Üç ildən sonra veteranlıq statusu ala bildi
Vətən müharibəsində iştirak edən jurnalist Hafiz Əhmədov 3 ildən sonra müharibə veteranı statusu qazanıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında paylaşım edib.
H.Əhmədovun sözlərinə görə, bunun üçün illərlə mübarizə aparmalı olub və könüllü cəbhəyə yazılmasının 4-cü ildönümündə təsdiq cavabı alıb: "Nəhayət, mənim də veteranlıq statusum təsdiq olundu. Artıq mən də müharibə veteranıyam! 3 ildən sonra haqq, ədalət zəfər çaldı! Həyatımda qazandığım ən böyük uğurumdur. Ədalətli, vicdanlı, qorxmaz, mərhəmətli olub haqqı müdafiə edənlərin hər birinə dərindən təşəkkür edirəm.
Mən 4 il öncə məhz Tovuz döyüşlərində qəhrəman generalımız Polad Həşimov şəhid olan gün Tovuz Rayon Səfərbərlik İdarəsində könüllü əsgər kimi qeydiyyatdan keçmişdim. Veteran statusum da Tovuz döyüşlərinin ildönümü günündə, yəni 12 iyul 2024-cü il tarixində təsdiq olundu".
Məlumat üçün bildirək ki, H. Əhmədov bu problemlə bağlı hələ 2022-ci ilin fevralında "Qafqazinfo"ya müraciət etmişdi. Onunla bərabər müharibədə Hərbi Hava Qüvvələrində xidmət edən 200-dən çox könüllü əsgərin veteran statusu ala bilməməsi ilə bağlı məqalə dərc etmişdik.
H. Əhmədov şikayətində müharibə müddətində ölkənin strateji obyektlərinin qorunmasını təmin etdiklərini, lakin xidmətlərinə görə heç bir medal belə almadıqlarını demişdi. Hərbi hissədən könüllü əsgər olmaları səbəbindən onlara müharibə veteranı statusunun düşmədiyi bildirilmişdi.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1004 Tarix: 13 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tarixi hadisələr və milli yaddaş
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl
26 sentyabrBakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrHərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabr2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabrAzərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrAzərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabr