Qurban Qurbanov hotelə yollanaraq Xabi Alonsoya hədiyyə verib
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda "Bayer 04"ün çalışdırıcısı Xabi Alonso ilə görüşüb.
BAKU.WS Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verirn ki, görüş "Bayer 04" klubunun Bakıya səfərindən qısa müddət sonra komandanın qaldığı "Hilton" hotelində baş tutub.
Qurbanov uzun yol qət etmələrinə baxmayaraq, görüşməyə razılıq verdiyi üçün Alonsoya təşəkkür edib. O, "Bayer 04"ün Bakıya uçuşunun necə keçdiyi ilə maraqlanıb, onları Bundesliqada dəstəklədiklərini qeyd edib. Qurbanov qonağa Azərbaycan, ölkəmizin gözəllikləri, təbiəti, görməli yerləri haqqında məlumat verib, onu gələcəkdə qeyri-rəsmi səfərə dəvət edib.
Alonso səmimi münasibət və ölkəmizdəki xoş qarşılanma üçün minnətdarlığını bildirib. İspaniyalı mütəxəssis də "Qarabağ"ın Azərbaycan Premyer Liqasındakı çıxışını izlədiyini vurğulayıb. Alonso bildirib ki, komandalar arasında dostluq münasibətləri yarandığı üçün həm yenidən Bakıya gəlmək və görüşmək, həm də rəqib olmamaq istəyi olub.
Görüşün sonunda Qurban Qurbanov "Bayer 04"ün baş məşqçisinə xüsusi hazırlanmış əl işi olan ipək Qarabağ xalçası hədiyyə edib. Yekunda mütəxəssislər xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Bayer 04" oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1174 Tarix: 07 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb
"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb. "Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə b
19 sentyabr"Naxçıvan" ABŞ-li basketbolçu Kristian Konseni transfer edib
"Naxçıvan" klubu ABŞ-dən olan basketbolçu Kristian Konse ilə 1 illik müqavilə imzalayıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat ixmdətindən məlumat verilib. 196 sm boya malik 26 yaşlı oyunçu ötən mövsümü "Quba" klubunda keçirib
17 sentyabrKoxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
"Qarabağ"ın sabiq qapıçısı Mateuş Koxalski "Qarabağ"dan ayrılmaq səbəbi haqqında danışıb. "Qafqazinfo" xəbər verir ki, o, karyerasını Avropada qurmaq üçün Azərbaycan təmsilçisini tərk etdiyini bildirib. "Mən Avropaya qayıtmaq istəyirdim. Nəzəri olaraq, Azərbaycan avrokuboklard
22 sentyabr"Turan Tovuz" "Zirə"yə, "Sabah" "İmişli"yə qarşı
Misli Premyer Liqasında 6-cı tur davam edir. "Qafqazinfo" xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Turan Tovuz" öz meydanında "Zirə"ni qəbul edəcək. Hazırda paytaxt klubu 10 xalla turnir cədvəlində 4-cü, "Turan Tovuz" isə 8 xall
19 sentyabrAtası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)
"Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım". Qaynarinfo xəbər verir ki, bu sözləri ASAN TV-yə müsahibəsində "Qarabağ"ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib. Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumç
12 sentyabrElvin uzun müddət sonra belə görüntüləndi - Video
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki
19 sentyabr"Zirə"nin futbolçusu Abdul Aziz "Karvan-Yevlax"a keçib
"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb. xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Bölgə klubu "Zirə"dən Abdul Azizi icarəyə götürüb. 20 yaşlı hücumçu 6 ay Yevlax komandasında çıxış edəcək
15 sentyabrAzərbaycanın UEFA reytinqində neçəncidir?
Bu həftə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Qaynarinfo xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib. "Sabah" İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesab
11 sentyabr