"Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması sülh danışıqlarına zərbədir" - DEPUTAT

"Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması sülh danışıqlarına zərbədir" - DEPUTATXəbər verdiyimiz kimi 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq "qisas əməliyyatı" keçirilib. Qeyd edək ki, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Zəngilan və Tovuz istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması, təxribatdır və iki ölkə arasında gedən sülh danışıqlarına zərbə kimi qiymətləndirilir:

"Ermənistan ordusunda müxtəlif xarici güclərə, eyni zamanda daxili revanşist-millətçilərə xidmət edən terrorçu qrupların mövcudluğu hər kəsə bəllidir. Bu baxımdan ola bilər ki, hərbçimizin yaralanması rəsmi qurumlar tərəfindən planlaşdırılmamışdır. İstənilən halda, məsuliyyət siyasi hakimiyyətin üzərinə düşür. Nümayiş olunan videokadrlarda hər şey aydın görünür. Ona görə də, erməni tərəfi dərhal xidməti araşdırma aparmalı, həmin snayperçi həbs olunmalı, cəzalandırılmalı və Azərbaycan tərəfi məlumatlandırılmalıydı.

Digər tərəfdən, son zamanlar Ermənistan, Fransa və Hindistan kimi dövlətlərin dəstəyi ilə, sürətlə silahlandırılır, ölkəmizə qarşı informasiya müharibəsini intensivləşdirir. Beynəlxalq ictimaiyyətə, Azərbaycanın yeni müharibəyə hazırlaşdığı barədə, yanlış məlumatlar ötürür. İki gündən bir Avropalı müşahidəçiləri sərhədə daşıyır. Bütün bunlar gərginliyə xidmət edən amillərdir. Tərəflər arasında etimad mühitini azaldır.

Düşünürəm ki, müəyyən fasilədən sonra mövqelərimizin atəşə tutulması, bəzi xarici güclərin, əsasən Fransa kimi dövlətlərin, ölkəmizə yönəlik təzyiq siyasətinin davamıdır. İndiki halda, yeni müharibədən danışmaq hələ tezdir. Allah eləməmiş, yenidən müharibə olsa, daha çox ölkələrin iştirakı qaçılmazdır. Biz buna hazlr olmalıyıq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 691   Tarix: 14 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr
.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr
.

Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində artım diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Palatasının iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım qeydə alınıb. Bu dinamika mənzil bazarındakı bahalaşma ilə müqayisədə daha yüksək göstərici kim

1 oktyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr