Rəqiblərinə aman verməyən Hidayət Heydərov: Dünya çempionumuz haqqında maraqlı faktlar

Rəqiblərinə aman verməyən Hidayət Heydərov: Dünya çempionumuz haqqında maraqlı faktlarCüdo Azərbaycanda ən populyar və uğurlu idman növlərindən biridir. Təsadüfi deyil ki, ölkəmiz Yay Olimpiya Oyunlarında güləşdən sonra ən yaxşı nəticəni məhz sözügedən yapon döyüş sənətində göstərib. Cüdoçularımız olimpiadalarda beş medal qazanıblar ki, bunlardan biri qızıl, ikisi gümüş, ikisi bürüncdür. Olimpiya Oyunlarında ilk "qızıl" da məhz cüdonun payına düşür. 1992-ci ildə Barselonada təşkil edilən Olimpiadada Nazim Hüseynov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Lakin o, MDB adından yarışırdı. 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında isə Elnur Məmmədli bütün rəqiblərini üstələyib.

2024-cü il də artıq Azərbaycan cüdosunun tarixinə düşdü. Elxan Məmmədovdan 11 il sonra cüdoçumuz dünya çempionu adını qazandı. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən yarışda 73 kq çəki dərəcəsində Hidayət Heydərov planetin ən güclüsü adını qazandı.

"Kaspi" qəzeti bu yazısında Hidayət Heydərovdan bəhs edib.

Kimdir Hidayət?

Hidayət Heydərov 1997-c ildə Qazaxıstanın Karaqanda şəhərində dünyaya gəlib. Onun ailəsi əslən Göyçaydandır. Hidayətin üç yaşı olarkən ailəsi Bakıya köçüb. Balaca vaxtlarından aktivliyi ilə seçilən, idmana marağı olan qəhrəmanımız altı yaşında olarkən cüdoya başlayır. Onun ilk müəllimi Tərlan Həsənov olur.

Əzmkarlığı ilə diqqət çəkən Hidayət tezliklə cüdoda uğur qazanmağa başlayır. O, 2008-ci ildə Bakı çempionluğunu, bir il sonra isə Azərbaycan çempionluğunu qazanır. 60 kq çəki dərəcəsində iki dəfə Azərbaycan çempionluğunu əldə edən yeniyetmə idmançının ayağı bundan sonra beynəlxalq arenaya açılır. 2010-cu ildə Tbilisidə keçirilən beynəlxalq turnirdə ikinci yerə çıxan Hidayət növbəti il Ankarada keçirilən Avropa kuboku uğrunda turnirdə birinci yeri tutur. 2012-ci ildə Hidayət yeniyetmələrdən ibarət Azərbaycan yığmasına dəvət alır. Antalyada yeniyetmələrin Avropa kubokunda yarışan Hidayət turniri birinci pillədə başa vurur.

Avropa və dünya çempionatı medalları

Heydərov sonradan yarışlara 73 kq çəki dərəcəsində qatılır. Hansı ki bu çəkidə Elnur Məmmədli, Rüstəm Orucov kimi idmançılar böyük uğurlar əldə edib, Olimpiya oyunlarında medal qazanıblar. Hidayət hazırda dördqat Avropa çempionudur. O, 2017-ci ildə Varşavada, 2022-ci ildə Sofiyada, 2023-cü ildə Monpelyedə, bu il isə Zaqrebdə bütün rəqiblərini üstələyib. O, qitə birinciliyində iki bürünc, bir gümüş əldə etməyi də bacarıb.

Hidayətin dünya çempionluğu arzusu isə gec reallaşdı. O, bəzən hakim haqsızlığı, bəzən xırda səhvlərdən qızıla çata bilmirdi. Daha əvvəl Bakı, Tokio və Daşkənddə qızıla iddia edən cüdoçu yekunda bürünc medalla kifayətlənib. Bu il isə o, çoxdankı arzusuna çatdı. Avropa və dünya çempionluqlarından əlavə, Heydərov Avropa Oyunlarında, Yay Universiadasında, İslam Həmrəyliyi oyunlarında medal qazanmağa müvəffəq olub.

Əzmkar çempionluq

Abu-Dabidəki dünya çempionatı boyu Hidayət gərgin mübarizədə Kosovo, Braziliya və Almaniya təmsilçiləri üzərində qələbə qazanıb. Finalda isə o, hazırkı Asiya çempionu, yaponiyalı Tatsuki İşihara ilə qarşılaşıb. Əsas vaxtın bitməsinə 40 saniyə qalmış Tatsuki vazari xalı ilə önə keçib. Lakin Hidayət təslim olmayıb. Əzmkarlıq göstərən idmançımız vaxtın bitməsinə 10 saniyə qalmış rəqibini ipponla məğlub edib və Abu-Dabidə Azərbaycan bayrağını dalğalandırıb.

Çatışmayan yeganə medal

Hidayət Heydərovun kolleksiyasında qatıldığı bütün böyük turnirlərin baş mükafatı var. Çatışmayan yalnız Olimpiya Oyunlarının qızılıdır. Bu il Parisdə növbəti Yay Olimpiya Oyunları keçiriləcək. 26 yaşlı cüdoçu ölkəmizi Fransa paytaxtında da təmsil edəcək. 73 kq çəki dərəcəsində idmançımız Olimpiadanın əsas favoritlərindəndir. Ölkəmizin Yay Olimpiya Oyunlarında səkkiz illik qızıl medal həsrətinə məhz Hidayət Heydərovla son qoyacağına ümid böyükdür.
Hidayətin özünün də arzusu budur. O, dünya çempionu olduqdan sonra bu barədə fikirlərini bildirib. Hidayət deyib ki, dünya və Avropa çempionluqlarından sonra Olimpiya qızılını da əldə edib Azərbaycan idmanının tarixinə düşmək istəyir. Heydərov bunun üçün bütün imkanlara malikdir. Cüdo həvəskarlarına isə inanmaq və dəstək olmaq düşür.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1398   Tarix: 26 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şahin Mustafayev yenidən federasiya prezidenti seçildi

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib. ASTF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şahin Mustafayev qarşıdakı 4 il ərzində də bu vəzifəni icra edəcək. Qeyd edək ki, Ş.Mustafayev 2014-c

16 sentyabr
.

Avropa Liqasında ilk turun oyunları başa çatdı

UEFA Avropa Liqasında əsas mərhələnin ilk turunun oyunları başa çatıb. İlk turda 9 qarşılaşma keçirilib. xarici mediaya istinadla xəbər verir ki, gecənin diqqətçəkən oyunlarından birində Türkiyənin "Beşiktaş" komandası İstanbulda Fransa təmsilçisi "Marsel"i qəbul edib. İstanbul təmsilçis

18 sentyabr
.

"Formula 1"ə görə Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı

"Formula 1" üzrə Azərbaycan Qran-prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq. Bu barədə -a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Həmçinin, Üzeyir Hacıbəyli və Puşki

18 sentyabr
.

"Sabah"ın 21 yaşlı qapıçısından möhtəşəm seyvlər - Video

"Sabah"ın 21 yaşlı qapıçısı Rəvan Mirzəmmədov çıxışı ilə diqqət çəkir. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün "Şəfa"ya 3:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi seyvlərlə diqqət mərkəzinə düşüb. R.Mirzəmmədov Masazır təmsilçisinin heyətində bu mövsüm 2 oyunda meydan

15 sentyabr
.

"Liverpul" Braziliya millisinin hücumçusu Rayanı transfer edə bilər

İngiltərənin "Liverpul" klubu "Bornmut"un və Braziliya millisinin hücumçusu Rayanı rekord məbləğə transfer edə bilər. "Report" "TeamTalk"a istinadən xəbər verir ki, bu transferdə "Liverpul"un baş məşqçisi Andoni İraola təkid edir. 2023-2026-cı illərd

14 sentyabr
.

"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub

"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli

16 sentyabr
.

"Sabah"ın qapıçısı ən çox qurtarış edənlər siyahısında

"Sabah"ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turundan sonra ən çox qurtarış edən qapıçılar siyahısında yer alıb. "Qafqazinfo" xəbər verir ki, o, "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzduqları oyunda 5 dəfə seyv edib. Siyahıya hərəy

11 sentyabr
.

Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı

"Qarabağ"ın sabiq qapıçısı Mateuş Koxalski "Qarabağ"dan ayrılmaq səbəbi haqqında danışıb. "Qafqazinfo" xəbər verir ki, o, karyerasını Avropada qurmaq üçün Azərbaycan təmsilçisini tərk etdiyini bildirib. "Mən Avropaya qayıtmaq istəyirdim. Nəzəri olaraq, Azərbaycan avrokuboklard

22 sentyabr
.

Avroliqa həyacanı davamn edir: "Beşiktaş" və "Yuventus" meydana çıxır

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunun növbəti qarşılaşmaları keçiriləcək. Qaynarinfo xəbər verir ki, bu axşam doqquz qarşılaşma baş tutacaq. Günün diqqətçəkən qarşılaşmalarında "Beşiktaş" (Türkiyə) "Marsel" (Fransa) klubu ilə, "Real Soseydad" (İspaniya

17 sentyabr