Rüstəm Şahbazov üçün atalar üçdən deyib? – Adı ikinci qətl hadisəsində keçir

Rüstəm Şahbazov üçün atalar üçdən deyib? – Adı ikinci qətl hadisəsində keçirƏmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun adı növbəti cinayət əməlində - qətl hadisəsində hallanır.

Belə ki, dünən gecə Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində 3 nəfər polis əməkdaşını və bir nəfər mülki vətəndaşı qətlə yetirən əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlunun R.Şahbazovla əlaqəsi haqda mediada yazılıb. Daha doğrusu,

AFN.az-ın aprel ayında Bakı sakini Dadaşov Abbas Eldar oğlunun şikayəti əsasında yazdığı "Rüstəm Şahbazovla qardaşına "xidmət göstərən" Rövşən Allahverdiyev axtarışa verildi - FOTO" sərlövhəli yazıda R.Allahverdiyevin R.Şahbazovun qardaşı Teymur Şahbazovla əlbir olaraq A.Dadaşova külli miqdarda pul "atdığı" bildirilir. Qeyd edilir ki, A.Dadaçov Sumqayıt şəhəri, Koroğlu küçəsi, Əmlak Komitəsinin Sumqayıt şöbəsinin yaxınlığında yerləşən 0.68 ha boş torpaq sahəsini uzun müddətə icarəyə götürmək istəyi haqda əvvəlcədən tanıdığı Teymur Şahbazova və onunla birgə olan Rövşən Allahverdiyevə deyib. Onlar da ona bildiriblər ki, Əmlak Məsələləri Dövlət Xidmətində tanıdıqları var və bu işi çox asanlıqla həll edə bilər. Daha sonra həmin adamla danışdıqlarını deyərək ondan əvvəlcə 180 min manat alıblar: "Mən onlardan bu işi kiminlə həll edəcəyini soruşdum. Bildirdilər ki, Teymurun qardaşı Şahbazov Rüstəm uzun müddətdir ki, Əmlak Məsələləri Dövlər Xidmətində müavin vəzifəsində işləyir. Bütün məsələləri Rüstəm həll edir. Dedilər ki, arxayın olun, məsələ 100 faiz həll olunacaq. Onlara inandım və ona hissə-hissə 236000 manat pul verdim".

Sonradan aldadıldığını başa düşən sahibkar hüquq-mühafizə orqanlarına müraciət edib. R.Allahverdiyevin haqqında Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılıb, o axtarışa verilib. Bir müddət Türkiyədə yaşayan R.Allahverdiyev yaxın günlərdə ölkəyə dönüb. Onun ölkədə olduğunu bilən polis əməkdaşları bağ evində saxlamağa çalışarkən məlum hadisə baş verib.

Qeyd etdiyimiz kimi, bu, R.Şahbazovun adının hallandığı ilk qətl hadisəsi deyil. AFN.az xatırladır ki, bundan əvvəl də rəis müavininin ismi 12 il əvvəl 37 yaşlı iş adamını sifarişlə qətlə yetirməkdə ittiham olunan Əhəd Salahovun cinayət işi üzrə məhkəmə işində keçib. Məhkəmə istintaqı zamanı məlum olub ki, qətlin sifarişçisi olduğu iddia edilən Firudin Məmmədov hadisə gecəsi Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovla 17 dəfə telefonla danışıb. O da məlum olub ki, zərərçəkmişin Şahbazovla əlaqəsi olub, sonradan isə münasibətləri korlanıb. Məhkəmə prosesində Ə.Salahovun vəkili Orxan Cəfərbəyli bu məqamları qeyd qətlin sifarişçisinin Firudin yox, Rüstəm Şahbazov ola biləcəyi ehtimalını vurğulayıb. "Məlum olduğu kimi, Firudin hadisədən elə 3 gün sonra bilinməyən səbəbdən intihar edib. Bu intihar da hamıya maraqlı qalıb. Bu məsələlər də qaranlıq qaldı" – deyə vəkil qeyd edib.
R.Şahbazovun adı xeyli sayda əmlak qalmaqalında da keçir. Müxtəlif şikayətçilər onun tərəfindən qeyri-qanuni olaraq əmlaklarının – torpaqlarının, bağ sahələrinin əllərindən alındığını bildirirlər. Onun adı yüksək məbləğdə zərər vurmaqla dələduzluqda hallanan qardaşı Teymur Şahbazovun isə Rusiyada yaşadığı bildirilir. Bu barədə daha geniş növbəti yazılarımızda.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1320   Tarix: 25 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məhərrəm ayının başlayacağı tarix AÇIQLANDI

Bu il Azərbaycanda Məhərrəm ayı iyunun 16-da başlayacaq. Bu ayın ən önəmli günü hesab edilən Aşura günü isə iyunun 25-nə təsadüf edəcək. Məhərrəm ayı hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur. Qeyd edək ki, Məhərrəm ay

5 aprel
.

Məktəblilər 10 gün DƏRSƏ GETMƏYƏCƏK - SƏBƏB

Azərbaycanda məktəblilərin qarşıdakı istirahət günləri açıqlanıb. Bakıvaxtı.az-a istinadən xəbər verir ki, ümumtəhsil müəssisələrində may-iyun aylarında şagirdləri bir neçə rəsmi tətil və qeyri-iş günləri gözləyir. Məlumata görə, bu müddətdə ibtidai siniflər üçün ayrıca istirahət günləri ilə yanaşı

4 aprel
.

15 gündə 26 nəfəri it dişləyib - 9-u uşaqdır

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına son 15 gündə it dişləməsi səbəbilə 26 müraciət daxil olub. xəbər verir ki, bu barədə "Report"a xəstəxanadan məlumat verilib. Bildirilib ki, onlardan 13-ü kişi, 4-ü qadın, 9 nəfəri isə azyaşlı olub:. "Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib

4 aprel
.

Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO

Piyadalar üçün gözlənilməz risk mənbəyinə çevrilən skuterlər yol hərəkətində yeni qaydalar və məsuliyyət məsələsini gündəmə gətirib. Xəzər TV-yə istinadla xəbər verir ki, son dövrlərdə skuter kimi kiçik elektrik nəqliyyat vasitələrindən istifadə edənlərin sayında kəskin artım müşahidə olunur. Daxil

5 aprel
.

Hava ilə bağlı əhaliyə - Müraciət

Gözlənən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarınd

4 aprel
.

Bu pullar sabahdan kartınızdan SİLİNƏCƏK

Oktyabr-aprel ayları aralığında NFC funksiyası olan bank kartları ilə həyata keçirilmiş və ödəniş əməliyyatları zamanı silinməmiş vəsaitlərin 06.04.2026-cı il tarixindən etibarən mərhələli şəkildə silinməsinə başlanılacaq və ictimai nəqliyyatdan istifadə zamanı müvəqqəti məhdudiyyətlər aradan qaldırılacaqdır

5 aprel
.

Bu il uşaqlara daha çox hansı adlar verilib? - Statistika

2026-cı ilin ilk 3 ayında yeni doğulan körpələrə ən çox hansı adların verildiyi məlum olub. Bizim.Media Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 2026-cı ildə yeni doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Belə ki, 105 ailə bu addan istifadə edib. Bundan əlavə Hüseyn 82, Rau

4 aprel
.

Azərbaycanda 8 mayla bağlı QƏRAR VERİLDİ

Azərbaycanda 8 May qısaldılmış iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən 9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar olaraq 8 May (cümə) ölkə üzrə qısaldılmış iş günü olacaq. Qeyd edək ki, 9 May bu i

4 aprel
.

​Pensiyalar yenə artacaq?

2026-cı ildə Azərbaycanda əmək pensiyalarının artırılması ilə bağlı qərar qüvvəyə minib. Rəsmi məlumatlara əsasən, pensiyalar ötən ilin orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilib. Artım təxminən 9-10 faiz təşkil edib ki, bu da minlərlə pensiyaçının gəlirlərində artıma səbəb olub

4 aprel