Ağalıda seçicilərin fəallığı müşahidə olunur
Zəngilan rayonunun Ağalı kəndində növbədənkənar prezident seçkisində seçicilər yüksək əhvali-ruhiyyədə iştirak edirlər. Səhər saatlarından başlayaraq seçicilərin fəallığı müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə işğaldan azad edilən Zəngilan ərazisindəki məntəqələrdən olan 33 saylı seçki məntəqəsi Ağalı kəndinin məktəbində fəaliyyət göstərir. Dairə Seçki Komissiyasının sədri Əli Mönsümövün verdiyi məlumata görə, məntəqə üzrə 971 seçici qeydə alınıb ki, bunlardan da 603 nəfəri Ağalı kəndində yaşayan sakinlərdir. Kənd üzrə ilk dəfə səsvermədə iştirak edənlərin sayı isə 31 nəfərdir. Onlardan 47 nəfər ilk dəfə səs verəcək. Ən yaşlı seçici isə 1933-cü il təvəllüdlüdür.
Həmçinin 33 saylı seçki məntəqəsinə yaxın ərazilərdə çalışan işçilər də bu məntəqədə səsvermədə iştirak edirlər.
125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə işğaldan azad olunan digər məntəqələrdə də fəallıq müşahidə edilir. Alıbəyli kəndi ərazisində yerləşən 61 saylı seçki məntəqəsi üzrə 615, Ağbənd qəsəbəsində olan 62 saylı seçki məntəqəsi üzrə isə 561 nəfər seçici qeydə alınıb. 125 saylı Zəngilan-Qubadlı dairə seçki komissiyasının Qubadlı rayonu üzrə fəaliyyət göstərən Xanlıq kəndi ərazisindəki 63 saylı seçki məntəqəsi üzrə 1 387 seçici səs verə biləcək. Onların əksəriyyəti Zəngilan rayonu ərazisində çalışan işçilərdir.
Ümumilikdə, seçki dairəsi üzrə 66 seçki məntəqəsi üzrə 61 179 seçici, 863 müşahidəçi qeydə alınıb.
Qeyd edək ki, budəfəki seçki ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.
Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 seçici qeydə alınıb. Seçicilər 6 537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.
Seçkini izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb. Bunun 790 nəfəri beynəlxalq müşahidəçidir. Müşahidəçilərin 50 mindən çoxu isə 19 siyasi partiyanın nümayəndəsidir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da müşahidələr aparır. Həmçinin seçkini 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi izləyir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 464 Tarix: 07 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Saleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabrBu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabrHəmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla
1 oktyabrThe Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabrMüəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü
Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
1 oktyabrTac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabrSabah leysan yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi
1 oktyabr