Sənədləri saxtalaşdırmaqda ittiham olunan "AĞ NAFTALAN" MMC vergi borcunu niyə ödəmir?

Sənədləri saxtalaşdırmaqda ittiham olunan "AĞ NAFTALAN" MMC vergi borcunu niyə ödəmir?qtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar ötən il Baş Prokurorluğa müraciət edib. Dövlət Xidmətinin müraciətinə səbəb dövlət satınalmalarına təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələrin müəyyən edilməsi idi.

Qlobal.az xəbər verir ki, Baş Prokurorluğa edilən müraciətdə sənədləri saxtalaşdıran şirkətlərin sırasında "Ağ Naftalan" Məhdud Məsuliyyətli Cəmiyyətinin də adı var.

"Ağ Naftalan" MMC 2007-ci ilin oktyabr ayında təsis edilib.

Şirkətin hüquqi ünvanı Goranboy rayonu Şəfəq kəndi, qanuni təmsilçisi isə Zamanov Volodya Nadir oğludur.

Rəsmi səhifəsində yazılan məlumatlara görə "Ağ Naftalan" MMC kommersiya-istehsalat və xidmət sahələrində fəaliyyət göstərir.

"Ağ Naftalan" MMC dövlət satınalmalarında da aktiv iştirak edən təşkilatlardandır.

Əsasən Suvarma Sistemləri İdarələri ilə əməkdaşlqı edən şirkətin 2022-ci ildə 4 lot üzrə qalib elan edildiyi tenderlərin ümumi məbləği 497.508 manat təşkil edib:

1. Sifarişçi təşkilat - Tovuz rayon Suvarma Sistemləri İdarəsi

Lot - Əyyublu kəndində 03/252A, 03/230, 03/120A, 03/124A, 03/156, 03/257, Aşağı Quşçu kəndində 03/BN66 və Düz Qırıqlı kəndi 03/157 reper nömrəli subartezian quyularının (yeni quyu kolonunun qazılması, elektrik təsərrüfatının təmiri, su sayğacının quraşdırılması və abadlıq işləri), təmiri işinin layihə-smeta sənədlərinin hazırlanması və Əyyublu kəndində 03/252A, 03/230, Aşağı Quşçu kəndində 03/BN66 əsaslı təmiri işlərinin satınalınması

Məbləğ - 88.552

2. Sifarişçi təşkilat - Tovuz rayon Suvarma Sistemləri İdarəsi

Lot - Arxların lildən təmizlənməsi işinin satınalınması

Məbləğ - 229-687

3. Sifarişçi təşkilat - Samux rayon Suvarma Sistemləri İdarəsi

Lot - LOT_4 - 4 ədəd artezian quyusunun əsaslı təmiri və layihə sənədlərinin hazırlanması işləri

Məbləğ - 119.652

4. Ağstafa Suvarma Sistemləri İdarəsi

Lot - S.Vurğun qəsəbəsində 01/14 və Dağ Kəsəmən kəndində01/232 reper nömrəli subartezian quyusunun(yeni quyu kolonunun qazılması,elektrik təsərrüfatının təmiri,su sayğacının quraşdırılması,layihə smeta sənədlərinin hazırlanmsı) və abadlıq işləri (2 ədəd)

Məbləğ - 59.617

"Ağ Naftalan" MMC-nin rəsmi səhifəsində şirkətin "ağ naftalan yağı, "sulnaftal", "kosmetik qoruyucu krem", "holekol" kimi məhsulların satışı ilə məşğul olduğu yazılıb.

Şirkət istehsal etdiyi məhsullarını Ukrayna bazarlarına da çıxarıb.

Rəsmi səhifəsində əcza qrupun olduğunu qeyd edən şirkətin fəaliyyət sahəsi daha genişdir. Belə ki, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, təmir və restavrasiya işləri, su təchizatı sistemlərinin layihələndirilməsi və tikintisi, artezian su quyularının qazılması və istifadəyə verilməsi, binadaxili elektrik və maqistral elektrik xətlərinin çəkilişi, naftalan mənşəli dərman vasitələrinin istehsalı və aparılması üşün lisenziya tələb olunmayan bir çox digər işlər gördüyünü yazır.

"Ağ Naftalan" MMC rəsmi səhifəsində Səhiyyə Nazirliyi, Azərsu ASC və Azəriqaz İstehsalat Birliyi kimi qurumlarla iş birliyi yaratdığını qeyd edir.

İlginc məqamlardan biri isə yarım milyonluq satınalmada qalib elan edilən "Ağ Naftalan" MMC-nin vergi mükəlləfiyyətini yerinə yetirməməsidir.

Belə ki, hazırda "Ağ Naftalan" MMC-nin dövlətə 15.433 manat vergi borcu var.
Sənədləri saxtalaşdırmaqda ittiham olunan "AĞ NAFTALAN" MMC vergi borcunu niyə ödəmir?Sənədləri saxtalaşdırmaqda ittiham olunan "AĞ NAFTALAN" MMC vergi borcunu niyə ödəmir?Sənədləri saxtalaşdırmaqda ittiham olunan "AĞ NAFTALAN" MMC vergi borcunu niyə ödəmir?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1047   Tarix: 13 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır

Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır

30 sentyabr
.

Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində artım diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Palatasının iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım qeydə alınıb. Bu dinamika mənzil bazarındakı bahalaşma ilə müqayisədə daha yüksək göstərici kim

1 oktyabr
.

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur

30 sentyabr