90 yaşlı Xalq artisti: "Nazirlik müraciətimə nə vaxt baxacaq? Mən öləndən sonra?!"
Bu gün Xalq artisti Ceyran Haşımovanın 90 yaşı tamam olur. 1964-cü ildə "Lalə" qızlar ansamblını yaradan Ceyran Haşımova ömrünün 50 ilini Azərbaycan mədəniyyətinin təbliğinə həsr edib. Amma o, bu gün Mədəniyyət Nazirliyinin fəaliyyətindən narazıdır.
Ceyran Haşımova 90 illik yubileyi ilə əlaqədar Yenisabah.az-a açıqlama verib. O, səhhətində müəyyən problemlərin olduğunu bildirib:
"Hazırda bir az xəstəyəm. Yubileyimlə bağlı, sağ olsunlar, kanallar dəvət etmişdilər, amma təəssüf ki, səhhətimə görə gedə bilmədim. O vaxtlar da bizi hər 8 martda telekanallara dəvət edirdilər. Bu gün həm mənim ad günüm, həm 8 Mart qadınlar günü, həm də "Lalə" qızlar ansamblının yaranma günüdür. Əvvəllər Mədəniyyət Nazirliyindən də hər doğum günümdə mütəmadi təbriklər gəlirdi, amma təəssüf ki, indi onlar yoxdur. Mən Xalq artistiyəm, Prezident təqaüdçüsüyəm və hal-hazırda "Şöhrət" ordeni almalıyam, lakin ala bilmirəm. Çünki Mədəniyyət Nazirliyi bu işlə məşğul olmur. Mədəniyyət Nazirliyinin yadından çıxıb ki, mənim kimi bir sənətkarın 90 yaşı tamam olur".
Xalq artisti nazirliyin ona biganə yanaşmasından gileylənib.
"Mənimlə yaşıd olan 2-3 sənətkar qalıb. Azərbaycanda yeganə qızlar ansamblını mən yaratmışam. Mənim tələbələrim arasında çoxlu sayıda müğənnilər, xalq artistləri və əməkdar artistlər var. Mən bununla qürur duyuram. Ancaq Mədəniyyət Nazirliyi məni unudub. Nazirliyə dəfələrlə məktublar yazsam da, yalnız son dəfə yazdığım məktuba cavab gəldi. Yazmışdılar ki, baxılacaq. Bəs nə vaxt baxılacaq? Mən dünyamı dəyişdikdən sonra?"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2161 Tarix: 08 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabr2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
2027-ci il yaxınlaşdıqca Azərbaycanda əhalinin gəlirləri ilə bağlı əsas gözləntilərdən biri minimum əməkhaqqı və pensiyaların necə dəyişəcəyi ilə bağlıdır. 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb, minimum əməkhaqqının məbləğinə isə ildə ən azı bir dəfə yenidən baxılması qanunvericilikd
30 sentyabrBakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video
Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib. Bu isə o deməkdir ki, evlərin hər biri plandadır. Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təkli
29 sentyabr3 oktyabr 1993-cü il - Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi
3 oktyabr 1993-cü il Azərbaycan Respublikasının müasir siyasi tarixində mühüm mərhələlərdən biri kimi yadda qalıb. Həmin gün keçirilmiş prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxaraq sabitlik, dövlətçilik və inkişa
30 sentyabrAzərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR
Məşhur televiziya aparıcısı Afət Rahilqızı ailə həyatı qurub. xəbər verir ki, tanınmış simanın toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Afət Rahilqızının meyxanaçı Fərhadla evlənib. Cütlük Elgiz Əkbərin "Şadlıq olsun" verilişindən birbaşa restorana yollanıb. Bununla da Afətl
29 sentyabrBakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ
Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat
29 sentyabr