Zamirə Hacıyevanın Londondakı 30 milyonluq əmlakları müsadirə edildi

Zamirə Hacıyevanın Londondakı 30 milyonluq əmlakları müsadirə edildiHəbsdə olan bankir Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Milli Cinayət Agentliyinin (NCA) mülklərin alınması ilə bağlı apardığı mülki araşdırmadan sonra Naytsbricdəki (London) təqribən 14 milyon funt-sterlinq (təqribən 30,3 milyon manat) dəyərində olan evi və Askotdakı qolf klubunu müsadirə etməyə razılaşıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə NCA məlumat yayıb.

Bildirilib ki, aktivlər bilavasitə irimiqyaslı fırıldaqçılıq və mənimsəmə, saxta uçot və çirkli pulların yuyulması nəticəsində əldə edilib.

"NCA 2018-ci ildə Britaniyadakı bu iki mülklə əlaqədar izah edilməmiş sərvət orderi (UWOs), həmçinin əmlakın satılmasını, başqasına verilməsini, yaxud israf edilməsini önləmək üçün aralıq dondurma orderləri çıxarıb.

Onun əri Cahangir Hacıyev 2015-ci ilin martınadək Azərbaycan Beynəlxalq Bankının (ABB) idarə heyətinin sədri olub. Bir il sonra o, mənimsəmə, vəzifə saxtakarlığı, vergidən yayınmada təqsirli bilinib. 2019-cu ildə isə ABB-nin Moskva filialından mənimsəmədə təqsirləndirilib. Hazırda 16 illik cəza çəkir.

NCA müstəntiqləri daha sonra ABB-dən əldə edilən vəsaitlərin ümumi çirkli pulların yuyulması təcrübələrinə uyğun şəkildə çoxsaylı hesablar vasitəsilə köçürülməsinə dair çoxsaylı nümunələri müəyyən ediblər. Bunu Hacıyevin adından çıxış edən yaxın adamı edib.

Böyük məbləğlər Britaniyanın Vircin adaları daxil olmaqla, fərqli yurisdiksiyalardakı hesablar və şirkətlər şəbəkəsi vasitəsilə bu ailənin dəbdəbəli aktivlərinə axıdılıb", - məlumatda deyilir.

Qeyd olunub ki, hər iki əmlakın alınması üçün istifadə olunan vəsaitlərin mənbəyi barədə NCA-ya heç bir ağlabatan izahat təqdim olunmayıb. Bildirilib ki, sözügedən vəsaitlərin əhəmiyyətli bir hissəsi bilavasitə ABB-nin pullarının oğurlanmasını gizlətmək üçün istifadə edilən veksellər və kredit müqavilələri ilə yaranan məbləğlərdə müşahidə oluna bilər.

"Qolf klubunun alınması Lüksemburqda və Gernseydə qeydiyyatdan keçmiş şirkətlərin kompleks strukturu vasitəsilə Gernseydə və daha sonra Kiprdə yerləşən ofşor trestlərdən istifadə etməklə həyata keçirilib.

Naytsbricdəki evin alınması üçün istifadə olunan vəsaitlərin demək olar ki, hamısının iki xüsusi ABB hesabından gəldiyi güman edilir. Onlar cənab Hacıyevlə heç bir əlaqəsi olmayan Böyük Britaniyadakı şirkətlərə Kipr, Estoniya və İsveçrədə açılmış bank hesabları vasitəsilə Hacıyevin şəriki tərəfindən yönləndirilib".

Məlumatda bildirilir ki, 2021-ci ilin mart ayında Agentlik iki əmlak üzərində əmlakın dondurulması barədə qərar qəbul etmək üçün müraciət edib və 2023-cü ilin iyununda NCA Ali Məhkəmədə mülki bərpa üçün iddia qaldırıb:

"Avqustun 1-də belə bir order çıxarılıb və Hacıyevanın hər iki əmlakın dəyərinin 70 faizi müsadirə olunub. Məhkəmə bu əmlakın cinayət fəaliyyəti nəticəsində alınması qənaətinə gəlsə də, xanım Hacıyevanın onlar üçün ödənişin necə edilməsindən xəbərdar olmasına dair hansısa nəticə əldə olunmayıb".

Xatırladaq ki, Zamirə Hacıyeva daha əvvəl Londondakı ticarət mərkəzlərindən birində 16 milyon funt sterlinq (təxminən 34,6 milyon manat) xərcləməsilə gündəmə gəlmişdi.

Qeyd edək ki, 14 il Beynəlxalq Bankın İdarə Heyətinin sədri olmuş Cahangir Hacıyev 2015-ci ilin dekabrından həbsdədir. O, ötən 8 il yarımda iki dəfə məhkum edilib. İlk dəfə 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 15 il həbs cəzası kəsilib. Beynəlxalq Bankın 4,7 milyard vəsaitinin yeyintisində ittiham olunan C.Hacıyev ikinci dəfə 2019-cu ildə eyni ittihamlarla məhkum edilib. Bu dəfə onun cəzası 16 il 3 ayadək artırılıb.

C.Hacıyev özünü təqsirli saymır. O bildirir ki, Beynəlxalq Bankdan götürülən kreditlər müxtəlif layihələrin icrasına, müəssisələrin yaradılmasına yönləndirilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 945   Tarix: 06 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr