Sabah da söz sahibi komandam olacaq - Qurban Qurbanov

Sabah da söz sahibi komandam olacaq - Qurban QurbanovSabah, həqiqətən, bizim üçün çox vacib və dəyərli oyun olacaq.

Sonxeber.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsində "Braqa" (Portuqaliya) ilə cavab matçından öncə keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, bu barədə çox danışmaq istəmir:

"Rəqib barədə çox danışmağa ehtiyac yoxdur. Portuqaliyada da qeyd etmişdim ki, bizi bu hesab aldatmamalıdır. İnanıram ki, futbolçularım Bakıda daha istəkli və daha düzgün oynayacaqlar. Həmçinin, soyuqqanlı oyun nümayiş etdirəcəklər. Sabaha kimi vaxtımız var. Oyunu yaxşı notla başa vurmaq istəyirik. Əlimizdən gələni edib, şans varsa, ondan yararlanmağa çalışacağıq".

- Komandada son durumu necə dəyərləndirərdiz? Zədə ilə bağlı hansısa problem yoxdur?

- ⁠Hər şey qaydasındadır

- "Braqa"da hamı Bakıya ancaq qələbə üçün gələcəklərini deyir. Bu, psixoloji tərəfdən komandaya necə təsir edə bilər?

- ⁠Tələb gözləniləndir. Çünki onlar yaxşı klubdur. Növbəti mərhələyə keçmək şansları çox idi. Amma bunun futbolçularıma psixoloji təsir edəcəyinə düşünmürəm. Biz "Braqa"nın gücünə bələdik. Matçdan öncə də onların necə oynadığını bilirdik. Oyundan sonra da komanda ilə söhbətdə qeyd etdik ki, Bakıdakı görüşdə sürətli, diqqətli və yaxşı oyun göstərməliyik. Onlar həddindən artıq sürətlidirlər. İllər boyu bu cür gərgin oyun nümayiş etdirən komandadır. Ona görə də cavab qarşılaşmasına son dərəcə yüksək hazırlaşmışıq.

- ⁠Sabahkı oyun Azərbaycan futbolunun Avropada özünü təsdiqi üçün bir şansdır.

- ⁠Bu günki nəticələrə baxsaq, bəlkə bunu düşünə bilərik. Amma Avropada qazanılan hər bir qələbə bu gün Azərbaycan futbolunda böyük uğur sayılmalıdır. Çünki daha stabil olmaq üçün belə uğurlara ehtiyacımız var. Pley-off oyunlarında isə qələbələr futbolçuların və azarkeşlərin inamı üçün çox vacibdir. Həmçinin hamını bir araya toplayır. Mənim üçün daha vacib olan futbolu bu cür sevmək, azarkeşləri belə oyunlara kökləməkdir. Biz bu cür yanaşsaq da, ola bilər ki, yerimizdə qalaq. Hər bir oyunda bizim bu səviyyəyə çatmağa ehtiyacımız var. Belə qalibiyyətlər bizi daha həvəsli və inamlı edir. Həmçinin nəinki azarkeşlərə, həm də dövlət qurumlarının futbola marağı artır. Həmişə istəmişəm ki, böyük klublar Azərbaycana gəlsinlər. Bununla dayanmaq olmaz. İlk matçda qalib gəlmişik. Sabah biz məğlub olsaq da, bu, uğursuz bir nəticə deyil. Çünki səfər matçında qələbə qazanmağı bacarmışıq.

- ⁠Mövsümün əvvəlində bu qədər irəli gedəcəyinizi təxmin etmişdiniz?

- ⁠Biz həmişə qarşımıza bir məqsəd qoyuruq. İldən-ilə daha yaxşı olmaq istəyirik. Bunun da hamısı daxili çempionatımızdan başlayır. Qarşımızda bu mərhələyə gəlmək üçün böyük istək var idi, amma tələb yox idi. İlk məqsədimiz minimum Avropa Liqasının qrup mərhələsinə düşmək idi. Sevindirici haldır ki, biz bunu bacardıq. İşlərimiz pis getməyib. Hər şey planlı şəkildə davam edib. Bu gün də futbolçularıma güvənirəm ki, bura kimi gəlib irəliləməyimizdə onların payı çoxdur. Sabah da meydanda söz sahibi komandam olacaq. Mən onlara inanıram və güvənirəm. Ən əsası oyuna düzgün yanaşırıq. İnanıram ki, hər şeyi daha da yaxşı etmək gücündəyik.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" – "Braqa" görüşü saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesabı ilə qalib gəlib.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 966   Tarix: 21 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın UEFA reytinqində neçəncidir?

Bu həftə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Qaynarinfo xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib. "Sabah" İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesab

11 sentyabr
.

"Turan Tovuz" "Zirə"yə, "Sabah" "İmişli"yə qarşı

Misli Premyer Liqasında 6-cı tur davam edir. "Qafqazinfo" xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Turan Tovuz" öz meydanında "Zirə"ni qəbul edəcək. Hazırda paytaxt klubu 10 xalla turnir cədvəlində 4-cü, "Turan Tovuz" isə 8 xall

19 sentyabr
.

"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub

"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli

16 sentyabr
.

Formula 1 altı illik fasilədən sonra İstanbula qayıdır - Tarix açıqlandı

Formula 1 yarışları altı illik fasilədən sonra yenidən İstanbulda keçiriləcək. Qaynarinfo xəbər verir ki, 2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi açıqlanıb. Təqvimə əsasən, "Formula 1 Turkish Grand Prix" 1-3 oktyabr 2027-ci il tarixlərində TOSFED İstanbul Parkda təşkil olunacaq

17 sentyabr
.

"İnter Mayami" David Alaba ilə maraqlanır

İspaniyanın "Real" klubunun sabiq futbolçusu David Alaba karyerasını MLS-də davam etdirə bilər. "Report" xarici mətbauta istinadən xəbər verir ki, ABŞ təmsilçisi "İnter Mayami" 34 yaşlı müdafiəçi ilə maraqlanır. Klub təcrübəli oyunçunu heyətinə qatmaq variantını nəzərdə

19 sentyabr
.

Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

Qadınlardan ibarət Azərbaycan millisinin üzvləri, məşqçilər heyəti və AFFA-nın Qadın Futbolu Departamentinin əməkdaşları Qarabağ Universitetində olublar. Bu barədə -a AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində milli üzvləri universitetin qız tələbələri ilə görüşüblər. Görüşdə qadı

22 sentyabr
.

Şahin Mustafayev yenidən federasiya prezidenti seçildi

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib. ASTF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şahin Mustafayev qarşıdakı 4 il ərzində də bu vəzifəni icra edəcək. Qeyd edək ki, Ş.Mustafayev 2014-c

16 sentyabr
.

Şahruddin milliyə çağırılmadı

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind

18 sentyabr
.

Ançelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə

15 sentyabr