Vilayət Eyvazov Xankəndidə səs verdi
Daxili işlər naziri Vilayət Eyvazov səsvermə hüququndan Xankəndidə istifadə edib.
"Trend" xəbər verir ki, nazir 122 saylı Xankəndi seçki dairəsinin 16 saylı məntəqəsində növbədənkənar prezident seçkisində səs verib.
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. Prezident seçkisində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.
Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.
Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.
Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.
Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.
Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.
Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 743 Tarix: 07 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tovuzda üç uşağından imtina edən qadın himayəyə verildi
Tovuz rayonunda 3 azyaşlı uşağından imtina edən və sonradan xəstəxanaya yerləşdirilən qadın qohumlarının himayəsinə verilib. -ın əldə etdiyi məlumata görə, Tovuz şəhər sakini Təranə Ələsgərova xəstəxanada müayinə olunub və ona ambulator müalicə yazılıb. Qadın xəstəxanadan çıxarılaraq ambulator müalic
11 aprelAzərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib
Aprelin 12-də Azərbaycanın İrandakı səfirliyi öz fəaliyyətini bərpa edib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunub ki, səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud sayda diplomatik və inzibati heyətlə fəaliyyət göstərəcək. Təhlükəsizlik və təşkilati məsələlə
12 aprelPaytaxtın qəsəbələrində iməclik keçirilib
Bakı şəhərinə yağan yağışlardan sonra onun fəsadlarının aradan qaldırılması və səhərin sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə aprelin 11-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda növbəti daxili iməclik keçirilib. Keçirilən iməclik zamanı şəhə
11 aprelBu evlərə su VERİLMƏYƏCƏK - RƏSMİ
"2024-cü ildə Nazirlər Kabinetinin qərarı ilə, bu təkcə suya aid deyil, qanunsuz tikilən və sənədi olmayan evlərə su, qaz, və işığın qoşulması qadağan olunub və bunun artıq cinayət məsuliyyəti də var". xəbər verir ki, bu fikirləri "Xəzər TV"də yayımlanan "Cavabdeh" adl
12 aprelAzərbaycanda bu avtomobillərə taksi fəaliyyəti QADAĞAN EDİLƏCƏK - RƏSMİ
Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair yeni tələblər müəyyənləşdiriləcək. "Yeni Sabah" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb. Sənəddə qey
12 aprelRayonlarda yağıntı intensivləşəcək, çaylardan sel keçəcək
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında aprelin 11-i axşam və 12-də, 13-dən 14-ü gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi
10 aprelAzərbaycanda həyat yoldaşına xəyanət edənləri BU CƏZA GÖZLƏYİR: YENİ QƏRAR
Azərbaycanda həyat yoldaşının xəyanəti hüquqi baxımdan müəyyən nəticələrə səbəb ola bilər. Bu hallarda zərər çəkmiş tərəf mənəvi təzminat tələb etmək hüququna malikdir. Məhkəmələrdə iddia qaldırmaqla şəxsi və ailə münasibətlərindən doğan hüquqlar qorunur. Mənəvi təzminatın miqdarı zərərin dərəcəsi v
12 aprelPrezident balaca Ayazın ailəsinə "Kamaz" hədiyyə etdi (VİDEO)
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev martın 17-si Xocavənd rayonunun Xanoba kəndində sakinlərlə görüş zamanı balaca Ayazla da söhbət edib. Səmimi dialoq zamanı azyaşlı ölkə başçısından "Kamaz" markalı yük avtomobili istədiyini bildirib. -ın "Teleqraf"a istinadən məlumatın
11 aprel