Daşıyıcı deyir, yolda problem var, icra hakimiyyəti danır - ARAŞDIRMA + FOTO/VİDEO
"Cavadxan küçəsi, 1 - Masazır" marşrutu üzrə 525 saylı sərnişin avtobusunun təhlükəli vəziyyətdə hərəkətini özündə əks etdirən videogörüntü ilə bağlı araşdırmamız davam edir.
Burnu yerə dəyən avtobusla bağlı açıqlamasında daşıyıcı şirkətdən Oxu.Az-a bildirilmişdi ki, nəqliyyat vasitəsinin nasazlığına səbəb ərazidə kanalizasiya sisteminin işləməməsi səbəbindən ətraf binaların suyunun yola axıdılması və orada çalaların əmələ gəlməsidir.
Məsələni araşdırmaq üçün "Azərsu" ASC-yə və Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.
Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərsu" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, həmin ərazidə yolun bərpasına ehtiyac var.
"Sözügedən ərazidə "Azərsu" ASC-nin hər hansı problemi yoxdur. Bir neçə il əvvəl Masazır gölünə axıdılan tullantıların qarşısının alınması ilə bağlı bizim podratçı şirkət həmin ərazidə 500 millimetr diametrli kollektor tikib. Həmin kollektor bu gün də normal işləyir, hər hansı sızma və ya digər problem müşahidə olunmur. Sadəcə, həmin ərazidə yolun bərpasına ehtiyac var".
Abşeron Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Seymur Qasımbəyli Oxu.Az-a açıqlamasında bildirib ki, 525 nömrəli marşrut avtobusu Masazır kəndində cəmi üç küçədən keçir və bu küçələrin hər biri asfaltlıdır.
"Abşeron rayonunun Masazır kəndi ərazisində mövcud olan yolların abadlaşdırılması daimi olaraq rayon icra hakimiyyətinin və adıçəkilən kənd bələdiyyəsinin nəzarətində saxlanılır. O cümlədən RİH-in müraciəti əsasında Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən də küçələrin asfaltlanması istiqamətində işlər həyata keçirilir. Kəndin əsas prospekti, eləcə də bütün marşrut xətlərinin keçdiyi daxili hissədəki küçələrə də asfalt örtüyü çəkilib. Masazır kəndi ərazisində küçələrin abadlaşdırılması və asfaltlanması işləri bundan sonra da davam etdiriləcək.
Sorğunuza cavab olaraq bildiririk ki, 525 nömrəli marşrut avtobusu Masazır kəndində cəmi üç küçədən - Əliağa Vahid prospektindən, İstiqlaliyyət və Azadlıq küçələrindən keçir. Bu küçələrin hər biri asfaltlıdır. Təkcə Azadlıq küçəsində yağış və qardan sonra bir neçə yerdə çala yaranıb. Onun da qarşıdakı ay ərzində təmir olunması nəzərdə tutulub. Qeyd edək ki, yoldakı kiçik çalalar avtobusların sıradan çıxmasına səbəb ola bilməz.
Onu da əlavə edək ki, bu günə qədər hər hansı bir sərnişindaşıma şirkəti tərəfindən Abşeron rayonunda yol çəkilişi həyata keçirilməyib. Masazır kəndində yollar qənaətbəxşdir və avtobuslarda yaranan texniki nasazlıqlara görə icra hakimiyyəti məsuliyyət daşımır".


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar