Küçə sorğuları yoxsa TƏRBİYƏSİZLİK? - ARAŞDIRMA
Kütləvi informasiya vasitələrinin yayılması mediaya olan marağıda artırdı. Demək olar ki, hər kəsin bir yayım kanalı var və məzmunun necə əldə olunmasından, reallığından, dəqiqliyindən asılı olmayaraq bu kanallarda məhdudiyyətsiz kanallar axını mövcuddur. Hər kəsin 15 dəqiqə məşhurlaşdığı bir dövrdəyik və bu insanlar məşhurlaşmaq üçün insanları narahat etməkdən çəkinmir. Bu baxımdan jurnalist adından istifadə edərək küçə sorğuları keçirən, etikaya uyğun olmayan sualları ilə insanları narahat edən şəxslərə qarşı hansı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı, sosioloq Mail Yaqub Sonxeber.az-a öz fikirlərini bölüşüb:
"Düşünürəm ki, bununla bağlı hüquqi tədbirlər görülməlidir. Maarifləndirmə işləri aparılmalıdır mütləq olmalıdır. Bu onsuz təşkil etməlidir və öz yerini qoruyur. Konkret olaraq belə hallara rast gəlinirsə, hüquqi qiymət verilməlidir və mütləq tədbirlər görülməlidir. Bu baxımdan jurnalist adı altında vətəndaşları narahat edən şəxslərə diqqət edilməlidir. Çünki artıq elə hallara rast gəlirik ki, bəziləri çoxdan həddini aşıb. Düşünürəm ki, belə insanlara maarifləndirmə və əxlaq dərsləri yararlı olar. Çünki başa düşmürlər. Bu baxımdan hüquqi tədbirlərin görülməsi vacibdir".
Mövzunun aktuallığını nəzərə alıb, əməkdar jurnalist, teletənqidçi Qulu Məhərrəmli bildirib ki, hazırda vəziyyət elə yerdədir ki, informasiya toplamaqla bağlı çoxlu alternativ kanallar var:
"Əvvəl bir televiziya öz logosu və mikrofonu ilə sorğular keçirirdi. İndi saysız-hesabsız media qurumları, televiziyalar, saytlar və "YouTube" kanalları bu sorğuları keçirir. Məlumat toplamağın variantlarından biri odur ki, insanlardan rəy alırsan. Bu şəxs bloqer və personal, reportyor jurnalist ola bilər. Burada əsas məsələ sualları düzgün qoymaq və peşəkar şəkildə çatdırmaqdır. O cümlədən cavabları efir və ekran üçün hazırlamaqdır. O ki qaldı bu şəxslərə qarşı tədbir toplamaq. Bu biraz yalnış yanaşmadır. Çünki hər kəsin qanunu yolla informasiya toplamaq hüququ var. Biz o şəxslər haqqında yalnış düşünməməliyik. Onların öz auditoriyası, tamaşaçıları var".
Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, Küçə sorğularını istənilən şəxslər keçirə bilər:
"Buna qanuvericiliklə hər hansı bir məhdudiyyət yoxdur. Bu şəxs jurnalist ola bilər yaxud başqa biri ola bilər. Vətəndaşların ixtiyarı vardır ki, o sorğuda iştirak etməsinlər. Sorğu keçirmək istəyən şəxslər vətəndaşlara yaxınlaşa bilər. Lakin belə bir hal yarana bilər. Əgər sorğu keçirən jurnalist yaxud bloqer vətəndaşa cavab verməsi üçün inad edirsə, bu zaman artıq qanunvericiliklə tədbir görməliyik. Bununla bağlı, vətəndaş polisə müraciət edə bilər. Bu o deməkdir ki, sözügedən şəxs ictimai asayişi pozur. Fakt odur ki, bu insan vətəndaşı narahat edərək xuliqanlıq edir. Amma vətəndaş əgər bu şəxslərə cavab vermək istəyirsə, onun öz təbii hüququdur. Vermək istəmirsə əgər imtina edə bilər".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar