30 ölkədən 107 QHT Azərbaycana COP29-la bağlı dəstək bəyanatı verib

30 ölkədən 107 QHT Azərbaycana COP29-la bağlı dəstək bəyanatı veribSağlamlıq, ətraf mühit və iqlim dəyişmələri məsələləri üzrə ixtisaslaşmış, ümumilikdə 106 ölkədən 2300 QHT-ni özündə birləşdirən Afrika Səhiyyə Təşkilatları Assosiasiyası (The Afrihealth Optonet Association (AHOA) Azərbaycana COP29-la bağlı dəstək bəyanatı verib.

"Report" xəbər verir ki, bəyanatı AHOA-nın rəhbəri Uzodinma Adiriece imzalayıb. AHOA-ya üzv və tərəfdaş olan 30 ölkədən 107 QHT də müraciətə qoşulub.

Bəyanatda AHOA Azərbaycanın iqlim dəyişmələri ilə bağlı qlobal fəaliyyətdə nümayiş etdirdiyi həqiqi fədakarlığı və liderliyi alqışlayır, bütün dünyanı iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün COP29-un yaratdığı tarixi fürsətdən istifadə etməyə çağırır.

Bəyanatı təqdim edirik:

"Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yaxınlaşdığı dövrdə Afrika Səhiyyə Təşkilatları Assosiasiyasının (The Afrihealth Optonet Association (AHOA) rəhbərliyi, üzvləri və tərəfdaşları olaraq, qlobal ictimaiyyəti dayanıqlı və sağlam gələcəyə doğru istiqamətləndirmək kimi mühüm vəzifəni öhdəsinə götürən COP29 prezidentinə və ev sahibi ölkə olan Azərbaycana ürəkdən dəstəyimizi ifadə edirik.
Planetimizin üzləşdiyi ekoloji problemlərdən dərindən narahat olan AHOA COP29 rəhbərliyinin, Azərbaycanın iqlim dəyişmələri ilə bağlı qlobal fəaliyyətdə nümayiş etdirdiyi həqiqi fədakarlığı və liderliyi alqışlayır. İqlim dəyişmələrinə qarşı mübarizəni aparmaq çox məsuliyyətli işdir. İqlim dəyişmələrinin təsirini azaltmaq, həssas icmaları/əhali qruplarını mühafizə etmək və ekosistemləri gələcək nəsillər üçün qoruyub saxlamaq üçün cəsarətli və qətiyyətli addımların tələb olunduğu kritik məqamdayıq. Bu baxımdan AHOA COP29 Prezidentinin və Azərbaycanın dialoqun, əməkdaşlığın və innovasiyaların təşviqində öhdəliyinin böyük əhəmiyyət kəsb etdiyini məmnuniyyətlə qeyd edir.

Azərbaycanın zəngin mədəni irs və müxtəlif təbii landşaftları ilə təkcə əvəzolunmaz ekoloji sərvətlərin qoruyucusu deyil, həm də iqlim dəyişmələri və ətraf mühitin mühafizəsi uğrunda fəal müdafiəçi olduğuna inanırıq. "Üçlük-Missiya 1.5" kimi təşəbbüslər vasitəsilə Azərbaycan iqlimə davamlılıq sahəsində dayanıqlı inkişafa sarsılmaz sadiqliyini nümayiş etdirdi və COP28-də əldə olunan uğurların davamlılığını təmin etdi. AHOA Azərbaycanın COP29 zamanı iqlim dəyişmələri ilə bağlı danışıqlarda güclü konsensual nəticələr əldə edəcəyinə inanır.

Vətəndaş cəmiyyəti üzvləri iqlim dəyişmələri bağlı fəaliyyətdə mühüm rol oynayır, dəyişiklik üçün katalizator kimi çıxış edir və iqlim hərəkatlarına təkan verir. Yerli icmaların rəhbərlik etdiyi iqlimə uyğunlaşma layihələrindən tutmuş gənclərin bu sahədə təşviqat kampaniyalarına qədər vətəndaş cəmiyyəti təşkilatları məlumatlılığın artırılmasında, resursların səfərbər edilməsində və bütün səviyyələrdə dəyişikliklərə təkan verməkdə mühüm rol oynayır. Qlobal şəbəkə və araşdırma mərkəzi kimi AHOA COP29 Prezidentinin və Azərbaycanın mühüm qlobal əməkdaşlığa kömək etmək, iddialı öhdəliklər götürmək və hamı üçün daha dayanıqlı və ədalətli gələcəyə doğru kurs təyin etmək qabiliyyətinə tam əmindir.

Biz iqlimlə bağlı fəaliyyətin sürətləndirilməsi və planetimiz üçün daha parlaq sabahın qurulması səylərində COP29 Prezidenti, Azərbaycan və dünya üzrə vətəndaş cəmiyyəti təşkilatları ilə həmrəyik. Gəlin, birlikdə iqlim dəyişikliyinə qarşı mübarizə aparaq, həm insanların, həm də təbiətin çiçəkləndiyi bir dünya yaratmaq üçün bu tarixi fürsətdən istifadə edək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 582   Tarix: 08 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qızımın öldüyü yanğında bu şirkətin də təqsiri müəyyən edilib"

Yasamalda 3 nəfərin ölümünə səbəb olan yanğında daha bir şirkətin təqsiri müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə sözügedən faciədə həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov məlumat yayıb. Vəkil qeyd edib ki, qızının ölümü ilə bağlı ekspertizanı

9 aprel
.

Azyaşlıya sükan həvalə edən sürücü CƏZALANDIRILDI - FOTO - VİDEO

Kobud qayda pozuntusuna yol verən sürücü ilə bağlı sosial şəbəkələrdə və onlayn mediada yayılan videogörüntü araşdırılıb. Araşdırma zamanı hadisənin paytaxtın Binəqədi rayonu ərazisində baş verdiyi, "Hyundai" markalı avtomobilin sürücüsü Telman Rüstəmovun nəqliyyat vasitəsinin idarə edilməsin

9 aprel
.

Mətləb Mütəllimli vəfat etdi

Azərbaycanın baş prokurorunun sabiq müavini Mətləb Mütəllimli vəfat edib. Bu barədə -a M.Mütəllimlinin qohumları məlumat veriblər. Məlumata görə, M.Mütəllimli uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Mətləb Mütəllimli 1995-ci ildə Milli Məclisin 1-ci çağırış deputatı olub. O, həmçinin Mill

8 aprel
.

"Yeni Klinika"da xəstə ölümünə görə - Həkimə hökm oxundu

"Yeni Klinika"da əməliyyat zamanı xəstənin ölümündə təqsirləndirilən həkim Sevinc Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, bu gün Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərar

9 aprel
.

13 nömrəli avtobus sürücüləri arasında nə baş verir? "Sərnişinləri qoyub getdi" - ŞİKAYƏT

Bu gün səhər saatlarında paytaxtda ictimai nəqliyyatla bağlı növbəti narazılıq qeydə alınıb. Bu barədə -a məlumat daxil olub . Sərnişinlərin sözlərinə görə, 13 nömrəli avtobus Koroğlu metro stansiyası yaxınlığındakı dayanacağa uzun fasilədən sonra çatıb. Dayanacaqda 50-dən çox sərnişin gözlədiyi halda

8 aprel
.

Anar Pirməmmədov FHN-dəki vəzifəsinə qaytarıldı

Fövqəladə Hallar Nazirliyində (FHN) Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri polkovnik-leytenant Anar Pirməmmədov vəzifəsinə qaytarılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, model və bloger Çelsi Baxşıyevanın yaydığı videolarla gündəmə gələn Anar Pirməmmədovun sözügedən hadisəyə görə fövqəlad

8 aprel
.

"Mediline" Tədris Mərkəzindən şikayət: "Məni aldatdılar, ilkin vədlər sonradan öz təsdiqini tapmadı"

"Mediline" Tədris Mərkəzindən şikayət var. Bu barədə -ya zərərçəkmiş vətəndaşdan daxil olan məlumatda deyilir. "Sosial şəbəkədə "Mediline" Tədris Mərkəzi ilə bağlı reklam qarşıma çıxdı. Mərkəzlə əlaqə saxladıqdan sonra özünü operator kimi təqdim edən Nigar adlı xanım məniml

8 aprel
.

Yevlaxda rəisin sürücüsü qəza törədib: 9 yaşlı oğlan iflic olub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisinin sürücüsü qəza törədib. -ın məlumatına görə, Yevlax rayon sakini Elçin Şakir oğlu Heydərov 77-GO-630 dövlət nömrə nişanlı "Land Rover" markalı avtomobilin idarəetməsini itirib və yolu keçən rayon sakin

8 aprel
.

Küləyə görə bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bununla bağlı Mərkəzi

8 aprel