"Qarabağ"ın məğlubiyyətinə ağlayan uşaqlar futbolçu imiş - Fotolar

"Qarabağ"ın məğlubiyyətinə ağlayan uşaqlar futbolçu imiş - FotolarXəbər verdiyimiz kimi, sosial şəbəkələrdə "Qarabağ"ın Avropa Liqasının 1/8 finalında "Bayer"ə uduzmasına görə ağlayan iki azyaşlı azarkeşin videosu gündəmə gəlib. Ağdam klubunun son dəqiqələrdə buraxdığı qollar balaca tərəfdarların göz yaşlarına səbəb olub.

Həmin uşaqların kimliyi də maraqla qarşılanıb. "Qafqazinfo"nun məlumatına görə, azyaşlılar əslində kluba yad uşaqlar deyil. Onlar elə Ağdam klubunun akademiyasının üzvləridir, həm də komandanın fanatıdırlar.

Nihat və Ümid Şükürovlar "Qarabağ"ın aşağı yaş qruplarından ibarət komandalarında çıxış edirlər. Nihat U-9, Ümid isə U-11 komandasının üzvüdür.

Uşaqların atası Sənan Şükürov deyir ki, hər zaman "Qarabağ"ın matçlarına baxırlar. Bakıdakı matçların çoxunu elə stadiondan izləyirlər: "Onları stadiona aparıram. Hər ikisi futbolla yatır, futbolla qalxır. Mən özüm də futbolçu olmuşam. Azərbaycan U-19 millisinə qədər yüksəlmişəm, zədə səbəbindən vidalaşmalı olmuşam. İndi uşaqlar bu yolu davam etdirirlər. Onlar "Qarabağ"ın çılğın fanatlarıdır, hər oyununu izləyirlər".
"Qarabağ"ın məğlubiyyətinə ağlayan uşaqlar futbolçu imiş - FotolarBalaca Ümid isə ötən gün "Qarabağ"ın "Bayer"ə son dəqiqə qolları ilə uduzmasında hakimi günahlandırıb: "Mən vətənpərvər və "Qarabağ"ın oyunçusu kimi deyirəm ki, qələbəyə layiq idik. Həmişəki kimi hakim ədalətsizliyi ilə üzləşdik. Bu ədalətsiz qərarların fonunda uduzduq. Şəxsən qardaşımla mən səhərə kimi yatmamışıq. Demək olar ki, ağlamışıq".

"Qarabağ"ın məğlubiyyətinə ağlayan uşaqlar futbolçu imiş - Fotolar


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1186   Tarix: 15 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

2027-ci ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlandı

"Formula 1" və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci ildə keçiriləcək "Formula 1" üzrə dünya çempionatının təqvimini açıqlayıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, Azərbaycan Qran-prisi sentyabrı

16 sentyabr
.

"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb

İsveçrənin "Bazel" klubu baş məşqçisi Stefan Lixtştaynerlə yollarını ayırıb. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna komandanın çempionatdakı uğursuz nəticələri səbəb olub. Çempionatda keçirilən 7 turdan və evdəki iki ardıcıl məğlubiyyətdən sonra rəhbərlik komandanın oyunund

11 sentyabr
.

F1-də qaydalar dəyişir - Məsafə də azaldılacaq

"Formula-1" 2027-ci il mövsümündən etibarən Qran-pri yarışlarının maksimum məsafəsinin 305 kilometrdən 290 kilometrə endiriləcəyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, yeni qaydalar yağış və ya insidentlər səbəbindən dayandırılan və ya təxirə salınan yarışlara da şamil ediləcək

22 sentyabr
.

Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıb

Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" turnirin ilk qalibi adını qazanıb. Sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasınd

16 sentyabr
.

Avropa Liqasında ilk turun oyunları başa çatdı

UEFA Avropa Liqasında əsas mərhələnin ilk turunun oyunları başa çatıb. İlk turda 9 qarşılaşma keçirilib. xarici mediaya istinadla xəbər verir ki, gecənin diqqətçəkən oyunlarından birində Türkiyənin "Beşiktaş" komandası İstanbulda Fransa təmsilçisi "Marsel"i qəbul edib. İstanbul təmsilçis

18 sentyabr
.

Formula 1 altı illik fasilədən sonra İstanbula qayıdır - Tarix açıqlandı

Formula 1 yarışları altı illik fasilədən sonra yenidən İstanbulda keçiriləcək. Qaynarinfo xəbər verir ki, 2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi açıqlanıb. Təqvimə əsasən, "Formula 1 Turkish Grand Prix" 1-3 oktyabr 2027-ci il tarixlərində TOSFED İstanbul Parkda təşkil olunacaq

17 sentyabr
.

"Naxçıvan" ABŞ-li basketbolçu Kristian Konseni transfer edib

"Naxçıvan" klubu ABŞ-dən olan basketbolçu Kristian Konse ilə 1 illik müqavilə imzalayıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat ixmdətindən məlumat verilib. 196 sm boya malik 26 yaşlı oyunçu ötən mövsümü "Quba" klubunda keçirib

17 sentyabr
.

"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub

"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli

16 sentyabr
.

"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb

"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb. "Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə b

19 sentyabr