüb.

Bəs, liftin qırılmasına səbəb nə olub? Ümumiyyətlə, sözügedən ünvandakı liftin təhlükəsizlik məsələsi necə tənzimlənir? FHN binalardakı liftə nəzarəti nə zaman həyata keçirir və qırılan liftə baxış keçirilibmi? Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Pərviz Aslanov Bizim.Media-ya bildirib ki, FHN binalardakı liftlərə nəzarəti ancaq dəvət əsasında həyata keçirir: "İstənilən bina istismara veriləndə yoxlama kitabında qeyd aparılır. Bu məsələlərin açıqlanması balanssaxlayıcıya aiddir. Yəni Mənzil-Tikinti Kooperativlərindən FHN-ə müraciət olunmamış, biz portfeli qolumuza vurub gedib hansısa ərazini yoxlaya bilmərik".

Bizim.Media-nın araşdırması əsasında məlum olub ki, lifti qırılan bina "Şərur" MTK-nın balansındadır.

"Şərur" MTK-nın Mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayilova isə baş verən hadisə ilə bağlı sorğumuza belə cavab verib:

"Hadisədən məlumatımız var. Liftin qırılma səbəbi yükün ağır olmasına görədir. Dəfələrlə bu barədə sakinlərə xəbərdarlıq olunub, hətta bir dəfə də bu barədə elan liftin qapısına yapışdırılıb. Bu hadisə zamanı da liftə yük çox vurulub. Başqa problem yoxdur. Onu da deyim ki, sonuncu dəfə liftə FHN tərəfindən ötən il baxış keçirilib".

MTK rəsmisi onu da əlavə edib ki, lifti qırılan bina "Universal servis" MTK tərəfindən 2008-ci ildə inşa edilib. Lift də binaya elə həmin ildə quraşdırılıb:

"2019-cu ildə isə bina istismara verilib. Lakin sakinlərin məskunlaşması 20 ilə yaxındır. Binada xidmət sakinlərin təyin etdiyi fiziki şəxs tərəfindən göstərilir.

Qeyd edək ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 2 nəfəri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan, 1 uşaq isə Sabunçu Tibb Mərkəzindən evə buraxılıb.

Onu da qeyd edək ki, "Şərur" MTK "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsusdur.

Məlumat üçün bildirək ki, bundan əvvəl də "Şərur" MTK-ya məxsus başqa binanın liftində bənzər problem yaşanıb. Söhbət paytaxtın Nərimanov rayonunun Bakıxanov küçəsi, 66 ünvanında yerləşən "Şərur" MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasından gedir.

Həmin binanın liftinin qəzalı vəziyyətdə istismar olunması barədə şikayətlər yayılmışdı. Sözügedən binadakı liftin "İrəvan SSR" lift zavodunun istehsalı olduğu məlum olmuşdu.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 949   Tarix: 17 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur

30 sentyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr