"Verilən mesaj açıq idi! Ermənistan hücumları genişləndirərsə, Azərbaycan sərhədin qarşı tərəfində əməliyyatlar keçirə bilər" - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq "qisas əməliyyatı" keçirilib. Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Bəs təxribatlar niyə Qafan istiqamətindən edildi? Yeni müharibə təhlükəsi gözlənilir?
Məsələ ilə bağlı politoloq Turan Rzayev Sonxeber.az-a açıqlamasında bildirib ki, erməni təxribatının məsuliyyətini birbaşa Ermənistan hakimiyyəti özü daşıyır:
"Bu məqsədyönlü şəkildə törədilmiş bir təxribat idi. Xüsusilə, videogörüntülərdən hücumun snayper tərəfindən edildiyi görünür. Umumiyyətlə, snayper təyinatlı hərbçilər müəyyən bir vaxt ərzində fəaliyyət aparırlar. Yəni onlar ön xəttə keçir, müəyyən mövqedə pusquda qurur və hədəflərini müəyyən edir. Hətta alternativ yerləri olur ki, hücumdan sonra həmin yerlərə keçsinlər. Bütün bunlar hazırlıq tələb edən məsələdir. Görünən odur ki, bu hücumun planı bir müddət öncədən qurulub. Yəni ani baş verən bir hadisə deyildi və geniş bir plan tərkibində baş verib. Hücum nəticəsində 1 hərbçimiz yaranlanmışdı. Amma biz buna cavab olaraq "Qisas əməliyyatı" keçirmişik və həmin mövqeləri darmadağın edilib. Əslində, buradan verilən mesaj açıq və aydındır ki, Azərbaycan tərəfi atılacaq ən kiçik təxribata belə sərt cavab verəcəkdir. Bizim Ermənistanın şıltaqlığına dözmət kimi niyyətimiz yoxdur. Ümumiyyətlə ediləcək təxribatlar cavabsız qalmayacaq. Biz Ermənistana sülh təklif etdiyimiz və sülh gündəliyinin aktual olduğu bir zamanda Ermənistan tərəfindən təxribatın gəlməsi bütün hallarda prosesə ziyan vurur. Bununla da Azərbaycan öz qərarlı mövqeyini göstırmiş oldu".
Politoloq Turan Rzayev təxribatın Qafan rayonundan edilməsi məsələsinə aydınlıq gətirib:
"Ümumiyyətlə, Fransa tərəfidə hücumun Cermukdan gələcəyini qeyd edirdilər. Hücumun Cermuktan gələcəyi ilə bağlı xəbərləri var idi. Amma görünən odur ki, bu tipli xəbərlər faktiki olaraq hədəf yanıltmaq məqsədi güdürmüş. Şimaldan hücum olacağını göstərib cənubdan təxribat törətdilər. Bununla bir daha, biz Ermənistan tərəfinə inamın olmayacağına görmüş olduq. Azərbaycan layiqli cavabı verdi və bundan sonra da Ermənistan tərəfininatacağı addımlara ən sərt şəkildə cavab veriləcək. Bu məqamda prezident İlham Əliyevin sözləri yada düşür. Ölkə başçısı qeyd etmişdi ki, bir nəfərdə olsa Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq. Edilən hücumun cəzası buna görə, sərt şəkildə verildi. Azərbaycan yeni bir müharibə istəmir və bunu dəfələrlə qeyd edib".
Politoloqun sözlərinə görə, indiki məqamda əsas peioritetlərimiz sərhədlərin qorunması və sülh prosesidir:
"Amma təbii ki, Ermənistan tərəfi hücumları intensivləşdirərsə, gərginliyi artıracaq addımlar atarsa, Azərbaycan tərəfi buna layiqli cavab verər. Yəni sərhədin qarşı tərəfində əməliyyatlar keçirə bilər. Bu əməliyyatların baş verməsinin hüquqi bazasını Ermənistan özü yaradır. İki ölkə arasında hələ ki, yekun sülh müqaviləsi yoxdur. Əgər de-fakto müharibə vəziyyəti davam edərsə, tərəflərdən birinin digərinə hücumu yaxud edilən hücumlara cavab zərbəsinin vurulması, qarşı tərəfə keçməsi təbii haldır. Bu baxımdan Azərbaycanın əməliyyatları Ermənistan tərəfində keçirməsi mümkündür. Hələ ki bu addımı atacaq qədər geniş eskalasiya yoxdur. Ona görə də son "Qisas əməliyyat"ında Azərbaycan tərəfi maksimum dərəcədə Ermənistanın mövqelərinə zərbələr endirib və sıradan çıxarıb. Lazım gələrsə əməliyyatların trayektoriyasını genişləndirə bilər. Qeyd edim ki, hazırda buna ehtiyac yoxdur".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar