Qurban Qurbanov: "Biz "Braqa"nın gücünü bilirik"

Qurban Qurbanov: "Biz "Braqa"nın gücünü bilirik""Braqa" ilə qarşılaşma bizim üçün çox vacib və dəyərli oyundur".

Sonxeber.az apa-ya istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın "Braqa" klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

"Bu oyun ətrafında çox da danışmaq istəmirəm. Fikrimizi tam rəqibə yönəltmişik. "Braqa" barədə əlavə məlumata ehtiyac yoxdur. Portuqaliyada da demişdim ki, ilk oyunun nəticəsi bizi aldatmalı deyil. Əksinə, Bakıda daha səliqəli və intizamlı oynamalıyıq. Komandanı da sırf bu yöndə hazırlamağa çalışırıq. İnanıram ki, futbolçularım evdə daha istəkli, soyuqqanlı olacaqlar və daha düzgün oynayacaqlar. Sabaha kimi vaxtımız var. Rəqibi futbolçularımıza daha yaxından tanıdacağıq. Oyunu yaxşı notlarla başa vurmaq istəyirik. Şansımız varsa, bundan istifadə etməyə çalışacağıq".

- "Braqa" rəhbərliyi futbolçularına Bakıda qələbə qazanmaqla bağlı tələb qoyub. Bu psixolojin amilin futbolçulara hansısa təsiri ola bilər?
- Bu tələb gözləniləndir, başqa cür ola da bilməzdi. "Braqa" böyük klubdur, onların növbəti mərhələyə çıxmaq şansı daha çox idi. Məşqçi kimi bunu normal qarşılayıram. Psixoloji məsələyə gəlincə, məncə, rəhbərliyin fikrinə görə inanmıram ki, psixoloji təsir etsin. Biz "Braqa"nın gücünü bilirik. Məğlub olmaqları o demək deyil ki, biz onlardan üstünük, ya onlar bizdən zəifdir. Belə fikir bizdə yoxdur. Portuqaliyada da futbolçularla danışanda dedim ki, Bakıdakı matçda daha aktiv olmalıyıq, daha çox güc sərf etməliyik ki, "Braqa"nı saxlayaq. Çox sürətli oyunçuları var. Əksər rəqiblərə uyğun və xoş olmayan oyun stilləri var. "Braqa"nın böyük təcrübəsi var. İllərdir ki, bu cür gərgin oyun oynayan komandadır. İnanmıram ki, rəhbərliyin fikrinə görə hansısa psixoloji təsiri olacaq. Biz özümüzü sırf oyuna hazırlamışıq.

- Azərbaycan futbolunun yaşı 100-dən çoxdur. Sabahkı "Braqa"ya qarşı oyun Azərbaycan futbolunun Avropadakı təsdiqi üçün şansdır?
- Bugünkü nəticələrə baxsaq, bəlkə bunu düşünə bilərik. Belə durum yaranıb ki, Avropadakı istənilən oyundakı qələbə bizim futbol üçün böyük uğur sayılmalıdır. Çünki bizim üçün çox vacibdir. Daha stabil olmaq üçün belə uğurlara çox ehtiyac var. Pley-off oyunlarında bu cür qələbələr futbolçuların və azarkeşlərin inamı üçün çox vacibdir. Bu cür oyunlarla futbol camiəsi böyüyür. Hamı bir yerə yığışır. Uğur öz yerində. Çox istəyərdik ki, bunu böyük uğur kimi adlandıraq. Mənim üçün vacib olan, azarkeşləri bu cür oyunlara kökləmək və inandırmaqdır. Biz yanaşsaq ki, ən böyük uğurumuzdur, yerimizdə qala bilərik.

Hər il bir addım irəli gedəndə, həvəsli, inamlı oluruq. İstər-istəməz nəinki azarkeşlər, hətta dövlət orqanlarının bu cür oyunlara marağı böyüyür. Bu da futbolumuzun inkişafı üçün yaxşıdır. Həmişə istəmişəm, bura böyük komandalar gəlsin ki, futbola və bizə maraq, inam daha da böyüsün. Bu uğur sayıla bilər, amma bununla dayanmalı deyilik. Düzdür, hələ uğur əldə olunmayıb. Bəli, ilk oyunda qalib gəlmişik. Ancaq uduzsaq da, bunu uğursuzluq adlandırmaq olmazdı. Çünki səfərdə udmuşuq. Demək ki, işimizi aktivləşdirsək, möhkəmləndirsək, qarşıdakı illərdə rəqiblərlə başabaş mübarizə aparmaq mümkündür.

- Son durumu açıqlayardız. Zədəlilər varmı?
- Yox, hər şey qaydasındadır.

- Oyunla bağlı ehtiyatlı danışdız. Amma fakt odur ki, 1/8 finala yüksələ bilərsiz. Cari mövsümün əvvəlində bu qədər irəli gedə biləcəyinizi ehtimal etmişdiz?
- Biz həmişə qarşımıza məqsəd qoyuruq və buna nail olmaq üçün ildən-ilə daha yaxşı olmaq istəyirik. Bu da hamısı bizim daxili çempionatımızdan başlayır. Biz daxili liqada yaxşı performans göstərsək, avrokuboklarda daha yaxşı nəticələr ola bilər. Biz istəyirdik ki, irəliləyək. Mütləq buralara çatmalıyıq deyə, tələb yox idi. Amma bacararıq deyə, inam var idi. Qarşımıza qoyulan məqsəd minimum Avroliqanın qrupuna düşmək idi. Sonrakı məqsəd pley-off mərhələsinə çıxmaqdır. Bunu da bacardıq. İndi əlimizə şans düşüb. Bu onu göstərir ki, işlərimiz planlı şəkildə gedib. Əsas odur ki, icra edənlər, futbolçular bunu bacarıb. Bu gün də futbolçularıma güvənirəm. Bura qədər gəlib çıxmağımızda onların payı daha çoxdur. Sabah meydanda söz sahibi futbolçular olacaq. Mən sadəcə onların yanında olacam. Belə birlik varsa, nəticə özünü göstərir. Futbol elə oyundur ki, il boyu davam edir. Hər oyuna inamla hazırlaşırıq. Əsas da düzgün hazırlaşırıq. Bu da düzgün icra olunursa, nəticə bu gün olmaya bilər, amma sabah olacaq. İnanıram ki, futbolçularım daha da yaxşısını etmək gücünə qadirdirlər.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 686   Tarix: 21 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın UEFA reytinqində neçəncidir?

Bu həftə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Qaynarinfo xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib. "Sabah" İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesab

11 sentyabr
.

"Turan Tovuz" "Zirə"yə, "Sabah" "İmişli"yə qarşı

Misli Premyer Liqasında 6-cı tur davam edir. "Qafqazinfo" xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Turan Tovuz" öz meydanında "Zirə"ni qəbul edəcək. Hazırda paytaxt klubu 10 xalla turnir cədvəlində 4-cü, "Turan Tovuz" isə 8 xall

19 sentyabr
.

"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub

"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli

16 sentyabr
.

Formula 1 altı illik fasilədən sonra İstanbula qayıdır - Tarix açıqlandı

Formula 1 yarışları altı illik fasilədən sonra yenidən İstanbulda keçiriləcək. Qaynarinfo xəbər verir ki, 2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi açıqlanıb. Təqvimə əsasən, "Formula 1 Turkish Grand Prix" 1-3 oktyabr 2027-ci il tarixlərində TOSFED İstanbul Parkda təşkil olunacaq

17 sentyabr
.

"İnter Mayami" David Alaba ilə maraqlanır

İspaniyanın "Real" klubunun sabiq futbolçusu David Alaba karyerasını MLS-də davam etdirə bilər. "Report" xarici mətbauta istinadən xəbər verir ki, ABŞ təmsilçisi "İnter Mayami" 34 yaşlı müdafiəçi ilə maraqlanır. Klub təcrübəli oyunçunu heyətinə qatmaq variantını nəzərdə

19 sentyabr
.

Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

Qadınlardan ibarət Azərbaycan millisinin üzvləri, məşqçilər heyəti və AFFA-nın Qadın Futbolu Departamentinin əməkdaşları Qarabağ Universitetində olublar. Bu barədə -a AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində milli üzvləri universitetin qız tələbələri ilə görüşüblər. Görüşdə qadı

22 sentyabr
.

Şahin Mustafayev yenidən federasiya prezidenti seçildi

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib. ASTF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şahin Mustafayev qarşıdakı 4 il ərzində də bu vəzifəni icra edəcək. Qeyd edək ki, Ş.Mustafayev 2014-c

16 sentyabr
.

Şahruddin milliyə çağırılmadı

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind

18 sentyabr
.

Ançelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə

15 sentyabr