Banqladeşin ölkədən qaçan baş nazirinin yeri və planları məlum oldu
Banqladeşdə baş verən etirazlar fonunda vəzifəsini tərk edən və ölkədən qaçan Baş nazir Şeyx Hasina Böyük Britaniyadan siyasi sığınacaq alana qədər Hindistanda qala bilər.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Republic" telekanalı mənbələrə istinadən xəbər verir.
Bildirilir ki, Şeyx Hasinanin dərhal Londona yollanmaq planı olub, lakin müəyyən səbəblər onu uçuşu təxirə salmağa məcbur edib. Onu müşayiət edən bacısı Rehana artıq Britaniya vətəndaşlığına malikdir. Bundan əlavə, Şeyx Hasinanın qardaşı qızı Tülip Siddik 2015-ci ildən Böyük Britaniya Parlamentinin Leyborist Partiyasından üzvüdür - Baş nazir Kir Starmerin yeni kabinetində o, maliyyə nazirinin müavini vəzifəsini tutub.
Hindistan tərəfi Şeyx Hasinanın təhlükəsizliyini təmin edib və onu ölkə ərazisində təhlükəsiz yerə köçürüb.
Hindistan Hərbi Hava Qüvvələrinin Hindon hava bazasına enəndən sonra Şeyx Hasina Hindistan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Acit Doval ilə görüşüb.
Hindistan Baş naziri Narendra Modi qonşu ölkədə davam edən iğtişaşlarla əlaqədar Nazirlər Kabinetinin təhlükəsizlik komitəsinin iclasını çağırıb. Bundan əvvəl Banqladeşdəki etirazları şərh edən Hindistan Xarici İşlər Nazirliyi baş verənlərin respublikanın daxili işi olduğunu deyib.
Hindistanın rəsmi orqanları hələlik Banqladeşlə bağlı heç bir yeni bəyanat verməyib.
Xatırladaq ki, son bir neçə həftə ərzində Banqladeşdə davam edən etiraz və nümayişlər avqustun 4-də daha da şiddətlənərək qanlı iğtişaşlara çevrilib. Son məlumatlara görə, ölkənin paytaxtı Dəkkədə və digər böyük şəhərlərdə baş verən toqquşmalar nəticəsində azı 300 nəfər həyatını itirib.
Etirazların əsas səbəbi dövlət qurumlarındakı vəzifələrin 30 faizinin 1971-ci ildə Banqladeşin müstəqilliyi uğrunda aparılmış müharibənin veteranlarının qohumlarına verilməsinə dair qərar olub.
"Ayrı-seçkiliyə qarşı Tələbə Hərəkatı" adlı təşkilat isə son hadisələrdən sonra hökumətlə bütün əməkdaşlığı dayandırdığını bəyan edib. Onlar kvota sisteminin ləğvini və bütün vətəndaşlar üçün bərabər imkanların yaradılmasını tələb edirlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Pensiya yaşı ilə bağlı yeni QAYDA
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq