"Restoranların mətbəxlərində böyük antisanitariya hökm sürür, gətirilmiş yeməklər, qızdırılaraq müştəriyə verilir" - Eyyub Hüseynov

"Restoranların mətbəxlərində böyük antisanitariya hökm sürür, gətirilmiş yeməklər, qızdırılaraq müştəriyə verilir" - Eyyub HüseynovPaytaxtın məşhur "Paris Bistro" restoranının mətbəxində antisanitar vəziyyət olduğu iddia edilir. Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Ümumilikdə ölkələrdə restoranların mətbəxlərinə nəzarət edilib yoxlanışlar aparılırmı?

Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Sonxeber.az-a açqılama verib.
"Restoranların mətbəxlərində böyük antisanitariya hökm sürür, gətirilmiş yeməklər, qızdırılaraq müştəriyə verilir" - Eyyub HüseynovE. Hüseynov bildirib ki, restoranların mətbəxlərində böyük antisanitarıya hökm sürür.

"Restoranların mətbəxlərində böyük antisanitarıya hökm sürür. Telelayihə çərçivəsində Azad istehlakçılar birliyi 8 il əvvəl Bakının mərkəzində yerləşən restoranlarda monitoriqlər apardıq. Mətbəxlərə baş çəkdik. Məlum oldu ki, bir çox bahalı restoranların qonaqları zalda oturub yemək gözləyir. Mətbəxlər də antisanitariya hökm sürür. Haradansa gətirilmiş yeməklər, qızdırılaraq müştəriyə verilir. Çox qəribə vəziyyət müşahidə etmişdik.

Mətbəxə kameraların qurulmasını və müştərilərin zalda bu prosesi izləmək imkanını yaradılmasını təklif etdik . Bunu sadəcə bir restoran etdi. Daha sonra həmin restoranda vəziyyət müsbətə doğru dəyişdi. Bildiyim qədəri ilə hazırda da o kameralar işlək vəziyyətdədir. Lakin başqa bir restoranda mətbəx açınacaqlı vəziyyətdə idi. Əlbəttə mətbəxi çox yaxşı səviyyədə olan restoranlar da var. Kirli,yanmış qablar və s".

Ekspert bildirib ki, restoranların qabyuyan yerlərində 90 faizində üstü-başı kirli qadın və əlində kirli bir əski görmək olar:

"Ümumilikdə respublika ərazisində vəziyyət çox acınacaqlıdır. Turizm həvəskar və islehlak hüquqlarını qoruyan bir şəxs kimi hər il Azərbaycanın bütün regionlarına gedirəm. Hər zonada ilk olaraq qab yuyulan yerə baxaram . Demək olar ki, restoranların qabyuyan yerlərində 90 faizi üstü başı kirli qadın və əlində kirli bir əski görmək olar. Mətbəxdə pis gündə olur.

Şimal zonasında tələb təklifi o qədər üstələyib ki, orada insanlar ən antisanitar bir yerdə "it əti" də versələr yeyəcəklər. Çünki burada yaşayan, dincələn insanlar növbəyə durub.

Qusar rayonun yaxınlığlında Qaikənd deyilən yerdə bir neçə restoran var. Həmin restoranlarda heç bir sanitariyalarda danişmaq olmaz. Cənub zonasında Lənkəranda vəziyyət daha yaxşıdır. Lerik Yardımlı zonasında da şimal rayonlara baxanda vəziyyət yaxşıdır. Lakin Lerikdən gələn çay tullantılarla doludur. Tullantılar hamısı çaya axıdılır. Lerikin İcra hakimiyyəti bu məsələni aradan qaldırmalıdır".

Azad İstehlakçılar İctimai Birliyinin sədri vətəndaşlara Bakıda mətbəxi açıq olan restoranlar üstünlük verilməsinin bildirib:

"Bakıda mətbəxi açıq olan restoranlar üstünlük verilməsinin tərəfdarıyam. Elə restoranlar Bakıda var. Bu zaman istehlakçı özü hər şeyi görür. Ümumiyyətlə restoran sahibi istəyirsə ki tənqid olmasın, bu zaman restorana kameraqoymalıdır. Bir çox ölkələrdə və qonşu Türkiyədə bu sistemdən istifadə edilir. Bu çox yaxşı addımdır. Çox təəssüf ki, bu prosesi biz ölkəmizdə geniş yaya bilməmişik. Amma ölkədə çox yaxşı standartlara sahib olan restoranlar da var".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 931   Tarix: 22 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr