Son dövrlər Azərbaycanda narkotik qaçaqmalçılığının artmasının səbəbi nədir? - AÇIQLAMA

Son dövrlər Azərbaycanda narkotik qaçaqmalçılığının artmasının səbəbi nədir? - AÇIQLAMAXəbər verdiyimiz kimi, narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları yanvar ayında paytaxt və bölgələrdə 50-dən artıq əməliyyat keçirib. Bəs son zamanlarda Azərbaycanda qanunsuz narkotik dövriyyəsinin artım səbəbi nə ilə bağlıdır?

Məsələ ilə bağlı, "Polisə Dəstək" İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev Sonxeber.az-a bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət faktlarının aşkar olunması yüksələn xətlə davam edir:

"Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı milli fəaliyyət planı olsa da və DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları və rayon şəhər regionlarında narkotiklə bağlı şöbələrin, bölmələrin şəxsi heyətidə çox ciddi prinsipiallıq nümayiş etdirirlər. Yəni bu sosial bəla qarşısını almaq bütövlükdə mümkün deyil. Dünyada narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı bazarlar var. Bu bazara rəhbərlik edənlər kifayət qədər qətiyyətə malik güclü dövlətlərdir. Bazarların bağlanmasını mən ehtiyat belə etmirəm. Əfqanıstanda demək olar ki, bu açıq bazardır. Narkotiklərin istənilən növləri alınır və satılır. Kolumbiya və digər ölkələrdə o cümlədən bu bazarlar mümkündür. Azərbaycanda narkotik vasitələrin kultivasiyayası və qanunsuz yollarla gətirilən maddələrin qarşısı əlaqəli polis şöbələrinə daxil olan vətəndaş məlumatları əsasında qarşısı dərhal alınır, məhv olunur. Amma bu sahədə kifayət qədər ciddi maarifləndirmə işləri həyata keçirilsə də, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu sahədə kifayət qədər layihələri olsa da, müəyyən mənada vətəndaşları bu yoldan çəkindirmək mümkün deyil. İnsanlarda narkotik maddələrə qarşı asılılıq var".

Sədr deyib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin dinamikasında az yaşlıların sayı demək olar ki, 0 həddindədir və çox deyil:

"Varsa da ümumi rəqəmlərin fonunda zərərsiz bir faktordur. Narkotik vasitələrin gəncləşməsi bizdə bloklana bilir. Digər Avropa ölkələri ilə müqayisədə Azərbaycanda vəziyyət tam narahatlıqla müşayiət olunmur. Amma təbii ki, Azərbaycana gətirilən narkotik vasitələr qaçaqmalçılıq və quru yolla, su və hava yolu ilə belə mümkündür. Əsasən cənubda İrandan sərhədi qanunsuz keçmə yolu ilə gətirilir. 2020-ci ilə qədər Azərbaycanın işğal olunmuş ərazisində dövlətin nəzarət mexanizmi ümumiyyətlə işləmirdi. Oradan bizim qonşumuz eyni dindən olan İran bu fürsətdən istifadə edərək ermənilər ilə müəyyən mənada qanunsuz dövriyyə ilə bağlı birgə fəaliyyətə başlamışdı. Orada hətta insan alveri cinayətləri və narkotik vasitələrinin külli-miqdarda dövriyyəsi ilə bağlı kifayət qədər faktlar var. Hətta Azərbaycan tərəfindən İran İslam Respublikasına göndərilən sorğular belə cavablandırılmırdı. Tərəfimizdən kifayət qədər İran vətəndaşları narkotik vasitələri ilə bağlı saxlanılmışdır. Onların digər yoldaşlarının şəxsiyyəti ilə bağlı məlumata dair sorğular qarşı tərəfə göndərilsə də cavab verilmədi. Amma sevindirici hal ondan ibarətdir ki, DİN-in salnaməsində narkotiklərə qarşı mübarizə bu şəkildə sərt, prinsipial, peşəkarlıqla davam etmişdir".

Şəmsəddin Əliyevin sözlərinə görə, son 4 ilə yaxın müddət ərzində həqiqətən hər gün demək olar ki, təhlükəli narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı tədbirlər həyata keçirilir:

" Qruplar ifşa olunur və saxlanılır. Deməli bu sahədə səngimək bilməyən tədbirlər davam etməkdədir. Çünki ara vermək olmaz. Tədbirlər və qərar, maarifləndirmə işləri davam etməlidir. Mən çox istərdim ki, bütövlükdə sosial bəlanın qarşısını almaq üçün orta məktəblərdə və ali təhsil ocaqlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı tədris proqramlarında yer ayırsınlar. Bunun zərərli nəticələri, insanların orqanizmində yaradılan fəsadlar və aradan qaldırılması istiqamətində məlumatlar verilsin. O cümlədən hüquqşünaslar və sosioloqlar, kriminoloqlar tərəfindən mühazirələr təşkil edilməlidir. Narkotiklərdən əziyyət çəkən xəstələrin müalicəsi ilə bağlı ciddi narahatlıqlar var. Bizdə narkotiklərlə bağlı fəsillərin məruzəsində çarpayıların və dispanserlərin azlığı diqqət çəkir. Burada həm də narkoloqlar azdır. Deyək ki, Tibb Universitetinin narkoloqların sırasında il ərzində 2 hətta məzunları olmur. Buna da diqqət yetirmək lazımdır. Gəncədən Lənkəranda və Şirvan zonalarında bu sahədə mübarizələri gücləndirmək, dispanserlərin olması vacibdir".

Şəmsəddin Əliyev qeyd edib ki, narkotiklərin qəbulundan əziyyət çəkən insanların müalicəsinə biraz diqqət ayrılsın. Bəzən valideynlər övladlarını xəstəliklərdən müalicə etmək üçün müəyyən qurumlara müraciət etməyi özünə ar bilirlər yaxud çəkinirlər:

"Çünki övladının məsuliyyətə cəlb olunmasından ehtiyatlanırlar. Bütün bunlar aradan qaldırılmalıdır. Valideynlər heç nədən çəkinmədən narkotikdən əziyyət çəkən vətəndaşlarımızın, övladlarımızın həyat və sağlamlıqlarının bərpası istiqamətində tədbirləri həyata keçirməlidirlər. Ümumi məlumatda belədir ki, 35 mindən çox narkoman qeydiyyata alınıb. Bu rəsmi qeydiyyata alınanların siyahısıdır. Təbii ki, qeydiyyata alınmayanlar belə var. Qeydiyyata alınmayanlar qeydiyyata alınanlardan kifayət qədər çoxdur. Təxminən iki dəfəyə qədər çoxdur. 2021-ci ildə 34 min 600 nəfər olub. Amma demək olar ki, hər il min nəfər artımla davam edir. Daha çox narahatlıq doğuran Bakı şəhəridir. Daha sonra cənub bölgələri və Sumqayıtdır. Amma statistika belədir kız son 10 il ərzində narkomanların sayında artım var".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1222   Tarix: 05 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət

"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"

30 sentyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

30 sentyabr
.

"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal

1 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

Paytaxtın bu ərazilərində işıq kəsiləcək

Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas

1 oktyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr