Məktəblinin bullinq videosunu çəkən və yayanlar da məsuliyyətə cəlb ediləcəklər - RƏSMİ

Məktəblinin bullinq videosunu çəkən və yayanlar da məsuliyyətə cəlb ediləcəklər - RƏSMİ"Uşaq dərk etmir ki, qanunla o cəzalandırıla bilər. Bəzən elə düşünürlər ki, onlar uşaqdır deyə məsuliyyətdən kənar qalacaqlar. Maksimum valideynləri məktəbə dəvət ediləcək və məsələ bitəcək".

Oxu.Az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüququ şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

O bildirib ki, 16 yaşında inzibati məsuliyyət, 17 yaşında cinayət məsuliyyəti yaranır:

"Videoda qızın saçını kəsir, bu, Cinayət Məcəlləsinin maddəsidir. Təhqir edir, bu cinayət məsuliyyəti daşıyır. "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikası Qanunu var. Bu qanuna əsaslanaraq uşaqların bir-birinə qarşı bu cür davranışlarının qarşısının alınması ilə bağlı tədbir görüləcək. Bu cür zorakılıqların qarşısının alınması üçün qanun layihəsi hazırlanır. Hazırda aidiyyəti qurumlarla bu istiqamətdə işlər gedir. O qanun layihəsi çərçivəsində uşaqların neqativ davranışları, bullinq və cinayət məsuliyyəti yaradacaq hərəkətlərə yol verən yetkinlik yaşına çatmayan şəxslər barəsində tədbirlər görüləcək.

Baxın, orada videonu çəkən şəxs "dayan, bəsdir" deyir. Lakin çəkməyə davam edir. Onlar özləri də məsuliyyətə cəlb ediləcəklər. Hüquq-mühafizə orqanları bu məsələni araşdırır, materiallar toplanır. Bu videoları sosial şəbəkədə paylaşan şəxslər də məsuliyyətə cəlb ediləcəklər. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyət göstərən qurumlara, QHT-lərə məsələni diqqətdə saxlanmasını xahiş edirəm. Uşaqların hüquqi tərbiyəsinin artırılması istiqamətində maarifləndirici tədbirlərin görülməsi önəmlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1315   Tarix: 20 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi "Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması" xidməti elektronlaşdırılıb. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilib ki, əvvəllər müraciətlərin qəbulu və icra nəticəsind

30 sentyabr
.

"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət

"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"

30 sentyabr
.

Bakının bu rayonunda su olmayacaq

Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir

1 oktyabr
.

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu

Lənkəranda dörd sahibkar arasında dava olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətürk kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlar

30 sentyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

Bakıda evlər yenidən bahalaşır: Qiymətlər daha nə qədər arta bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil bazarında qiymət artımı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Son dövrlərdə xüsusilə yeni tikililərdə və tələbatın yüksək olduğu ərazilərdə mənzil qiymətlərində artım müşahidə olunur. Qiymətlərin yüksəlməsində tikinti xərcləri, torpaq və təklif-tələb nisbəti ilə yanaşı, alıcıları

30 sentyabr