BMT-nin 9 əməkdaşı HƏMAS-ın İsrailə hücumunda iştirak edib? - Etiraf
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki fələstinli qaçqınlara yardım agentliyinin (UNRWA) doqquz əməkdaşı HƏMAS-ın ötən ilin oktyabrında İsrailə hücumunda iştirak etmiş ola bilər.
Qaynarinfo "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Daxili Nəzarət Xidmətləri İdarəsinin bəyanatında deyilir.
İdarə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki fələstinli qaçqınlara yardım agentliyinin HƏMAS-ın İsrailə hücumunda əli olmaqda şübhəli bilinən 19 əməkdaşı ilə bağlı araşdırmanı başa çatdırdığını bildirib.
Araşdırmada müəyyən edilib ki, doqquz halda "əldə edilən dəlillər UNRWA personalının 7 oktyabr 2023-cü ildə silahlı hücumlarda iştirak edə biləcəyini göstərir".
"Agentliyin maraqları naminə bu şəxslərin əmək münasibətlərinə xitam veriləcək", - deyə məlumatda bildirilir.
Bununla belə, digər doqquz işdə hücumda iştirakla bağlı kifayət qədər sübut, bir halda isə heç bir sübut olmayıb.
Xatırladaq ki, yanvar ayında "Reuters" İsrailin BMT-nin Yaxın Şərqdəki fələstinli qaçqınlara yardım agentliyinin 190 əməkdaşını 2023-cü ildə HƏMAS-ın hücumu zamanı israilliləri oğurlamaqda və öldürməkdə ittiham etdiyini yazıb.
Onlardan biri İsrail tərəfindən sərhəddəki Beeri kəndinə hücumda iştirak etməkdə şübhəli bilinirdi. Həmin kəndin hər on sakinin biri öldürülüb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 638 Tarix: 06 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabrBakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrBu şəxslərin maaşı və pensiyası ARTILIR
Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas
27 sentyabrSimonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabrAzərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim
26 sentyabr