Azyaşlı şagirdləri təhqir edən müəllimdən açıqlama: "Xəcalətim özümə bəsdir" - VİDEO

Azyaşlı şagirdləri təhqir edən müəllimdən açıqlama: "Xəcalətim özümə bəsdir" - VİDEOSosial şəbəkələrdə Suraxanı rayonu Zığ qəsəbəsində yerləşən 317 nömrəli tam orta məktəbin 1b sinfində müəllimin şagirdlərlə kobud rəftarı ilə bağlı video yayılıb. Videoda müəllimin uşaqlarla pis rəftarı, onları təhqir etməsi əks olunub.

Bəzi valideynlər hadisənin noyabr ayında baş verdiyini, amma hələ də həmin müəllim haqqında ölçü götürülmədiyini əsas gətirərək yenidən məsələni ictimailəşdirmək qərarına gəliblər. Onlar həmin müəllimin fəaliyyətini davam etdirdiyini və şagirdlərə hələ də psixoloji, fiziki şiddət göstərdiyini iddia ediblər.

Bizim.Media-nın əməkdaşı sözügedən müəllimi tapıb və ondan açıqlama alıb.

317 nömrəli məktəbin ibtidai sinif müəllimi Nargilə Nəsirova hadisə ilə bağlı bu fikirləri səsləndirib:

"O videonu valideynlərin istəyi ilə çəkdim. Valideynlər övladları ilə maraqlanmaq və onların potensiallarını görmək üçün bu videonu məndən istədilər. Mən də videonu çəkib, qrupa göndərdim. Əslində, videoda uşaqlar səs salır, qaçışır, lakin həmin hissələr yoxdur. Çünki o videonu valideyn komitəsinin sədri yayıb. O qadın digər valideynlərlə də yola getmir, ondan narazıdırlar.

Paylaşılan videoda qərəzli valideyn özünə sərf edən hissələri kəsib. Videonu istədiyi formaya salandan sonra səhifəsində paylaşıb. Həmin valideyn paylaşım edərək bu fikirləri yazıb: "elə edəcəyəm ki, o müəllim özünü öldürsün, adam içinə çıxa bilməsin".

Üzərinə qışqırdığım uşaqların valideynlərindən, məktəbdən üzrxahlıq etdim. 2 aydır nələr çəkirəm, bir Allah bilir.

Mənim öz xəcalətim özümə bəsdir. Üzərinə qışqırdığım uşağın evinə getdim, üzrxahlıq etdim. Gərək elə qışqırmazdım. Ancaq həmin ərəfədə uşaqlar məni o həddə çatdırmışdılar. Yenə də özümə haqq qazandırmıram".

Nargilə Nəsirova qeyd edib ki, noyabrın 23-də şiddətli töhmət alıb:

"Söz verdim ki, bir də belə bir hadisə olmayacaq. 2 aydan sonra o valideynin digər valideynlərlə də problemi çıxdı. Mənə şikayətə gəldilər, onlara dedim ki, özünüz seçmisiniz. Sonradan bu video yayıldı. Valideynlər də bilirlər ki, mən necə insanam?! Sözügedən video yayılandan sonra ikinci dəfə izahatımı aldılar, bu gün də iclas olacaq".

O, iki gün öncə bir uşağın burnunu qanatması ilə bağlı iddialara isə belə cavab verib:

"Elə bir hadisə olmayıb. Bunlar boş söhbətlərdir. Belə bir hadisə olsaydı, mənim sinfimdə uşaq qalmazdı".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 955   Tarix: 26 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

30 sentyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

1 oktyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur

30 sentyabr
.

Bakıda evlər yenidən bahalaşır: Qiymətlər daha nə qədər arta bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil bazarında qiymət artımı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Son dövrlərdə xüsusilə yeni tikililərdə və tələbatın yüksək olduğu ərazilərdə mənzil qiymətlərində artım müşahidə olunur. Qiymətlərin yüksəlməsində tikinti xərcləri, torpaq və təklif-tələb nisbəti ilə yanaşı, alıcıları

30 sentyabr
.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr