"Qarabağ" kimlə duelə yollanacaq? - Rəqib bu gün müəyyənləşəcək
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubu bu gün turnirin II təsnifat mərhələsinin cavab görüşündə "Linkoln"a qalib gələrsə "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.
BAKU.WS mümkün rəqiblər barədə ümumi məlumatı təqdim edir:
"Ludoqorets" (Bolqarıstan)
Məşhur "Transfermarkt" portalının məlumatına görə, əsası 1 yanvar 1945-ci ildə qoyulan klubun ümumi dəyəri 53.05 milyon Avrodur. 30 nəfər futbolçudan ibarət olan komandada ortalama yaş 26.9 yaş olaraq göstərilir. Oyunçulardan 11 nəfəri milli komandalarda çıxış edir.
"Ludoqorets" komandasının kapitanlarından biri transfer dəyəri 5 milyon Avro olan 26 yaşlı yarımmüdafiəçi Yakub Piotrovski, vitse-kapitan isə transfer dəyəri 2.5 milyon Avro olan 31 yaşlı Anton Nedyalkovdur.
Ümumilikdə isə heyətdə qiyməti 1 milyon avrodan çox olan 18 futbolçu var. Onlardan mərkəz hücumçusu Kvadvo Duah (3,00 mln Avro), mərkəz hücumçusu Rvan Cruz (3,50 mln Avro), sağ cinah müdafiəçisi Bernard Tekpetey (6,00 mln Avro), sol cinah müdafiəçisi Caio Vidal (3,50 mln Avro) kimi oyunçuları əsas silah olaraq xüsusi vurğulamaq olar.
Bundan başqa komandanın baş məşqçisi 69 yaşlı çalışdırıcı Georgi Dermencievdir. Təcrübəli baş məşqçi ötən il oktuyabrın 24-də baş məqşçi postuna gətirilib.
Komandanın stadionu 10.423 yerlik "Huvepharma Arena"dır.
"Dinamo" (Minsk, Belarus)
18 iyun 1927-ci ildə əsası qoyulan klubun hazırkı bazar dəyəri "Transfermarkt" portalında 6.85 milyon Avro olaraq göstərilir. Komandada 29 oyunçu var. Onlardan 5-i milli komandalarda çıxış edir. Heyətin 6 üzvü əcnəbidir.
Komandanın kapitanlarından biri dəyəri 100 min Avro olan 34 yaşlı mərkəz müdafiəçisi Sergey Politeviçdir. Bir digər kapitan isə transfer dəyəri 350 min Avro olan 31 yaşlı sağ cinah müdafiəçisi Roman Bequnovdur.
Minsk "Dinamo"sunun ən bahalı futbolçuları 25 yaşlı sağ cinah müdafiəçisi Dmitri Podstrelov (500 min Avro), 26 yaşlı sol cinah müdafiəçisi İvan Baxar (600 min Avro), 26 yaşlı sol yarımmüdafiəçisi Pavel Sedko (500 min Avro), 31 yaşlı mərkəzi yarımmüdafiəçsi Artem Bykovdur (500 min Avro).
Bu mövsüm komandada ən çox qolla - 5 topla sol cinah müdafiəçisi Raymond Adeola, ən çox asistlə isə yarımmüdafiəçi Pavel Sedko (5 asist) fərqlənib.
Qeyd edək ki, "Qarabağ" bu gün qalib gələcəyi təqdirdə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlməklə yanaşı, Konfrans Liqasının qrup mərhələsini də təmin edəcək.
"Qarabağ" - "Linkoln" matçı Bakı vaxtı ilə saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüşü Yakob Sundberqin başçılıq etdiyi danimarkalı hakimlər briqadası idarə edəcək.
Səfərdə 2:0 hesabı ilə qalib gələn "köhlən atlar" doğma meydanda da azarkeşləri sevindirməyə çalışacaqlar. "Ludoqorets" isə Bolqarıstanda Minsk "Dinamo"sunu 2:0 qalib gələrək Ağdam təmsilçisi ilə dueli bir az da reallaşdırmış olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA