Suda batan şəxs neçə müddətə suyun üzərinə çıxa bilir? - AÇIQLAMA

Suda batan şəxs neçə müddətə suyun üzərinə çıxa bilir? - AÇIQLAMABu gün ən çox verilən suallardan biri dənizdə batan şəxs necə tapılır yaxud meyiti neçə müddətə suyun üzərinə çıxır. İnsanların boyunu keçəcək dərinlikdə olan sularda batan şəxslər necə tapılır?

Məsələ ilə bağlı FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşın Əlili Sonxeber.az-a bildirib ki, suda batan şəxsin suda batması və suyun üzərinə çıxması bir neçə amillərdən asılıdır:

"İlk olaraq bu insan harada batıb. Dənizdə, axar çayda, göldə yoxsa su anbarında batıb. Bunların hər birində insanların tapılması və axtarışın aparılmasının öz xüsusiyyətləri var. Eyni zamanda bu ondan asılıdır ki, əgər hər hansı bir insan dənizdə batıbsa onun batdığı yeri dəqiqliklə göstərməkdən asılıdır. Bəzən olur ki, nəzarətsiz ərazidə çimərkən insan dənizdə boğulur. Nəzarət olunan çimərliklərdə biz həmişə varıq. Bizim xidmət apardığımız ərazilərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb. Ancaq insan nəzarətsiz ərazidə boğulur və bizə məlumat gec daxil olur. Biz axtarış edən zaman vatdığı yeri dəqiq göstərilməməsi və eyni zamanda dənizdə su axınları səbəbindəndir. Su axınları nəticəsində belə bir fakt olub ki, Pirşağı qəsəbəsində suda boğulan şəxs su axınları nəticəsində suda batan şəxs Nardaran qəsəbəsindən çıxıb. Aydındır ki, təbii proses axtarışa mənfi təsir göstərir".

Aqşin Əlilinin deyib ki, çayda və suvarma kanalında axın sürəti olduqca çoxdur. Vətəndaş ya ehtiyatsızlıq səbəbindən, yaxud üzərkən çaya düşür. Təxminən 50 km sonra bir ərazidə aşkar olunur. Bəzi güllərin relyefi olduqca təhlükəlidir:

"Belə təhlükəlidir ki, gölün dibində müxtəlif ot bitkiləri, hətta bəzi göllərin dibində ağaclar var. Belə halda cəsəd gedir, ilişir və həmin hissələrdə qalır. Bu həm də dalğıc enişlərinə və ey zamanda insanın tapılmasına da, sözsüz ki mənfi təsir göstərir. Bundan başqa, insan suda boğulan zamanın hansı geyimdə olmasının da öz təsiri var. Sözsüz ki, çimərlik geyimində olması ilə insan daha tez tapılır, nəinki paltarlı olanda. Hətta deyərdim ki, burada insanın boğulana qədər qida qəbul etdiyindən belə çox şey asılır. Spirtli içki qəbul edib yaxud etməyib, hətta suda boğulana qədər onun hansı əhval-ruhiyyədə olması ilə birlikdə sadalananların insanların tapılmasında öz təsiri vardır".

Aqşin Əlilinin sözlərinə görə, suda batan şəxsin neçə gün müddətə suyun üzərinə çıxmasını bir rəqəmlə bunu demək olmur. Burada həm havanın, həm də suyun temperaturuna görə müxtəlif vaxtlarda ola bilir:

"Ona görə konkret heç nə demək olmaz. Ancaq təcrübə göstərir ki, yay aylarında batan şəxslərin suyun temperaturu nəticəsində suyun üzərinə çıxması daha tez baş verir. Eyni zamanda nisbətən kilolu şəxslər, bədən quruluşu ilə kök insanların suyun üzərinə çıxması yaxud körpə uşaqların tapılmasının fizioloji quruluşundan asılılıq vardır. Ona görə konkret olaraq bir rəqəm söyləmək doğru deyil. Ancaq beyin toxuması boğulma zamanı baş verən oksigen azlığına ən çox 4-5 dəqiqə dözə bilir. Biz 5 dəqiqə ərzində insanı xilas edə biliriksə onların 90 faiz həyatda qalması mümkündür. Artıq 6 dəqiqədən sonra insan su altından tapılarsa, boğulmuş şəxsə kömək etmək faizi 1-ə gəlib düşür. Ona görə də suda batan şəxsin, hətta onu kənardan görənlər belə vaxtında 112 çağrı mərkəzinə zəng vurması yaxud yerini dəqiq göstərməsi həmin insanın sudan xilas olunmasına yardımçı ola bilər".

Aqşin Əlili suda batan şəxslərin xilas edilməsi hallarına aydınlıq gətirib:

"Ümumiyyətlə suda batan insan hər şeydən tutmağa cəhd etdiyi üçün insanın özünü də suyun altına çəkə bilir. Buna görə də, mütləq batan şəxsə arxa hissəsindən yaxınlaşıb, onun saçından tutmaq, paltarı varsa paltarın arxa tərəfindən tutaraq arxaya doğru çəkmək olar. Yaxud qoltuqaltı nahiyədən keçib arxa tərəfdən sahilə doğru çəkməyə çalışmaq lazımdır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3335   Tarix: 05 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət

"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"

30 sentyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

30 sentyabr
.

"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal

1 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

Paytaxtın bu ərazilərində işıq kəsiləcək

Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas

1 oktyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr