Növbəti tədris ilinə qədər universitetlərin təhsil haqları ENDİRİLİR? - AÇIQLAMA

Növbəti tədris ilinə qədər universitetlərin təhsil haqları ENDİRİLİR? - AÇIQLAMASon illərdə artan qiymətlərdən ən çox təsirlənənlər universitetlərdə təhsil alan tələbələrdir. Tələbələr onsuzda artan kirayə qiymətləri baxımından əziyyət çəkirlər. Belə olan təqdirdə universitetlərin təhsil haqlarının qiymətini artırması ciddi problemlərə səbəb olur. Hər il demək olar ki, bir çox tələbə təhsil haqqını qarşılaya bilmədiyi üçün universitetdən kənarlaşdırılır. Artıq sosial şəbəkələrdə tələbələrin təhsil haqlarının ödənilməsinə yardım məqsədilə kampaniyalar aparılır.

Universitetlərə qəbul prosesi həayata keçirilir. Növbəti tədris ilinə qədər universitetlərdə təhsil haqlarının aşağı salınması gözləniləndir? Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda ali təhsil müəssisələrinin təhsil haqları reallığı əks etdirmir. Təhsil haqları müəyyənləşərkən onların bir mütəxəssisi hazırlamaq üçün çəkdikləri xərc hesablanır:

"Azərbaycanda keçirilən işə qəbul imtahanlarının nəticələrini təhlil edəndə görürük ki, ali təhsil müəssisələri aldıqları xidmət haqqı müqabilində keyfiyyətli təhsil verə bilmirlər. Bu gün bir sıra ali təhsil müəssisələri ölkədəki cüzi inflyasiyadan, qiymət artımından sui-istifadə edirlər. Bu günləri ali təhsil müəssisələrinin təhsil haqlarını artırmaq üçün heç bir real şərait yoxdur. Çünki, heç bir ali təhsil müəssisəsi yeni kampuslar tikməyib. O cümlədən yeni korpus tikilməyib və laboratoriyalar istifadəyə verilməyib. Çox təəssüflər olsun ki, bu gün Azərbaycanda ali təhsil müəssisələrinin təhsil haqları müəyyənləşəndə ciddi tədqiqat aparmır. Ümumi bir amil olaraq təhsil haqlarında artımlar müşahidə edirik. Bunun nəticəsidir ki, Azərbaycanda təkcə 2023-cü ildə 8 min nəfərdən çox şəxs təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsildən kənarlaşdırılıb. Azərbaycanda ali təhsilin əlçatanlığın təmin olunması həyata keçirib. Ölkə prezidenti tərəfindən ali təhsil müəssisələrinə qəbul və plan yerləri artırılıb".

Ekspertin sözlərinə görə, bu il 28 mindən çox pulsuz yerlər olacaq. Eyni zamanda müəyyən sosial statusli insanlar var ki, onlar ödənişli əsaslarla ali təhsil müəssisələrinə qəbul olsalar da onların təhsil haqlarını dövlət ödəyir:

"Bu gün Azərbaycanda ali təhsilə əlçatanlıq təmin olunur. Hər il 28 min nəfər pulsuz, dövlət sifarişli ixtisaslara qəbul oluna bilir. Bu rəqəmlər kifayət qədər böyükdür. Amma digər kateqoriyalardan olan insanlar var ki, onlar ödənişli əsaslarla oxuyurlar. Bunlarda kifayət qədər yuxarı məbləğlərdir. Məsələn : Türkiyə və Gürcüstan universitetləri ilə müqayisədə görürük ki, Azərbaycanda təhsil haqları onlardan daha yuxarıdır. Amma keyfiyyət biz də daha aşağıdır. Məsələn Türkiyənin ən reytinqli dövlət universitetlərində təhsil haqqı Azərbaycan pulu ilə 1300 manatdır. Heç 1500 manata olan təhsil haqqı yoxdur. Tibb ixtisasını dövlət universitetləri ilə müqayisə aparsaq Azərbaycanda daha çoxdur. Bütün ixtisaslar üzrə Azərbaycanın ali təhsil müəssisələrinin təhsil haqları Türkiyənin dövlət universitetlərindən çox bahadır. Bizim bölgə universitetimizin təhsil haqqı çoxdur. Keyfiyyət təbii ki, dəfələrlə aşağıdır. Bunu müəllimlərin işə qəbulu, dövlət qulluğuna və digər iş yerlərinə keçirilən qəbul imtahanlarınin nəticələri göstərir ki, Azərbaycanda ali təhsil müəssisələrinin məzunları müasir dövrün bilik və bacarıqlarına cavab vermir".

Kamran Əsədov vurğulayıb ki, təhsil haqlarının aşağı salınması ilə bağlı ciddi addımlar atılmalıdır:

"Birincisi biz dövlət sifarişli plan yerlərinin sayını daha çoxaltmalıyıq. Hətta istənilən bal ilə insanlar ali təhsil müəssisələrinə "burs" ala bilməlidir. Digər tərəfdən ali təhsil müəssisələrinə müəyyən vergi, sığorta və kommunal güzəştlər edilməlidir. Belə tədbirlər ilə universitetlərin xərcləri azaldılmalıdır. Universitetlər şəffaf maliyyə hesabatı qoya bilmirlər. Bu gün universitetlərin ortaya açıb qoyduqları maliyyə hesabatları reallığı əks etdirmir. Biz baxsaq, Azərbaycanda 51 təhsil müəssisələrindən heç biri maliyyə hesabatı vermir. Ona görə də müəyyən kommunal güzəştlər etmək lazımdır ki, onların xərcləri azalsın. Bunun ardınca, təhsil haqlarının azalmasını müşahidə edə bilərik. Yəni xərclərin azalması, təhsil haqlarının azalmasına təsir göstərəcək. Bu gün ölkədə çox az sayda ali təhsilli insanlar var. Cəmi ölkə vətəndaşlarının 17 faizi ali təhsillidir. Bu baxımdan universitetlərə müvafiq istiqamətlərdə güzəştlər edilməlidir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1302   Tarix: 25 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?

Yayın qızmarında və ya qışın şaxtasında paytaxtdan rayonlara gediş-gəliş sərnişinlər üçün bəzən sınağa çevrilir. Şəhərlərarası sərnişindaşıma sistemində avtobus parkının yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində müəyyən addımlar atılsa da, marşrutlar üzrə mövcud vəziyyət eyni səviyyəd

27 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr