Futbolçulara meydana zinət əşyaları ilə çıxmaq niyə qadağandır?
Futboçuların tez-tez məşhurların üzük, sırğa, boyunbağı və bilərzik taxdığını görmək olar. Ancaq onlar meydançaya çıxmamışdan əvvəl bütün aksessuarları çıxardırlar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, əvvəllər zinət əşyaları matçlarda futbolçuların ümumi atributu idi.
2004-cü ildə "Servet" klubunun futbolçusu Paulo Dioqo pərəstişkarları ilə qolu qeyd edərkən nikah üzüyünü metal hasara tutub. Nəticədə futbolçu barmağının falanqsını itirib və bu dəhşətli görüntülər bütün dünyaya yayılıb. Hadisədən sonra qaydalar dəyişdirilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, zərgərlik məmulatlarının qadağan olunduğu ilk turnir 2006-cı il Dünya Kuboku idi. Oyunçulardan meydançaya üzük, saat, qolbaq və boyunbağısız daxil olmaq tələb olunurdu, hakimlərə isə qaydanı pozanları cəzalandırmaq hüququ verilirdi. 2006-cı il Dünya Kuboku stadionlarında hətta üzükləri kəsmək üçün xüsusi avadanlıq var idi - bu, zinət əşyalarını çıxara bilməyənlər üçün nəzərdə tutulmuşdu.
Sözügedən qadağa bu gün də qüvvədədir. Hakim zərgərlik həvəskarına sarı vərəqə verə, hətta onu meydandan kənarlaşdıra da bilər. Əgər oyunçu zinət əşyalarını könüllü çıxarsa, bağışlanacaq. Ancaq müasir futbolçular artıq bilirlər ki, meydanda zinət əşyaları taxmaq yaxşı fikir deyil.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1093 Tarix: 26 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Messi, yoxsa Salah? - Argentina Misirə qarşı
Son dünya çempionu Argentina millisi bu gün mundialda 1/8 finala çıxacaq. "Qafqazinfo" xəbər verir ki, cənubi amerikalılar Misirlə qarşılaşacaq. Bu görüş həm də argentinalıların kapitanı Lionel Messi və misirlilərin ulduzu Məhəmməd Salah arasında mübarizə baxımından maraqlı olacaq. Matç Bak
7 iyulRonaldo karyerasını bitirəcək? - Video
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo 2026-cı il Dünya Çempionatının karyerasındakı son mundial olduğunu rəsmən təsdiqləyib. "Qafqazinfo"nun xəbərinə görə, 41 yaşlı hücumçu Portuqaliyanın 1/8 final mərhələsində İspaniyaya məğlub olaraq turnirlə vidalaşmasından sonra gələcəyi il
7 iyul"Qarabağ"dan ayrılan futbolçu İtaliya A Seriyasında?
"Qarabağ"dan ayrılan qanalı futbolçu Emmanuel Addai karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Qaynarinfo İtaliya mətbuatına istinadən xəbər verir ki, "Leççe" qanalı forvardla danışıqlar aparır. Klub rəhbərliyi yeni mövsüm öncəsi hücum xəttini gücləndirmək üçün Addain
1 iyulDÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda
Futbol üzrə dünya çempionatında Argentina Kabo Verdeni çətinliklə məğlub edərək 1/8 finala yüksəlib. Qaynarinfo-nun məlumatına görə, Mayami stadionunda keçirilən 1/16 final mərhələsinin matçında "tanqoçular" 3:2 hesablı qələbəyə seviniblər. Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb
4 iyulDÇ-2026: Portuqaliya və İapaniya 1/8 finalda
Futbol üzrə dünya çempionatı davam edir. Bu gecə 1/16 finalın daha 2 qarşılaşması baş tutub. Qaynarinfo-nun məlumatına görə, Los-Anceles stadionunda keçirilən günün ilk oyununda İspaniya Avstriya üzərində 3:0 hesablı qələbə qazanıb. Mikel Oyarsabal (36, 89) və Pedro Porro (66) fərqlənən futbolçular olublar
3 iyul"Qarabağ" Ukrayna klubuna uduzdu
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" sözügedən ölkədə daha bir yoxlama oyunu keçirib. Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gəlib. Qarşılaşma rəqibin 6:2 hesablı qələbəsi ilə bitib. Komandanı
1 iyulKolumbiya - Qana oyununun ən yaxşısı seçildi
DÇ-2026-nın 1/16 finalında keçirilən Kolumbiya - Qana matçının (1:0) ən yaxşı oyunçusu açıqlanıb. "Qafqazinfo" FİFA-ya istinadən xəbər verir ki, bu, Kolumbiya yığmasının futbolçusu Luis Dias olub. Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi görüşə start heyətdə başlayıb və 90-cı dəqiqədə əvəzləni
4 iyul