Ailənin 5 üzvünün qətlində Səhiyyə Nazirliyinin PAYI VAR! - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, bu gün Bakıda 1999-cu il təvəllüdlü Əhməd Əhmədov öz ailəsinin 5 üzvünü xüsusi amansızlıqla qətlə yetirib. Daha sonra "dəlilik kağızı"nı təmizləyib, sağlamlıq arayışı ilə ona sürücülük vəsiqəsi də alıblar. Və beləcə öz dəhşətli sonlarını hazırlayıblar. Bəs dəlilik kağızı olduğu halda belə şəxslər necə sürücülük vəsiqəsi ala bilir?
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, Azərbaycan reallığında hər şey ola bilir. Ağıllı dəli ola bilir və dəli ağıllı kağızı ala bilirlər:
"Əfsuslar olsun ki, səhiyyə ocaqlarında bu cür arayışlar 50-100 manata rahat şəkildə satılır. Günü bu gün taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı, qaydalar icra olunur. Bu gündə biz məlumat alırıq ki, tibb məntəqlərində, poliklinikalarda 80-100 manata bu arayışı heç bir müayinədən keçmədən baş həkimlər satır. Səhiyyə Nazirliyi rüşvət ocağına çevrilibsə, yol polisi buna nə etsin. Adam sağlamlıq haqqında arayış alır və aparır yol polisinə təqdim edir. İmtahanda iştirak edir və sürücülük vəsiqəsini əldə edir. Məsələ budur və problemin üzərinə getmək lazımdır. Biz bu məsələni qabartdıq ki, poliklinakalarda, korrupsiya yuvalarında əməliyyatlar keçirilsin".
Ekspert deyib ki, sürücülərin tibbi-müayinə məntəqəsi adında struktur yaradılmalıdır. Bu struktur isə ciddi nəzarət altında fəaliyyət göstərməlidir. Əvvəllər belə bir struktur var idi və ləğv ediblər:
"Çünki rüşvət yuvasına çevrilmişdi. İndi onu ləğv edib poliklinakalara verdilər. Poliklinikalar onlardan daha artıq rüşvət yuvasına çevrildi. Nə edirsənsə et bu həkimlər puldan əl çəkə bilmirlər. Ona görə də narkoman gəlir və sağlamlıq haqqında arayış alır".
Elməddin Muradlının sözlərinə görə, bu gün pulunu ortaya qoyan öz övladını rahatlıqla dəlilik adından xilas edə bilir:
"Bir müddət olur dəlixanalıq, sonra çıxardır evində saxlayır. Nəticə etibarilə oda belə qatil olur. Buda cəmiyyətin özünün bəlasıdır. 5 nəfərin taleyini, ahını onlar çəkəcəklər. Onların hər birinin bu cinayətdə payı var. O adama sağlamlıq arayışını verəndə, tibb məntəqəsindən çıxardanlarında bu işdə əli var. Bütün cəmiyyət işin üzərinə getməlidir və ictimai qınaq yaranmalıdır ki, bu məsələlərə son qoyulsun. Bu qədər özbaşınalıq olmaz. Burada artıq inayət baş verir və adam ölür. Özü də bir gündə ailənin 5 üzvü ölür. Bu nə deməkdir axı? Bu qədər rahatlıq olmaz!".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1646 Tarix: 14 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə
30 sentyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabrPakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO
Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay
30 sentyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrErməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd
1 oktyabrThe Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabrSaleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabr