Zorakılıq edən 11-ci sinif şagirdi məktəbdən xaric edilə bilər? - AÇIQLAMA

Zorakılıq edən 11-ci sinif şagirdi məktəbdən xaric edilə bilər? - AÇIQLAMAXəbər verdiyimiz kimi, sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. Bəs sözügedən şagird məktəbdən xaric oluna bilər?

Məsələ ilə bağlı təhsil məsələləri üzrə ekspert Elmin Nuri Sonxeber.az-a bildirib ki, bu məsələnin məktəblə və müəllim ilə heç bir əlaqəsi yoxdur. Əfsuslar olsun ki, biz bir neqativ hal görürüksə, məktəblə əlaqələndirməyə çalışırıq. Bu hal məktəbdən kənar bir ərazidə, bir neçə qız şəxs tərəfindən törədilibsə məktəb burada bir məsuliyyət daşımır:
Zorakılıq edən 11-ci sinif şagirdi məktəbdən xaric edilə bilər? - AÇIQLAMA"Təbii ki məktəbin burada funksiyası var. Bunlardan biri tərbiyədir. Amma bu əsas funksiya deyil. Məktəb şagirdi formalaşdırmalı və tədris-təlim verməlidir. Daha sonra isə tərbiyə verməlidir. Burada əsas rol ailə institutunun payına düşür. Burada əsas məqama diqqət edin. Zərərçəkmiş qız qorxur. Mən ona da qıcıq oluram. İnsan həyatda təklənə yaxud hər cür vəhşi insan ilə üzləşə bilər. Amma bu qızın canında bir qorxu var. Psixoloqlar bunu daha yaxşı bilərlər. Çünki bu insan ailə də laqeydlik görüb. Ailədə biraz özünə qarşı soyuqluq görüb və onu özünə qapadaraq zəiflədib. O qızın güvən yeri yoxdur. Mən o videodan gördüklərimi deyirəm. Ancaq digərlərinə baxaq. Necə vəhşi, necə də özlərindən əmin, razı görünürlər. Burada ailə deməli o uşaqları qudurğan böyüdüb. Burada ailənin bu uşaqlar üzərində ya tərbiyəsi yoxdur, ya da ailənin ailəyə onlara verəcəyi dəyərlər bu imiş".

Elmin Nuri deyib ki, burada sosial şəbəkələrin- "TikTok", "Facebook", "Instagram"ın "rolu" görünür.

"Mən burada xüsusi olaraq "TikTok"u demək istəyərdim. "TikTok" həqiqətən bizim cəmiyyətdə mənəvi deqradasiyaya səbəb olan əsas qüvvələrdən biridir. Əsasən bu düşüncədə olan şəxslər, küçə düşüncəsində olanlar "TikTok"da özünü fenomen hesab edir. Əsasən kütləyə xitabda xüsusi qabardılır. Onların təsirinə düşən bu cür yuyulmuş və boş beyinlər özləri üçün bir dünya qururlar. Siz o qızların hərəkətlərinə baxın. Onların artıq özlərinə məxsus vəhşi və tərbiyəsiz dünyaları var. Bu dünya elə belədən qurulmur. Mən ona görə məktəbin adına pis oluram ki, artıq məktəb daha da nüfuzdan düşür. Məktəb ilə bağlı problem ayrı bir məsələdir. Məktəb burada məkan olaraq heç vurğulanmır. Mən rəyləri oxudum. Guya bu qızlar ağıllıdı və sinifdə bunu etməyiblər. İnandırım sizi bunu məktəbdə etsələr belə bir-başa məktəbin günahı sayılmır. Amma məktəb buna laqeyd qalacaqsa, tədbir görməyəcəksə başqa məsələdir. Əgər bu hadisə məktəbin içində baş verərsə bu ola bilər. İndi burada məktəbin edəcəyi bir şey yoxdur.

Ekspertin sözlərinə görə, rəsmi dövlətlər qurumlar bu işin üzərinə düşdülər. Pis yaxud yaxşı olaraq sosial şəbəkələrin burada faydasını gördük:

"Məlumat sürətlə yayıldı. DİN-in rəsmi şəxsi özünün "Facebook" hesabında məlumat verdi ki, hadisə nəzarət altındadır. Bu biraz vəziyyəti düzəltmiş oldu. Söhbət burada mənəvi tərəfdən gedir. Məndə olan məlumata görə, orada şiddət göstərən qızların biri heç həmin məktəbin şagirdi də deyil. Qıraq bir adamdır. Biz burada hər şeyi məktəbdən gözləməyək. Həmin məktəb, o cümlədən digər məktəblər maarifləndirmə və tərbiyələndirmə işlərini daha yaxından həyata keçirə bilərlər. Məktəblər valideynlər ilə işi sürətləndirə bilər, məktəb psixoloqlarını işə daha lazımlı şəkildə gətirə bilərlər. Sinif rəhbərlərinin iş mexanizmini artırıla bilər. Şərt deyil ki, hadisə məktəbdə baş versin. Bu hadisə məktəb yaşında bir şagirdin başına gəlirsə, digərləri buna "SOS" siqnalı kimi baxmalıdır. Amma hər bir halda şagirddir. Biz əvvəlcə hadisənin rəsmi dövlət nəzarət altında olduğunu unutmamalıyıq. Görək, hüquqi baxımdan hansı addımlar atılacaq. Əsas olan budur. Pedaqoji baxımdan şagirdin məktəbdən xaric olunması isə pedaqoji şuranın qərarından asılıdır. Şəxsən mən, subyektiv qərarım olsa, o şagirdi bir gün də məktəbdə saxlamaram.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1848   Tarix: 20 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi "Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması" xidməti elektronlaşdırılıb. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilib ki, əvvəllər müraciətlərin qəbulu və icra nəticəsind

30 sentyabr
.

"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət

"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"

30 sentyabr
.

Bakının bu rayonunda su olmayacaq

Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir

1 oktyabr
.

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu

Lənkəranda dörd sahibkar arasında dava olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətürk kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlar

30 sentyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

Bakıda evlər yenidən bahalaşır: Qiymətlər daha nə qədər arta bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil bazarında qiymət artımı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Son dövrlərdə xüsusilə yeni tikililərdə və tələbatın yüksək olduğu ərazilərdə mənzil qiymətlərində artım müşahidə olunur. Qiymətlərin yüksəlməsində tikinti xərcləri, torpaq və təklif-tələb nisbəti ilə yanaşı, alıcıları

30 sentyabr