Polşada çayda meyiti tapılan Adilə Mehdiyeva ilə bağlı SENSASİON DETALLAR
Xəbər verdiyimiz kimi, Polşada iki aylıq övladı ilə birgə itkin düşən azərbaycanlı qadının meyiti çayda aşkar edilib. İtkin düşmüş soydaşımız Adilə Mehdiyevanın cansız bədəni Oder çayından tapılıb. Cəsəd tanınmaz haldadır və onun mərhuma aid olması yalnız geyimindən müəyyən edilib.
Qeyd edək ki, Adilə Mehdiyeva ötən ilin 17 dekabr tarixində iki aylıq övladı ilə birlikdə itkin düşüb. Mərhumun cəsədi tapılsa da, övladının taleyi ilə bağlı məlumat yoxdur.
Bizim.Media müəmmalı şəkildə dünyasını dəyişən Adilə Mehdiyeva ilə bağlı bəzi təfərrüatları əldə edib.
Adilə Mehdiyeva əslən Naxçıvandandır və ziyalı ailədə dünyaya göz açıb.
Onu tanıyanlar Adilənin həddinədən artıq mehriban, tərbiyəli və savadlı qız olduğunu bildirirlər. Adilə Mehdiyeva Azərbaycan Dillər Universitetini bitirib.
Daha sonra magistratura təhsili almaq üçün Polşanın Lodz şəhərinə, təhsil alandan sonra isə Vroslav şəhərinə köçüb. Orada yaşayıb və işləyib. Adilə Mehdiyeva polyak dilini zəif bildiyi üçün insanlarla ingilis dilində ünsiyyət qururmuş.
Elə həmin şəhərdə beynəlxalq korporasiyada çalışan fransız əri ilə tanış olur və izdivacları baş tutur. Ötən ilin oktyabrında övladları Emil dünyaya gəlir. Məlumatlara görə cütlüyün bərabərliyi uzun sürmür.
Dekabrın 17-də 29 yaşlı Adilə Mehdiyeva iki aylıq oğlu ilə yaşadığı mənzilini tərk edib və o vaxtdan telefonu susub.
Ailəsi Adilə ilə əlaqə saxlaya bilməyib və o dəqiqə bədbəxt hadisənin baş verdiyini ehtimal ediblər. İddialara görə ölümündən əvvəl Adilə Mehdiyeva depressiv vəziyyətdən əziyyət çəkib.
Onun əri ilə münasibətlərinin heç də yaxşı səviyyədə olmadığı iddia edilir. Hətta qadının ölümündə ərinin rolu ola biləcəyi ilə bağlı da şübhəli məqamların olduğu ehtimal edilir.
Qızının meyitinin çaydan tapıldığını eşidən atası Nüsrət Mehdiyev olayın hərtəfəli araşdırılması üçün Polşa hüquq mühafizə orqanlarına lazımi məlumatlar və videolar təqdim edib. Bundan əlavə Polşa mətbuatının yazdığına görə qadının ailə vəziyyəti ilə bağlı da müəyyən materiallar var ki, istintaqa təhvil verilib.
Polşa mətbuatında çıxan məlumatlara görə qadının övladı ilə birgə intihar etdiyi də deyilir. Amma bu da sadəcə istintaqı aparan müstəntiqlərin təxminidir.
Bizim.Media Adilə Mehdiyevaya yaxın ailə ilə əlaqə yaradıb. Bildirilib ki, gənc qadının ailəsi şok içində olduğundan mediaya açıqlama vermək istəmir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4357 Tarix: 05 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət
"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"
30 sentyabrPakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO
Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay
30 sentyabrTac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabr"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal
1 oktyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabrPaytaxtın bu ərazilərində işıq kəsiləcək
Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas
1 oktyabrOmbudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
30 sentyabr