Azərbaycanda "Whatsapp plus"un istifadəsi qadağan oluna bilər? - AÇIQLAMA

Azərbaycanda "Whatsapp plus"un istifadəsi qadağan oluna bilər? - AÇIQLAMAXəbər verdiyimiz kimi, ən çox istifadə edilən sosial şəbəkə "WhatsApp"ın bir qədər də geniş yayılan versiyası "Whatsapp plus" tətbiqi vasitəsilə bilmədən vətəndaşlar şəxsi məlumatlarını və bank hesablarını tanımadığı şəxslərin əlinə vermiş olur. Bəs ölkədə "Whatsapp plus"un istifadəsi qadağan oluna bilər?

Məsələ ilə bağlı, İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının(AKTA) eksperti Bəhruz Əliyev Sonxeber.az-a açıqlama verib:

Azərbaycanda "Whatsapp plus"un istifadəsi qadağan oluna bilər? - AÇIQLAMA"Bu ayın əvvəlində Xüsusi Rabitə İnformasiya və Təhlükəsizlik Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi saxta "Whatsapp" tətbiqlərinin yaradılması, onların vətəndaşlara verə biləcəyi təhlükələr ilə bağlı xəbərdarlıq edib. Cəmiyyətə informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik ilə bağlı müxtəlif, geniş məlumatların verilməsi, iş mühitlərində davamlı təlimlərin keçirilməsinə ehtiyac var. Bu bir daha ehtiyacın nə qədər çox olduğunu, bununla bağlı rəhbər şəxslərin görəcəyi tədbirlərin sıxlaşdırılmasına tələb olduğunu göstərir. "Whatsapp plus" həqiqi "Whatsapp-ın istehsalçısından uzaq, vendora aid olmayan tətbiqdir. Təbii ki, bənzər proqramlar var: "Whatsapp plus", "Pink Whatsapp" və s. Bunların hamısı müxtəlif , özündə əlavə funksionallıq gətirdiyinə görə vətəndaşlarımız tərəfindən maraqlı qəbul olunur və istifadə edilir".

Bəhruz Əliyev bildirib ki, bəzi "Whatsapp plus" istifadəçilərinə funksiyalar maraqlı gəldiyinə görə bu proqramdan istifadə edirlər:

"Məsələn: qarşı tərəfin sildiyi statusları oxumaq, "onlayn" olmanın izlənməsi ilə bağlı əlavə funksionallıqlar, mesajları yadda saxlamaq, silinmiş mesajların oxunması kimi funksiyalar bəlkə də müəyyən psixoloji məqamdan asılı olaraq insanlara maraqlı gələ bilər. Amma əsla belə cəzbedici məsələlərə görə öz İT avadanlıqlarını təhlükəyə atmağa ehtiyac yoxdur. Nəzərə almaq lazımdır ki, "Whatsapp plus", "Pink Whatsapp" kimi saxta tətbiqlər əslində istifadəçini yoluxdurmaq, onların məlumatını oğurlamaq və müxtəlif digər məqsədlər üçün istifadə edilir. Hətta bəzi tətbiqlərin telefon resurslarından istifadə edərək "mining" əməliyatı aparmaq imkanı da var".

Ekspertin sözlərinə görə, "Kaspersky" laboratoriyasının 2023-cü il oktyabr tarixinə verdiyi araşdırma nəticələrində görə bilirik ki, saxta "Whatsapp" tətbiqləri yüklənmə sayına görə regionda ilk olaraq bizim ölkəmiz yer tutur:

"Bunun nisbəti 45.64 faiz əhatə edir. Bu təbii ki çox yüksək göstəricidir. Bu o deməkdir ki, həqiqətən saxta "Whatsapp" və ona bənzəyən proqramlardan istifadə edərək, əslində "Meta"nın özünə aid olmayan kənar tətbiqlərin yüklənməsi ilə vətəndaşlar və bütün insanlar öz informasiyalarını yoluxdurur. Öz IT avadanlıqlarını və məlumatlarını bir növ kimlərinsə əlinə pay kimi verir. Eyni zamanda şübhəli mesajlar, şübhəli zənglər, digər fərqli "fishing" metodlarına məruz qala bilir. Bir daha xüsusilə vurğulamaq istəyirəm ki, heç bir vaxt maariflənmədən uzaq qalmaq lazım deyil. Bununla bağlı, mütəxəssislərdən, kibertəhlükəsizliklə bağlı fəaliyyət göstərən qurumların fəaliyyətini izləməkdən, onların tövsiyəsini, verdikləri istiqaməti nəzərə alaraq daimi olaraq öz üzərilərində işləyərək inkişafda olmalıdırlar".

Bəhruz Əliyev qeyd edib ki, hər zaman daha da böyüyən informasiya texnologiyaları və avadanlıqlarının içərisində daha çox hücuma məruz qala bilərik:

"Vətəndaşlarımız daha diqqətli olmalı, saxta tətbiqlərdən uzaq durmalı və proqram yükləyərkən həmin tətbiqlərin istehsalçısına diqqət etməlidirlər. Adətən "Whatsapp" və "Whatsapp Business" kimi tətbiqləri "İOS" və "Android" kimi marketlərdən yükləmək olduğu halda, "Whatsapp plus" və bənzəri tətbiqləri marketlərdən görə bilmərik. Onlar adətən üçüncü tərəf bilinməyən proqramların yüklənməsinə icazə verərək, Android əməliyyat sistemlərində aktivləşdirmək mümkündür. Təbii ki, buda özündə çox ciddi risklər gətirir. Hər kəsi bu risklərdən uzaq durmağa maksimum cəhd göstərməsini tövsiyə edirəm".

ETX-nin sektor müdiri Ləman Hüseynzadə isə bildirib ki, Elektron Təhlükəsizlik Xidməti tərəfindən edilən araşdırmalar nəticəsində məlum olmuşdur ki, vətəndaşların üzləşdiyi maliyyə itkisi və cihazlarının zərərverici proqramlara yoluxmasını əsas səbəbi "Whatsapp plus" kimi rəsmi olmayan, eləcə də etibarlı mənbələrdən yüklənilməyən tətbiqlər nəticəsində baş verir:
"Aparılan araşdırmalar onu göstərir ki, kiberdələduzlar belə tətbiqlər vasitəsilə növbəti mərhələdə, vətəndaşların fərdi məlumatlarını oğurlaya bilər və cihazlardan növbəti kiberhücumlar üçün istifadə edə bilər. Elektron təhlükəsizlik xidməti vətəndaşları bu kimi hallara qarşı diqqətli olmağa, tətbiqləri yalnız rəsmi mənbələrdən yükləməyə, tətbiqləri yükləyərkən onlara verilən icazələri diqqətlə nəzərdən keçirməyi tövsiyə edir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3545   Tarix: 17 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur

30 sentyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr