Vəfat edən şəxsin qəbri hansı hallarda dəyişdirilə bilər? - AÇIQLAMA
Bu gün bir çoxlarını maraqlandıran suallardan biri vəfat edən şəxsin qəbrinin yerini dəyişdirilməsidir. Belə bir məsələ var ki, ehtiyac yaranmadığı təqdirdə vəfat edən şəxsin qəbrinin yerini dəyişdirilməsinə icazə verilmir. Bəs hansı hallarda qəbirlərin yeri dyəişdirilə bilər?
Məsələ ilə bağlı Sonxeber.az-a danışan ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov deyib ki, Mərhum şəxslərin qəbirlərinin açılması yaxud dəyişdirilməsi baxımından dinin öz hökmləri var:
"Hazırda bildirəcəyimiz fikirlər din alimlərinin ümumi olaraq qəbul etdikləri prinsiplər və qayda-qanunlardır. Mərhum şəxslərin ümumiyyətlə özləri haqqında dində mövqeyi belədir ki, sağ insanların, dirilərin hüquqları qorunduğu qədər, ölənlərin də hüquqları hörmətə layiqdir və qorunur. Ölülərin hüquqlarına hörmətlə yanaşmaq digər insanların öhdəliklərindədir. Bu baxımdan cənazə qəbrə qoyulub, üzərinə torpaq atıldıqdan sonra insanların əlindən çıxır və uca Allaha təhvil verilmişdir. Həmin ölü haqqında zərurət olmadığı halda, üzrlü hesab edilmədiyi müddətdə o qəbrin açılmasına yaxud dəyişdirilməsinə icazə verilmir".
Əhməd Niyazovun sözlərinə görə, şəxslərin qəbirlərinin dəyişdirilməsi ilə bağlı müəyyən istisnalar var. Qəbrin açılması yaxud dəyişdirilməsi dövlət əhəmiyyətli xarakter daşıyırsa, mötəbər şəxslərin bir yerdən basdırılması kimi hallar olarsa qəbirlərin yeri dəyişdirilə bilər:
"Eyni zamanda su basqını, düşmən tərəfinə yaxın ola biləcək qədər təhlükəli ərazidə olması bu istisnalara daxildir. Bununla yanaşı, məhkəmə qərarı ilə kriminal halların aydınlaşdırılması ilə bağlı məsələlər də qəbirlərin açılması və yerinin dəyişdirilməsi dini baxımdan caizdir. Dini baxımdan bu hallar üzrlü hesab edilir. Mövzudu istisnalara hər hansı bir qadağa qoyulmur. Ancaq digər hallarda vardır. Qeyd etdiyimiz kimi, qəbrin sahibinin hüquqları qorunur. Zəruri hallar olmadığı halda dəfn edilən cənazənin başqa bir qəbiristanlığa aparmağa yaxud açılmasına icazə verilmir. Belə bir məsələ var ki, ölən şəxs sağlığında vəsiyyət edir ki, arzu etdiyi yerdə basdırılsın. Yəni sonradan arzu edilən yerə daşınmasını vəsiyyət etsə belə, bu vəsiyyətə əməl edilmir. Əgər qəbrə ziyarət etmək üçün yol yoxdursa, qəbrin başqa bir yerə daşınması üzrlü hesab edilmir. Bu kimi hallara diqqət etmək lazımdır və qadağandır".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar
"Məni silkələyən ikinci belə hadisə olmayıb"
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI