Goranboyda baş direktorun döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB/ANBAAN VİDEO
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayevin bir neçə şəxs tərəfindən döyülməsi məsələsinə münasibət bildirib.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iki nəfər vətəndaş tərəfindən xəstəxananın direktoru Rauf Yahyayevə qarşı insident qeydə alınıb:
"Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunub. Hazırda müvafiq orqanlar tərəfindən araşdırma aparılır. Əlavə olaraq TƏBİB tərəfindən də hadisənin baş vermə səbəbi araşdırılır".
13:02
Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayev bir neçə şəxs tərəfindən döyülüb.
Oxu.Az-ın məlumatına görə, həmin şəxslər baş direktordan ağır ağrıkəsici dərman istəyiblər.
O da "yox" cavabı verdiyi üçün döyülüb.
Rauf Yəhyayev Oxu.Az-a açıqlamasında bildirib ki, bir neçə şəxs xəstəxanaya gəlib, ağır ağrıkəsici dərman tələb ediblər:
"Mənə əllərindəki ağrıkəsicini göstərib, daha artıq dozada olanını tələb etdilər. Bildirdim ki, onsuz da o dərmanlar ağrıkəsicidir. Onlar dedilər ki, o dərmanlar kömək etmir. Ondan ağırı narkotikdir, mən onlara narkotik verəcəkdim? Dedim ki, təcili yardım şöbəsinə getsinlər. Münaqişə başladı və bıçaqla hücum etdilər".
Qeyd edək ki, məsələ barədə Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1020 Tarix: 19 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrƏhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi "Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması" xidməti elektronlaşdırılıb. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilib ki, əvvəllər müraciətlərin qəbulu və icra nəticəsind
30 sentyabr"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət
"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"
30 sentyabrBakının bu rayonunda su olmayacaq
Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir
1 oktyabrAzərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Lənkəranda dörd sahibkar arasında dava olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətürk kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlar
30 sentyabrBakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd
1 oktyabr