"Elton Məmmədov bizdən 3 milyon rüşvət alıb" deyən qadının yenidən məhkəməsi başladı

"Elton Məmmədov bizdən 3 milyon rüşvət alıb" deyən qadının yenidən məhkəməsi başladıBakı Apellyasiya Məhkəməsində sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, 2000-2015-ci illərdə deputat olmuş Elton Məmmədovla biznesmen tanışı, 1955-ci il təvəllüdlü Lyubov Vladimirovna Bağırovanın məhkəmə çəkişməsi davam edir.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin ilkin növbəti iclası avqustun 6-na təyin edilib.

Qeyd: E.Məmmədov L.Bağırovadan xüsusi ittiham qaydasında şikayət edib. O, Nəsimi Rayon Məhkəməsinə müraciətində biznesmen tanışının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri (Böhtan və təhqir) cəzalandırılmasını tələb edib.

Bildirilib ki, 2023-cü ilin sentyabrında agentliklərin birində L.Bağırova və həyat yoldaşının müsahibəsi dərc edilib. Məhkəmədə "Nazir qardaşının adı çəkilən iş haqda" adlı həmin məqalədən bəzi hissələr elan edilib: "2008-ci ildə Zirə qəsəbəsindən olan biznesmenlər Elxan və Lyubov Bağırovlar ailəsi ovaxtkı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovla əməkdaşlıq etməyə razılıq veriblər. Xalq tərəfindən seçilmiş və qanunverici olan E.Məmmədov öz biznesinə sahib olmaq hüququna malik olmayıb, ona görə də L.Bağırovanın təsisçi və direktoru olduğu MMC-yə faktiki sahib olub və rəhbərlik edib. Şirkət Rusiyadan Nəqliyyat Nazirliyi üçün yol-tikinti texnikasının alışını həyata keçirib. 2012-2014-cü illərdə "Azəryolservis" ASC üçün yol-tikinti texnikasının alınmasına dair müqavilə bağlanarkən vasitəçilik edib. Sövdələşmən ümumi məbləği 17 milyon dollar və 6,100 milyon manatdır. Bütün müqavilələrə Elton Məmmədov "himayədarlıq edib", sözügüdən məbləğin 20%-ni alıb və öz sözlərinə görə, vəsaiti şəxsən Ziya Məmmədova verib. Pullar Məmmədova birbaşa bankdan, inkassator maşınında və mühafizə altında çatdırılıb. Elxan və Lyubov Bağırovlar dövlət şirkətinin adıçəkilən rəhbəri ilə şəxsən görüşməyiblər, bütün əlaqələr Elton Məmmədov vasitəsilə qurulub".

E.Məmmədov isə onun barəsində yazılanların böhtan və təhqir olduğunu iddia edib.

Məhkəmədə özünü müdafiə edən 69 yaşlı sahibkar L.Bağırova E.Məmmədovla bağlı dediklərinin həqiqət olduğunu bildirib. E.Məmmədov isə ifadəsində L.Bağırova və Elxan Bağırovun 2018-2021-ci illərdə ona maddi yardım etmək məqsədilə dost kimi müraciət etdiklərini deyib.

Nəsimi Rayon Məhkəməsi L. Bağırovanı Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə təqsirli bilib. Ona qazancının 5 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzası verilib.

Xatırlatma: E.Məmmədov deputatlıqdan sonra AzTU-nun strateji inkişaf üzrə prorektoru, AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru kimi vəzifələrdə də çalışıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 575   Tarix: 06 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr