Mask əli cibində gümüş medal qazanan Yusuf Dikeçin süni intellektlə yaradılmış videosunu yayımladı
Paris-2024 Yay Olimpiya Oyunlarında atıcılıq yarışlarında əli cibində gümüş medal qazanan türkiyəli atıcı Yusuf Dikeç gündəmdə qalmağa davam edir.
İş adamı İlon Mask Yusuf Dikeçin süni intellektlə yaradılmış videosunu sahibi olduğu "X" sosial media hesabında yayımlayıb.
Həmçinin idmançının yeni açılan "X" hesabı da böyük marağa səbəb olub. Açıldıqdan 3 gün sonra izləyicisi 200 mini keçən atıcının "Salam X" sözləri yazılmış ilk paylaşımı isə 26 milyon istifadəçi tərəfindən görüntülənib.
Həmçinin Yusuf Dikeçin "Tesla", "SpaceX" və "X" kimi şirkətlərin sahibi İlon Mask ilə "X" hesabında yazışması da dünyada əks-səda yaradıb.
Türkiyəli atıcının performansına "Nice" ("Gözəl") şərhini verən Mask, həmçinin Dikeçin "X" hesabını da izləməyə alıb.
İdmançının öz hesabında Maska müraciəti isə indiyədək 36 milyon dəfə görüntülənib.
"Salam İlon, sizcə, gələcəyin robotları olimpiadalarda əlləri cibində medal qazana biləcəklərmi? Bunu qitələri birləşdirən mədəniyyət paytaxtı İstanbulda müzakirə etməyə nə deyirsiniz?" - deyə idmançı müraciətində bildirmişdi.
"İstanbulu ziyarət etməyi səbirsizliklə gözləyirəm. Dünyanın ən böyük şəhərlərindən biridir", - deyə Maskın cavabı gecikməmişdi.
Ümumilikdə isə Yusuf Dikeçin hər paylaşımı bir milyondan çox baxış sayı alır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 654 Tarix: 06 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabrBakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrBu şəxslərin maaşı və pensiyası ARTILIR
Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas
27 sentyabrSimonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabrAzərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim
26 sentyabr