Cinayəti başqası törədib, Əhmədin üstünə atıb? – ŞOK DETALLAR
Azərbaycan ictimaiyyəti dəhşətli xəbərlə sarsıldı: Bakıda 25 yaşlı Əhmədov Əhməd Mehman oğlu ailə üzvlərini - ata-anasını, qardaşını və bacısı ilə onun azyaşlı qızını xüsusi amansızlıqla qətlə yetirib.
Ölkədə şok effekti yaradan bu olaydan sonra bəzi detallar üzə çıxdı. Həmçinin o da məlum oldu ki, Əhməd 15 yaşında ikən kimisə bıçaqlayıb.
Bu fakt dəhşətli cinayətin istiqamətini başqa məcraya yönəltdi. Belə ki, sosial şəbəkələrdə cinayəti, əslində, o vaxt bıçaqlanan şəxsin ailəsinin törətdiyini, Əhmədin boynuna yıxdığını yazanlar oldu.
İlk baxışdan bütün versiyalar kimi bu da diqqət çəkdi. Lakin gözdən qaçan, amma həm də göz önündə olan məqamlar var.
İndi həmin versiyaları sıralayaq:
Xalası bildirib ki, Əhmədin psixoloji problemləri olub: hətta onun ruhi dispanserə yerləşdirilməsi üçün valideynlərinə dəfələrlə müraciət edib.
Ailənin yaxınlarından biri mediaya açıqlamasında qeyd edib ki, iki gün əvvəl Əhmədin atası Mehmanla bir yerdə olublar və sonuncu ona Əhmədin dərmanlarını atmadığını, buna görə də aparıb Mərdəkandakı xəstəxanaya qoyacağını deyib.
Deyilir ki, Əhməd illər əvvəl Masallıda idman yarışında baş nahiyəsindən zədələnib və psixoloji problemləri yaranıb. Ailəyə məsləhət görüblər ki, onu psixi sağlamlıq mərkəzinə yerləşdirsinlər, amma ailə bununla razılaşmayıb.
Məlumata görə, Əhməd əvvəlcə atasını öldürüb, daha sonra əliqanlı marketin qarşısına düşüb, anasını gözləyib. Anası direktor olduğu məktəbdən gələndən sonra isə marketin arxa hissəsindən baltanı götürərək mənzilə tərəf qalxıb. Bu zaman market işçiləri polisə məlumat verib. Buna qədər isə Əhməd anası ilə qardaşını öldürüb.
Ümumiyyətlə, qohumlarının, qonşuların və tanıyanların ümumi fikri budur ki, Əhmədin psixoloji problemləri olub və onun hansısa dəhşətə əl atacağı haqda narahatlıqlar mövcud imiş.
Əksəriyyət bütün bu iddialardan yola çıxaraq qətliamı Əhmədin törətdiyini düşünür.
Digər versiya isə yazının əvvəlində qeyd etdiyimiz iddiadır - cinayəti kimsə qisas məqsədilə törədib, Əhmədin üstünə atıb.
Əvvəla, o "kimsə" Əhmədin nə vaxtsa bıçaqladığı adama görə qisas almaq istəsəydi, birbaşa elə özünü öldürərdi. Daha körpə uşaqları, valideynləri bu məsələyə qatmazdı.
İkincisi, qisas anlayışı planlı, ağılla icra olunan aktdır. Hansısa qisasçının günahsız azyaşlıları da qətliam planına daxil etməsi inandırıcı deyil.
Üçüncüsü, Əhmədin 15 yaşında kimisə bıçaqladığı deyilir. İndi isə 25 yaşı var. Əgər doğrudan da işin içində hansısa qisasçı varsa, o, niyə 10 il gözləyib? Əgər məqsəd qisas idisə, bunu daha tez edə bilərdi.
Dördüncüsü, dəhşətli cinayətdən sonra hüquq-mühafizə orqanları məhz Əhməd Əhmədovun saxlanıldığını açıqladılar. Yəni cinayətdə başqa şübhəlinin adı hallanmır.
Bu məqamları göz önündə tutduqda belə qənaətə gəlmək olar ki, işin içində hansısa qisasçının olması ehtimalı çox azdır. Qətliamı Əhməd Əhmədovun törətməsi isə istintaq nəticəsində bəlli olacaq./Globalinfo
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar