Paytaxtdakı avtobus zolaqları özlərini nə dərəcədə doğrulda bilir? - ARAŞDIRMA

Paytaxtdakı avtobus zolaqları özlərini nə dərəcədə doğrulda bilir? - ARAŞDIRMABakı şəhərinin və Abşeron rayonunun küçə və prospektlərində 21 avtobus zolağı mövcuddur. Həmin zolaqlar nəticəsində intervallardakı azalmaları artıq hiss edə bilirik.

İctimai nəqliyyatın əsas özəyindən biri də şəhərdaxili marşrutlardır. Hansı ki, gün ərzində minlərlə insan bu marşrutlarla şəhərin müxtəlif istiqamətləri üzrə hərəkət edir. Əhalinin gedəcəyi yerlərə daha rahat və tez çatması üçün mütəmadi işlər görülür. Bu tədbirlər sırasında avtobus zolaqlarının yaradılması xüsusi qeyd edilməlidir. Avtobus zolaqlarının salınmasındakı məqsəd insanları ictimai nəqliyyata cəlb etmək və insanların gedəcəkləri yerə günün pik saatlarında tıxacda qalmadan daha rahat çatdırmalarını təmin etməkdir. Bəs görəsən, avtobus zolaqları marşrutların intervalının azalmasına, daha tez dayanacağa çatmasına fayda verə bilirmi?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğumuza cavab olaraq bildirilib ki, avtobusla sərnişin daşımaları şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir: "İctimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır. Qeyd edək ki, avtobus üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır. Eyni zamanda, avtobus üstünlüyünün təmin edilməsi daşınan əhali sayını da artırır. Xüsusi avtobus zolağı isə daha çox sərnişinin daşınmasına imkan yaradır".

25-30 dəqiqə tez çatırlar

Məlumata görə, hazırda Bakı şəhəri və Abşeron rayonunun küçə və prospektlərində 21 avtobus zolağı mövcuddur: "Yolların buraxılış imkanlarının artırılması üçün AYNA tərəfindən Bakı-Sumqayıt şosesində Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə kimi və əks istiqamətdə avtobus zolaqları təşkil edilib. Qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti üzrə 1800 dəfədən çox avtobus keçir. Zolağın tələbinə əməl etməklə 140 minə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılıb. AYNA tərəfindən aparılan təhlillər onu göstərir ki, Bakı-Sumqayıt yolunda zolağın təşkil edilməsindən sonra avtobusların son dayanacağa çatma müddəti 25-30 dəqiqə aralığında qısalıb".

Sosial məsuliyyət və mədəniyyət nümunəsi

Qurumdan sürücülərə avtobus zolaqlarına daxil olmamaq barədə xatırlatma da edilib: "Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Avtobuslar üçün zolağa daxil olan digər nəqliyyat vasitələrinin sürücüləri 40 manat məbləğində cərimə olunurlar. Qeyd edək ki, zolağın tələblərinə riayət edilməsi cərimədən savayı, həm də sosial məsuliyyət və digər insanlara qarşı mədəniyyət nümunəsidir. Avtobus zolağına daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır".

Nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənovun fikrincə, avtobus zolaqlarına digər sürücülərin daxil olmasının qarşısı alınarsa, interval daha da qısaldıla bilər: "Bir neçə istiqamətdə bu kimi işlər görülüb. Məsələn, Bakı-Sumqayıt yolunda avtobus zolağı ayrılıb. Bu, qismən də olsa marşrutun intensivliyini təmin edə bilər. Amma digər nəqliyyat vasitələrinin zolağa daxil olmasının qarşısının alınması vacibdir".

Vəziyyəti yaxşılaşdırmaq məqsədilə...

R.Həsənovun sözlərinə görə, avtobusların hərəkətinə mane olan faktorlar çoxdur: "Əfsuslar olsun ki, şəhərin mərkəzində tikinti norma və qaydalarına uyğun olmayan sovet dönəmindən qalma dar yollar mövcuddur. Onlar şəhərin indiki yükünü daşımaq qabiliyyətində deyil. Həmin yolların dəyişdirilməsi, genişləndirilməsi də çox çətin prosesdir. Hətta bəzi ərazilərdə qeyri-mümkündür. Yeni salınan velosiped zolaqları isə əksinə, vəziyyəti daha da çətinləşdirir. İnsanlar arasında da müsbət təsir bağışlamır. Onsuz da bir istiqamətdə mövcud olan iki zolaqlı yollarda günün pik saatlarında intensiv hərəkət nəticəsində sıxlıq və tıxaclar yaşanırdı. Vəziyyəti yaxşılaşdırmaq məqsədilə həmin zolaqlar üzərində velosiped yolu salındı. Amma bu, sıxlığı və tıxacı daha da artıran fakta çevrilə bilər".

İntervallardakı azalmaları hiss edə bilirik

Nəqliyyat eksperti Aslan Əsədovun fikrincə, gələcəkdə bu istiqamətdəki irəliləyişləri daha yaxşı görəcəyik: "İctimai nəqliyyatın təkmilləşdirilməsi həllini tapması gözlənilən başlıca məsələlərdəndir. Avtobus zolaqlarının çəkilməsi bir neçə il öncədən proqnozlaşdırılmış işlər sırasında idi. Bu zolaqların çəkilməsi marşrutların intervalına istər dolayı, istərsə də birbaşa yolla təsir edir. Sadəcə, düyün nöqtələri var ki, oralardan keçdikdə avtobusların hərəkətində müəyyən problemlər yaranır. Amma artıq intervallardakı azalmaları konkret hiss edə bilirik. Əksər marşrutlarda interval müddəti aşağı enib. Görülən işlərin səmərəliliyi artdıqca bunu gələcək zaman kəsiyində daha aydın görmək mümkün olacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 861   Tarix: 28 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

30 sentyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

30 sentyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır

Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə

1 oktyabr
.

Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA

Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları

1 oktyabr
.

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur

30 sentyabr
.

Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində artım diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Palatasının iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım qeydə alınıb. Bu dinamika mənzil bazarındakı bahalaşma ilə müqayisədə daha yüksək göstərici kim

1 oktyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr