Yeni tikilən binalar da mərkəzi istilik sisteminə qoşulacaq? - RƏSMİ AÇIQLAMA

Yeni tikilən binalar da mərkəzi istilik sisteminə qoşulacaq? - RƏSMİ AÇIQLAMAHazırda Bakı şəhərinin bir çox binalarında istilik təchizatı "Azəristiliktəchizat" ASC-yə məxsus beş ədəd rayon istilik qazanxanası, 345 ədəd məhəllədaxili qazanxana, 89 istilik məntəqəsi və "Azərenerji" ASC-nin İstilik Elektrik Mərkəzindən alınan istilik enerjisi hesabına həyata keçirilir.

"Azəristiliktəchizat" ASC-yə məxsus qazanxanalardan 246 ədədi müasir tipli, 62 ədədi köhnə tipli və 32 ədədi modul tipli daşınabilən qazanxanalardır.

"Azəristiliktəchizat" ASC-ə məxsus qazanxanalarda istehsal edilən istilik enerjisinin 31,9 %-i 1990-cı ilə qədər tikilmiş köhnə tipli qazanxanalara, o cümlədən rayon istilik qazanxanaları üzrə 17,8%, 3,1%-i 1990-2005-ci illərdə tikilmiş qazanxanalara, 54,2%-i 2005-ci ildən sonra tikilən qazanxanalara, 10,7%-i "Azərenerji" ASC-nin İstilik Elektrik Mərkəzinə aiddir. İstilik xətlərinin uzunluğu 845,6 km təşkil edir.

Hansı problemlər var?

Şəhərin istilik təchizatı sistemində əsas problem rayon istilik qazanxalarından və "Azərenerji" ASC-nin İstilik Elektrik Mərkəzindən çıxan ümumi uzunluğu 120 km-ə yaxın olan magistral istilik xətlərinin texniki vəziyyəti ilə bağlıdır.

Bundan əlavə, rəsmi məlumata görə, Bakı şəhərində 500-ə yaxın bina istilik mənbəyinin olmaması və binadaxili istilik sistemlərinin sıradan çıxması səbəbindən mərkəzi istilik sisteminə qoşulmayıb.

Bundan əlavə yeni tikilmiş binaların da mütləq əksəriyyəti mərkəzi istilik sisteminə qoşulmayıb. Səbəbi isə odur ki, binaları tikən bəzi şirkətlər tərəfindən ayrıca qazanxanalar və istilik sistemləri quraşdırılıb. Mənzillər məhz onların vasitəsilə istiliklə təmin olunur.

Bəs yeni tikililərin mərkəzi istilik sisteminə qoşulması mümkündürmü?

Bizim.media-nın bu sualını cavablandıran "Azəristiliktəchizat" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elvin Basqallı əsas vəzifələrinin qurumun balansında olan binalardakı mənzillərin daha yüksək səviyyədə istiliklə təmin edilməsi və keyfiyyətinin artırılması olduğunu vurğulayıb:

"Təmsil etdiyim qurum xərcyönümlü deyil, sosialyönümlü olduğu üçün istiliyi maya dəyərindən bir neçə dəfə aşağı qiymətə satır. Belə olan halda, Mənzil Tikinti Kooperativləri və özəl şirkətlər tərəfindən tikdikləri binaların mərkəzləşdirilmiş istilik sisteminə qoşulması ilə bağlı müraciətlər olsa da, məqsədəuyğun hesab olunmur. Hər hansı bir koorporativ bina tikilərkən qazanxanası da varsa, o zaman layihələndirmə zamanı "Azəristiliktəchizat" ASC ilə razılaşdırılma aparılır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 799   Tarix: 18 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

1 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal

1 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa

30 sentyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr