Aktrisa ilə evlənib onu sənətdən uzaqlaşdırdı, Şəkidən Moskvaya qədər... - Onun son arzusu nə idi?

Aktrisa ilə evlənib onu sənətdən uzaqlaşdırdı, Şəkidən Moskvaya qədər... - Onun son arzusu nə idi?Onun ekran həyatı verdiyi kinolarda hər şey bir başqadır, tam fərqlidir. Hamımızdan bir parça var sanki o filmlərdə. Zaman-zaman "Sən niyə susursan" dediyimiz də oldu, "Ölsəm bağışla" dediyimiz də... Gah Zaur olub elə gözəl Təhminələr sevdik, gah da Təhminə olub öz sevgimizi ürəyimizdə sakitcə gömdük. "Həm ziyarət, həm ticarət"imiz də az olmadı. Biz belə böyüdük. Budur "Rasim Ocaqov kinosu".

Publika.az xatırladır ki, 11 iyul Azərbaycan kinematoqrafiyasının ən sevilən filmlərinə həyat verən, görkəmli rejissor Rasim Ocaqovun anım günüdür.

Şəkidən Bakıya, paytaxtdan Moskvaya uzanan uğur yolu

Şəkidə dünyaya göz açan Rasim Ocaqov hələ lap erkən yaşalarından fotoya böyük maraq göstərib. Həvəskar şəkillər çəksə də, arzusu geoloq olmaq idi. Bir günün içində möcüzəli kino aləmi onu necə öz sehrinə salırsa, geologiyanı kinomatoqrafiyaya dəyişir. Günlərin birində Şəkidə sənədli film çəkilişlərinə gələn qrupun iş prosesi onu çox uzaqlara, Moskvaya kimi aparıb çıxarır. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator kimi çalışmağa başlayır. "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb.

Operatorluqdan rejissorluğa

Daxilindəki zəngin yaradıcılıq ruhu operatorluqla da kifayətlənmir. Ürəyindəkiləri xəyaldan gerçəyə çevirmək, daha böyük planları reallaşdırmaq üçün 1977-də ildə M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirir. Və beləcə Azərbycan kinosu bütün dövlərin ən istedadlı rejissorlarından birini qazanır. O, yalnız film çəkməklə işini bitirmiş hesab etmirdi. Həm film çəkdi, həm də Azərbaycan kinosu üçün peşəkar kadrlar yetişdirdi. Onun kinoda kəşf etdiyi aktyor məktəbi böyük xəzinədir.

Milli kinomuzun həmişəyanar ocağı

"Tütək səsi", "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" kimi filmləri kino sənətimizin canlı xəzinəsidir desək, yanılmarıq. Çünki bu ekran əsərləri hər dəfəsində eyni sevgi, hiss, heyranlıq və maraqla izlənilir.

Rasim Ocaqov həqiqətən kinomuz üçün yanar bir ocaqdır. Kimisi onun istisinə qızındı, kimisi alovundan özünü qorudu, kimi alovlanan o qığılcımlardan istifadə edərək onun yolu ilə yanmağa başladı.

Rasim Ocaqov "Onun böyük ürəyi" filmində Rəna obrazını canlandıran Sveta Cavadova ilə evlənir və onu sənətdən ömürlük uzaqlaşdırır.

R. Ocaqov "Təhminə" filminin çəkilişləri zamanı infarkt keçirir. Həkim ondan son arzusunu soruşduqda o, siqaret istəyir. Lakin həkim ona reanimasiyada olduğunu və siqaretin onu öldürəcəyini bildirsə də, Ocaqov arzusundan əl çəkmir. O, ömrünün sonuna qədər siqareti atmayıb.

Dünən üçün çəkmişdi o filmlərini. O filmlər ki, bu gün də sevilərək baxılır, baxıldıqca xatirələr yada düşür, bəzən də xəyallar çox uzaqlara aparır adamı. Demək, gələcəkdə də ən azı bugünkü sevigi ilə izlənəcək Rasim Ocaqov filmləri…


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2026   Tarix: 12 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Şair Çingiz Əlioğlu dəfn olunub

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər

10 avqust
.

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand

9 sentyabr
.

Pikassonun tablosu 1,7 milyon dollara satıldı

İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo

26 iyun
.

Bir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı

Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarını

23 avqust
.

AMEA prezidenti: "Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında yeni mərhələ yaradıb"

"Nəriman Həsənzadə sovet ideologiyasının buxovlarını yumşaldaraq Azərbaycan ədəbiyyatını real həyata yaxınlaşdıran sənətkarlardan biri idi". xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib

2 avqust
.

Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?

Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd

11 avqust
.

Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter

26 avqust
.

Xalq artisti Alim Qasımovun 69 yaşı tamam olur

Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə

14 avqust
.

Fəxrəddin Manafov: 48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi

Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Axşam.az xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:. "4

4 avqust