YAP-ın 56 saylı dairədən olan namizədi "avtoş" imiş - Foto
Sabiq deputat Tahir Süleymanovun oğlu sentyabrda keçiriləcək parlament seçkilərində atasının dairəsindən namizəd olacaq.
Mahir Süleymanlı YAP-ın 56 saylı Şabran-Xaçmaz Seçki Dairəsindən namizəddir.
YAP Səbayel rayon təşkilatının Gənclər Birliyinin İdarə Heyətinin üzvü olan Mahir Süleymanlı, eyni zamanda parlamentdə işləyib. Onun konkret olaraq hansı postu tutduğu dəqiq bilinməsə də, böyük ehtimalla, atasının sayəsində vəzifə sahib olduğu sirri deyil.
İlk baxışdan ciddi görkəmli görünən bu cavan namizəd, sən demə, heç də "az aşın duzu" olmayıb. Elə özünün sosial şəbəkə hesablarından belə görünür ki, Mahir Süleymanlı maşın həvəskarıdır.
Hətta paylaşdığı maşınların fotolarından da aydın olur ki, deputat oğlu bahalı maşınlara daha çox meyl salıb. Elə sürdüyü "Lexus" markalı avtomobilin qiymətini qeyd etmək kifayətdir ki, onun hansı səviyyədə bahalı "oyuncaq"lara marağı olub.
Lakin Şabrandan gələn xəbərlərdə deyilir ki, Mahir Süleymanı atasının deputatlığı dövründə, daha gənc yaşlarında rayonda az "at oynatmayıb". Məsələn, onun Şabran və Xaçmazda "avtoşluq" etdiyinə dair iddialar var. Hətta deyilir ki, bu hərəkətlərinə görə, yerli sakinlər, o cümlədən yerli rəsmilər Tahir Süleymanova şikayət belə ediblər. Ondan oğlunun "ipini yığıması"nı xahiş ediblər.
Deyilir ki, Mahir Süleymanlının bu hərəkətləri atasını sonda ciddi addım atmağa vadar edib. Belə ki, o, oğlunu Bakıya aparmaq və orada yaşaması qərarını verib. Amma deputatlığa namizədin Bakıda Xaçmaz və Şabrandakı kimi olmasa da, ara-sıra "qurdunu öldürdüyü" deyilir.Qarşı tərəfi dinləməyə hazırıq./Tribunainfo
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1257 Tarix: 06 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabrBakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrBu şəxslərin maaşı və pensiyası ARTILIR
Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas
27 sentyabrSimonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabrAzərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim
26 sentyabr