Rusiyada adam oğurlayan və pul tələb edən iki azərbaycanlı həbs edildi
İki Azərbaycan vətəndaşı Çelyabinsk vilayətinin Yemanjelinsk şəhərində bir nəfəri qaçıraraq onun üçün 500 min rubl girov ödəməyi tələb ediblər.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
Məlumata görə, Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə istintaq idarəsi bildirib ki, məhkəmə adam oğurluğu və hədə-qorxu ilə pul tələb etmək işi üzrə təqsirləndirilən şəxsləri həbs edib.
"Məhkəmə təqsirləndirilən şəxslər barəsində iki ay müddətinə, yəni 2024-cü il sentyabrın 30-dək həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatətini təmin edib", - deyə məlumatda bildirilir.
Qeyd edilib ki, şübhəlilər 2024-cü il iyulun 29-da axşam saatlarında Çelyabinsk vilayətinin Yemanjelinsk şəhərinin Engels küçəsindəki 17 saylı evin yaxınlığında Tacikistan Respublikasının 23 yaşlı vətəndaşını avtomobillə qaçırıblar. Bundan sonra gəncin birgə yaşadığı qadını hədələyərək ondan 500 min rubl verməsini tələb ediblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 891 Tarix: 02 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Velizar" həbs edildi
"TikTok" platformasında qeyd edilən qanunsuz əməllərə yol verən "Velizarofficial" adlı səhifəni idarə edən Salman Məmmədov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiy
2 fevralFırtına ilə bağlı - Gəmilərə xəbərdarlıq
Fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib. xəbər verir ki, bununla bağlı Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) məlumat yayıb. "Fevralın 3-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi fevralın 5-i səhər saatlarına kimi davam edəcək. Həmi
2 fevralQar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında fevralın 4-6-da fasilələrlə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, fevralın 4-ü gün ərzində, 5-i gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Məlumata görə, Azərbaycanın rayonlarınd
2 fevralYeni sədr iki nəfəri işdən çıxardı
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) QSC-də kadr islahatları aparılıb. "Unikal"a istinadən xəbər verir ki, bu barədə ASCO-nun sədri Əfqan Cəlilov əmrlər imzalayıb. Belə ki, ASCO-nun Daxili nəzarət departamentinin rəisi Vaqif Quliyev təqaüd yaşına çatması ilə əlaqədar, Maliyy
2 fevralBəzi rayonlara qar yağacaq, duman olacaq
Fevralın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologoya Xidmətindən məlumat verilib. Bildirilib ki, əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duma
2 fevralNazirlik əhaliyə MÜRACİƏT ETDİ - Bu tarixdə...
Fövqəladə Hallar Nazirliyinin (FHN) gözlənilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-dən məlumat verilib. Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən fevralın 5-dək ölkə ərazisində kəskin hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi
3 fevralAzərbaycanda güclü palçıq vulkanı püskürdü (FOTO)
Qobustan geoloji rayonunda yerləşən və aktivliyi ilə tanınan Durandağ palçıq vulkanı növbəti dəfə oyanaraq güclü püskürmə nümayiş etdirib. Təxminən 15 dəqiqə davam edən aktiv faza zamanı yüzlərlə metr hündürlüyə qalxan alov sütunu müşahidə olunub, yer səthinə böyük həcmdə palçıq breksiyası xaric edilib
3 fevral