Firəngiz Mütəllimovadan sərt açıqlama: "Yaşar Nuri gey obrazı oynasaydı..."

Firəngiz Mütəllimovadan sərt açıqlama: "Yaşar Nuri gey obrazı oynasaydı...""Məgər Yaşar Nuri kimi aktyor var idi? O, çox gözəl, fantastik gücə malik aktyor idi. Onun oynadığı obrazlar, yaratdığı şah əsərlər qarşısında bir sənətkar kimi baş əyirəm. Nə oldu, indiyə qədər onun yaratdığı obraz haqqında bu cür fikir səslənməmişdi, indi hansısa gənc aktyor çıxıb efirə, bu barədə fikir səsləndirir? Əgər bu barədə nəsə olsaydı, indiyə qədər deyilərdi".

Bu sözləri "Musavat"a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova "Azərbaycanda ilk gey rolunu Yaşar Nuri oynayıb" fikirlərinə münasibət bildirərkən deyib. Firəngiz Mütəllimova mərhum Xalq artisti Yaşar Nurinin 1989-cu ildə çəkilən "Qonşu qonşu olsa..." film-tamaşasında yaratdığı obrazın heç də gey obrazı olmadığını deyib:

"Həmin tamaşaya illərlə böyük həvəslə baxıram. Tamaşaya baxanda heç bu barədə düşünməmişəm, ağlıma da gəlməyib. Əgər deyildiyi kimi olsaydı, bunu ilk növbədə biz, həmin tamaşanı oynayanlar, onun yanında işləyənlər bilərdi.

Bilirəm ki, Nofəl istedadlı gəncdir, amma onun Yaşan Nuriyə qarşı səsləndirdiyi fikri səhvdir.

İndi elə bir dövrə gəlib çatmışıq ki, kimsə gündəmə gəlmək, tanınmaq, haqqında nəsə yazılmasını, danışılmasını istəyir, onda bu cür variantlara əl atır.

Yaşar Nuri kimi sənətkarlarımız bütün ömürlərini, canlarını, sağlamlıqlarını bu sənətə həsr ediblər. Bu cür şeylər eşidəndə düşünürəm ki, ay Allah, gör hara gəlib çıxmışıq.

Əsl peşəkar sənətkarın qədrini onu sevənlər, xalq bilir. Hamı bilir ki, kimin yeri haradır, hansı səviyyədə, pillədədir, necə işləyir. Yəni hər şey göz qabağındadır. Ona görə də belə şeylərə fikir vermək lazım deyil. Yaxşı atın dalınca həmişə toz qopar, qoy qopsun..."

Xatırladaq ki, bəstəkar-müğənni Murad Arifin "YouTube" layihəsi olan "Popumuz var"ın növbəti qonağı olan aktyor Nofəl Şahlaroğlu mərhum Xalq artisti Yaşar Nuri haqqında qalmaqallı fikirlər səsləndirib. Aktyor qeyd edib ki, Yaşar Nuri 1989-cu ildə çəkilən "Qonşu qonşu olsa..." film-tamaşasında Azərbaycanda ilk gey obrazını canlandırıb.

Xalq artistinin xanımı Rəhimə Nuriyeva və qızı Ülkər Nuriyeva məsələyə sərt reaksiya veriblər. Qeyd ediblər ki, adıçəkilən tamaşada, ümumiyyətlə, gey obrazı olmayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1198   Tarix: 26 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

30 sentyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

1 oktyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur

30 sentyabr
.

Bakıda evlər yenidən bahalaşır: Qiymətlər daha nə qədər arta bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil bazarında qiymət artımı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Son dövrlərdə xüsusilə yeni tikililərdə və tələbatın yüksək olduğu ərazilərdə mənzil qiymətlərində artım müşahidə olunur. Qiymətlərin yüksəlməsində tikinti xərcləri, torpaq və təklif-tələb nisbəti ilə yanaşı, alıcıları

30 sentyabr
.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr