Kredit faizləri aşağı düşə BİLƏRMİ? - VİDEO

Kredit faizləri aşağı düşə BİLƏRMİ? - VİDEOAzərbaycan banklarının kredit portfeli 20 faiz artıb. Problemli kreditləri isə 22 faiz azalıb. Bu barədə Mərkəzi Bankın hesabatında deyilir. Kredit üçün müvafiq banklara üz tutanların sayında 9 faiz artım qeydə alınıb. Bəs bu göstərdilər kredit faizlərinin aşağı düşməsinə səbəbi ola bilər?

Sonxeber.az xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimli "Xəzər Xəbər"ə açıqlama verib. O deyib ki, bank kreditlərində artım həm istehlak, həm də biznes və ipoteka ilə verilən vəsaitlərdə qeydə alınıb. Bu da hazırda bank sektorunda maliyyə dayanıqlığının yaxşı olmasından xəbər verir. Ekspert hesab edir ki, kredit artımı faizləri aşağı düşməsinə təsir etməyəcək:

" Kredit faizlərinin aşağı düşməsi üçün təqdim edilən kreditlər üzrə tələbatın olmaması lazımdır. Yəni banklar bazarda satmaq istədikləri kreditləri təqdim etdiyi qiymətlərlə sata bilmədiyi halda kreditlərin faiz dərəcəsini aşağı sala bilərlər. Əgər kreditlər daha çox verilirsə və banklar mövcud kredit faizləri ilə nəzərdə tutduğu portreti artıra bilirlərsə, bu o deməkdir ki, kreditlərə bu faizlər ilə təlabat mövcuddur".

Xalid Kərimlinin fikrincə indiki kreditlər faizləri ədalətli hesab oluna bilər. İqtisadçı faizlərin hansı şərtlər daxilində azala biləcəyinə aydınlıq gətirib.

Ətraflı "Xəzər Xəbər"in süjetində:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 766   Tarix: 01 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

"Azərbaycan Hava Yolları" AZAL (QSC) Turizm İşçiləri Günü münasibətilə sərnişinlərini Azərbaycanı daha yaxından kəşf etməyə və ölkə üzrə xüsusi təkliflərdən yararlanmağa dəvət edir. Bu barədə -a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bu il sentyabrın 29-u-dekabrın 31-ində keçiriləcə

29 sentyabr
.

Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video

Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib. Bu isə o deməkdir ki, evlərin hər biri plandadır. Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təkli

29 sentyabr
.

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? - Direktordan AÇIQLAMA

Bir müddət əvvəl sosial şəbəkələrdə hicablı azyaşlı qızın makiyajdan istifadə edərək məktəbə getməsini əks etdirən görüntülərin yayılması geniş müzakirələrə səbəb olmuşdu. Hadisə ilə bağlı müxtəlif fikirlər səsləndirilmiş, məsələyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhəri üzr

29 sentyabr
.

DYP-dən at arabaları ilə bağlı - Xəbərdarlıq

"Məhsul yığımı ilə əlaqədar ümumi istifadədə olan yollarda at arabalarının hərəkəti intensivləşib. Lakin, təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən bu növ nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayının artması da, ciddi narahatlıq doğurur"​

29 sentyabr
.

Bakıda evlər yenidən bahalaşır: Qiymətlər daha nə qədər arta bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil bazarında qiymət artımı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Son dövrlərdə xüsusilə yeni tikililərdə və tələbatın yüksək olduğu ərazilərdə mənzil qiymətlərində artım müşahidə olunur. Qiymətlərin yüksəlməsində tikinti xərcləri, torpaq və təklif-tələb nisbəti ilə yanaşı, alıcıları

30 sentyabr
.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

30 sentyabr
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr
.

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin

30 sentyabr
.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr