Məşhurların sosial şəbəkə hesabları niyə HƏDƏFDƏDİR? - EKSPERT AÇIQLADI
Xəbər verdiyimiz kimi ötən gün Xalq artisti Aygün Kazımovanın 1,4 milyon izləyicisi olan rəsmi instaqram hesabı oğurlanıb. Müğənninin profil fotosu və səhifənin məlumat bölməsi dəyişdirilib, bütün paylaşımları silinib. Məşhurların səhifələrinin oğurlanmasının səbəbi nədir? Həmin səhifələri yenidən bərpa etmək mümkündür?
Bu barədə İKT üzrə ekspert Elvin Abbasov Sonxeber.az-a açıqalmasında bildirib ki, son günlərdə sosial şəbəkə hesablarının kütləvi şəkildə oğurlanması fərqli məqsədlər daşıyır:
" Bunlardan bəziləri şəxsi qərəzlilik müstəvisində olur. Bir çox halda isə kütləvi izləyicisi olan səhifələri oğurlayıb onları xarici kriptovalyuta və ya saxta valyuta satmaq, dələduzluq məqsədləri ilə istifadə olunur. Hansı ki, çox böyük kütləsi olan səhifələr daha sonra baxırıq ki, reklamlar, mal satışları yaxud kriptovalyuta satışları həmin böyük səhifələr üzərindən həyata keçirilir. Bunların qarşısını almaq üçün ikili identifikasiya aktivləşdirilməlidir. Bu səhifələrin 100 faiz oğurlanmasının qarşısını almasa da böyük həcmdə qarşısını alır. Yəni ki, hər səhifəyə girişdə, əgər bu səhifə "keş" bölməsində qalmayıbsa telefonlara kod gəlir. Həmin kodlar vasitəsilə giriş edilir və bir neçə təsdiqdən sonra səhifəyə daxil olur. Oğurlanan səhifələrin isə bərpası, geri qaytarılması mümkündür. Oğurlanan böyük səhifələr əgər "mavi tık" almayibsa da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Elektron Təhlükəsizlik Xidmətinə müraciət edərək oğurlanan səhifələrin bərpası üçün müraciət etmək mümkündür. Daha əvvəl analoji təcrübələrdə bir çox halda ETX-nin oğurlanmış səhifələrin geri qaytarılmasında vətəndaşlara çox böyük köməyi olub".
Qeyd edək ki, bundan əvvəl idmançı Pərviz Abdullayev ("Kobra" Pərviz), müğənni İradə İbrahimova və digər məşhurlarla bağlı eyni hallar yaşanıb. Hak edilən səhifələrdəki məlumatlar silinib, məzmuna uyğun olmayan paylaşımlar edilib.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1244 Tarix: 17 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə
30 sentyabrTemperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabrMüəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü
Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
1 oktyabrSaleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabrBu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur
30 sentyabrİnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər
İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar
30 sentyabr