Əhmədin atası haqda maraqlı məlumatlar - Buna görə işdən çıxarılıb

Əhmədin atası haqda maraqlı məlumatlar - Buna görə işdən çıxarılıbƏhməd Əhmədov adlı gənc ötən gün Bakının Xətai rayonunda dəhşətli qətl törədərək, cəmiyyətin diqqətini ailəsinin üzərinə çəkdi. Hazırda KİV-lərdə və sosial şəbəkələrdə 5 nəfəri - 1972-ci il təvəllüdlü atası Mehman Əhmədovu, 1977-ci il təvəllüdlü anası Bikə Əhmədovanı, 2015-ci il təvəllüdlü qardaşı Məhəmməd Əhmədovu, 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədovanı və onun 5 yaşlı qızını qətlə yetirən cani barədə müxtəlif məlumatlar tirajlanır.

Məlum olub ki, 52 yaşlı Mehman Əhmədov indiyə kimi müxtəlif vəzifələrdə çalışıb. Onun sonuncu iş yeri "Azərbaycan Dəmir Yolları" QSC olub. Mehman Əhmədov 2022-ci ilə kimi "Azərbaycan Dəmir Yolları" QSC-də çalışıb. Amma KİV-də iddia edildiyi kimi İnfranstruktur departamentinin rəisi deyil, həmin departamentdə təsərrüfat sektorunun müdiri vəzifəsində çalışıb. O, bu qurumun sabiq rəhbəri Cavid Qurbanovun ən etibarlı kadrlarından biri olub. Buna görə də çalışdığı QSC-də əsas söz sahiblərindən sayılıb, bir çox təyinatların gerçəkləşməsində bilavasitə rol oynayıb. Lakin bir müddət sonra Cavid Qurbanovla aralarında soyuqluq yaranıb. Buna görə də 2022-ci ildə Cavid Qurbanov onu ixtisara salaraq, QSC-dən uzaqlaşdırıb. Amma Rövşən Rüstəmov 26 oktyabr 2022-ci ildə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri təyin edilməsindən sonra Mehman Əhmədova yenidən əməkdaşlıq təklif olunub. Yeni sədr köhnə kadrı öz komandasında görmək istəsə də, Mehman Əhmədov bundan imtina edib.

Keçmiş iş yoldaşları Mehman Əhmədovu imkanlı və xeyirxah adam kimi xatırlayırlar. Onların sözlərinə görə, mərhum hələ məmur işləyərkən ciddi biznes şəbəkəsinə sahib olub.

Məlumatlara görə, işdən çıxandan sonra Mehman Əhmədova ayrı-ayrı dövlət qurumlarından müxtəlif vəzifələr təklif olunub. Amma o, bizneslə məşğul olmağa üstünlük verərək, bu təkliflərdən mədəni şəkildə imtina edib.//Yenisabah.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4165   Tarix: 14 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr
.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr
.

Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində artım diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Palatasının iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım qeydə alınıb. Bu dinamika mənzil bazarındakı bahalaşma ilə müqayisədə daha yüksək göstərici kim

1 oktyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr