Xankəndidə səsvermə - davam edən anti-Azərbaycan çıxışlar

Xankəndidə səsvermə - davam edən anti-Azərbaycan çıxışlarAzərbaycan Respublikasında prezident seçkiləri keçirilir. Bu siyasi kampaniya milli dövlətçilik tarixində Qarabağ işğaldan azad edildikdən sonra ilk dəfə reallaşdığı üçün tarixi də adlanır.

Dövlət başçısı və prezidentliyə namizəd İlham Əliyev, ailə üzvləri Xankəndidə səs verib. Bu, dövlətçilik baxımından çox önəmli bir addımdır. Prezident işğaldan azad olunmuş ərazilərdə mühüm siyasi kampaniya keçirməklə bölgədə Azərbaycan Konstitusiyasının bərpa edildiyini bir daha nümayiş etdirdi. Bu, son zamanlar Azərbaycana qarşı təxribat aparmaq istəyənlərə də bir ismarışdır. Prezident bununla bölgəyə köçürülən sakinlərin təhlükəsizliyinin təmin olunduğunu da isbatlayıb.

Ölkədə keçirilən seçkilərdən bir müddət əvvəl Avropa Şurası Parlament Assambleyasında (AŞPA) anti-Azərbaycan çıxışlar bu siyasi kampaniyaya qarayaxmalar olacağını istisna etmirdi.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı müzakirələrin təşəbbüskarı olan almaniyalı deputat Frank Şvabenin çıxışını yada salmaq kifayət edər.

4691dbf8-1b51-3066-b6a8-c62d6a27.jpg (71 KB)
Şvabe seçkilər bitməmiş onun üzərinə kölgə salaraq, bu siyasi kampaniyanı "saxta" adlandırıb. Halbuki, proses başa çatmadan ona qiymət vermək məntiqə sığmır, qərəzdən xəbər verir.

Onlardan biri də Rasmus Kanbekdir. Bu özündən müştəbeh jurnalist vaxtı ilə "Dağlıq Qarabağdan ötrü yavaş-yavaş ölürəm" yazmaqla ölkəmizə qarşı təbliğat aparırdı. Onun anti-Azərbaycan yanaşması seçkilərlə bağlı "rəyində" də özünü göstərib. İsveçli jurnalist Rasmus Kanbek anti-Azərbaycan hikkəsini seçkilərlə bağlı bildirib. O, bu siyasi kampaniyanı "teatr" adlandırıb.

Başqa birisi Lindsi Snelldir. ABŞ-dən olan bu jurnalist Yaxın Şərqə dair yazıları ilə tanınır. Suriya-Türkiyə sərhədini pozduğu üçün 2021-ci ilin aprelindən 67 gün Türkiyədə həbsdə saxlanılıb. Bu ölkənin KİV-i onu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti olmaqda ittiham edirdi. Lindsi Snell indiki Ermənistan ərazisində vaxtı ilə Azərbaycan türklərinin yaşadığına və o torpaqların onlara məxsus olduğuna ironiya ilə yanaşanlardandır. O da digər ermənisevərlər kimi Azərbaycana qarşı hikkəsini gizlədə bilməyib. Seçkilərin nəticələrindən bəhs etməklə falabaxanlıq edib.

Seçkilər başa çatmamış onun kimi Azərbaycana qarşı olanlar qutular açılmadan qərəzə start veriblər. Təsadüfi deyil ki, bu dəstənin arasında erməni etnik qrupunun nümayəndələri də az deyil. Tatevik Hayrspetyan, Açren Verdiyanın adını nümunə olaraq göstərmək olar.

Elə AŞPA-da da anti-Azərbaycan çıxışların arxasında erməni təbliğatının dayandığı sirr deyil. Onlar bununla özlərini demokratiya fədaisi kimi göstərməyə çalışırlar. Bu tip təbliğatçılar Azərbaycan cəmiyyətinə 44 günlük müharibə və bir sutkalıq antiterror tədbirləri zamanından tanışdır. Onlar Fransa başda olmaqla, bəzi Avropa ölkələrinin KİV-ində öz torpaqlarını işğaldan azad edən Azərbaycanı şərləyir, onu "işğalçı" adlandırırdılar.

İndi onların Azərbaycanda keçirilən taleyüklü siyasi kampaniyaya ədalətli yanaşması mümkünsüzdür. Bu qüvvələr Xankəndi, Xocalı, Şuşa, Laçın, Kəlbəcər daxil olmaqla işğaldan azad edilən bütün rayonlarda seçki məntəqələrinin fəaliyyət göstərməsini qəbul edə bilmirlər. Azərbaycana, onun liderinə qarşı kin, hikkə və nifrətini boğa, reallığı qəbul edə bilmədiklərindən ölkədən minlərlə kilometr uzaqda seçkilərin gedişi ilə bağlı rəy yazırlar. Onların yazdıqları və yaydıqları rəylərin də əsasında bu emosional vəziyyət durur. Azərbaycan üçün yaxşı və pisi, dost və düşməni tanımaq üçün meyar, məhək daşı var. Ölkə ictimaiyyəti onları tanımaq üçün həmin ölçü vasitələrindən istifadə edir. Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra onu müdafiə edən, dəstəkləyənləri özünə dost və yaxın bilir.

Çünki onlar Azərbaycanın dar günüdə yanında olublar. Ancaq xaricdə oturub özlərini demokratiyanın Çe Gevarası kimi aparanlar işğal dövrü zamanı ölkəmizə qarşı danışanları xatırladır. Həmin illərdə Azərbaycanın yerləşdiyi bölgəni xəritədə belə göstərmək qabiliyyəti olmayan bir sıra ölkələrin parlament üzvləri təcavüzkar Ermənistanın halına acıyırdı. Belələrinin fəaliyyəti nəticəsində "907 saylı düzəliş" qəbul olundu. Bu, Vaşinqton-Bakı münasibətlərinin inkişafına mane ola bilməsə də, tarixdə pis örnək olaraq qaldı. İndi həmin qüvvələr prezident seçkilərinin gedişinə "münasibət" bildirir.

Yeri gəlmişkən, növbədənkənar prezident seçkisini 7 beynəlxalq və regional təşkilat müşahidə edir: Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), Müstəqil Dövlətlər Birliyi (MDB), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı (TDT), Qoşulmama Hərəkatının Gənclər Təşkilatı (QHGT). Bundan başqa minlərlə yerli müşahidəçilər və sair də bu prosesi izləyir.

Azərbaycanı xəritədə tapa bilməyənlər uzun illər danışdı, danışdı, ancaq torpaqlar işğaldan azad olundu. Onların arzuları ürəklərində qaldı. Azərbaycan bundan sonra da bütün bölgələrində, o cümlədən Xankəndi, Şuşa da daxil olmaqla Qarabağda, işğaldan azad edilmiş və azad olunacaq daha neçə-neçə bölgələrdə bələdiyyə, parlament və prezident seçkiləri keçirəcək. Demokratik yolla inkişaf edib, Cənubi Qafqazın bu sahədə də aparıcı örnək dövləti, cəmiyyəti olduğunu göstərəcək. Yaşasın demokratiya, yaşasın Azərbaycan!
Xankəndidə səsvermə - davam edən anti-Azərbaycan çıxışlarXankəndidə səsvermə - davam edən anti-Azərbaycan çıxışlarXankəndidə səsvermə - davam edən anti-Azərbaycan çıxışlarXankəndidə səsvermə - davam edən anti-Azərbaycan çıxışlarXankəndidə səsvermə - davam edən anti-Azərbaycan çıxışlarXankəndidə səsvermə - davam edən anti-Azərbaycan çıxışlar


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 865   Tarix: 07 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr
.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr
.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

30 sentyabr
.

Sabah leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi

1 oktyabr