Zığa və Bibiheybətə metro nə zaman çəkiləcək? - RƏSMİ AÇIQLAMA
Bu gün yerli KİV-də Bakı şəhəri, Suraxanı rayonunun Zığ qəsəbəsi və Səbail rayonunun Bibiheybət qəsəbəsi ərazilərinə metro xəttinin çəkilməsi ilə bağlı məlumatlar yayılıb.
Bundan əlavə, sözügedən layihənin artıq hazır olduğu və işlərin sürətlə davam etdiyi bildirilib.
BAKU.WS xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov isə Bizim.media-ya açıqlamasında yayılan məlumatı təkzib edib:
"Harada görünüb ki, "Bakı Metropoliteni" belə bir nəhəng layihəyə başlasın, amma mətbuat bundan kənarda qalsın və informasiyanın yayılmasında iştirak etməsin?! Bu baxımdan da əsassız bir məlumatdır".
B.Məmmədov qurumun konseptual inkişaf sistemində belə bir planın olduğunu bildirib:
"Qırmızı xətt"in metronun "Həzi Aslanov" stansiyasının davamı kimi növbəti iki stansiyasının tikintisi nəzərdə tutulub. Bunlardan biri, Xətai rayonunun Gəncə prospektinin yaxınlığında, digəri isə Milli Müdafiə Universiteti (keçmiş Silahlı Qüvvələrin Hərbi Akademiyası) istiqamətində olacaq".
Hazırda isə bu planın aktual olmadığını deyən şöbə müdiri, hətta Bakı şəhərinin Baş planında da sözügedən layihənin nəzərdə tutulmadığını diqqətə çatdırıb:
"Bu sənəddə, 2040-cı ilə qədər fərqli layihələr və mövzular gündəmə gətirilib. Bakı şəhəri üçün vacib olan infrastruktur layihələrinin tərkib hissəsində metro xətlərinin ayrılması və çəkilməsi məsələləri əks olunub. Ancaq bu istiqamətdə hər hansı bir layihənin icrası planlaşdırılmır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 863 Tarix: 22 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə
1 oktyabr2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
2027-ci il yaxınlaşdıqca Azərbaycanda əhalinin gəlirləri ilə bağlı əsas gözləntilərdən biri minimum əməkhaqqı və pensiyaların necə dəyişəcəyi ilə bağlıdır. 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb, minimum əməkhaqqının məbləğinə isə ildə ən azı bir dəfə yenidən baxılması qanunvericilikd
30 sentyabr20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
1 oktyabrTemperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabrBu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabrMüəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü
Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
1 oktyabr