Səlim Müslümovun oğlunun şirkətindən - Şikayətlər var

Səlim Müslümovun oğlunun şirkətindən - Şikayətlər var"3 il çalışdığım şirkətdən artıq 7 aydır, ayrılmışam. Lakin işlədiyim müddətdə istifadə etmədiyim 90 gün məzuniyyət günüm üçün son haqq-hesabım verilmir".

Bu sözlərlə "Qafqazinfo"ya "Orion Global" MMC-dən şikayətçi olan keçmiş işçilərdən biri Jalə Mürsəlova müraciət edib.

Xanım iddia edir ki, 3 il mühasib vəzifəsində işlədiyi şirkət onun haqqı olan pulu vermir: "2021-ci ilin 1 iyun tarixində işə başlamışam. Ötən ilin dekabrında da işdən çıxmışam. Həmin müddət ərzində mənim 90 gün məzuniyyətim var idi. Lakin istifadə etməmişdim. İşdən ayrılarkən həmin məzuniyyət günlərimin əvəzində pulumu, 2297,37 manatı tələb etdim. Onlar isə verməyəcəklərini bildirdilər. Bundan əlavə, istədiyim yerə də şikayət edə biləcəyimi qeyd etdilər. Kimə güvənib, kimə arxalanıb bunu edirlər anlamıram..."

Jalə Mürsəlova deyir ki, məsələ ilə bağlı dəfələrlə şirkət rəhbərliyi ilə danışmağa çalışıb, lakin razılıq əldə edə bilməyib. Bundan sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edib: "Tələb olunan sənədləri vermişəm. Bank çıxarışlarım yoxlanılıb. Həqiqətən şirkətin mənə son haqq-hesab ödəmədiyi sübut olunub. Müfəttişliyin son sözü o oldu ki, məhkəməyə müraciət etmək hüququm var".

Sözügedən şirkətin daha bir keçmiş işçisi Səbuhi Novruzov da bənzər problemlərdən şikayətçidir. Onun sözlərinə görə, imzası olmadan əmək müqaviləsinə xitam verilib: "Mən işdən azad olmağım barədə heç bir ərizə yazmamışam və heç bir yerə bu barədə imza atmamışam. Belə çıxır ki, əmək müqaviləsinə xitam "Orion Global" MMC tərəfindən verilib. İşəgötürən tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada mənə dövr üzrə son haqq-hesabım rəsmi olaraq ödənilməyib".

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, şikayətçinin müraciətinə baxılıb: "Vətəndaş Mürsəlova Jalə Rafiq qızının "Orion Global" MMC-nin rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı müraciətinə Xidmətin Bakı şəhər İdarəsində baxılıb. Araşdırma zamanı vətəndaş tərəfindən təqdim edilmiş izahatda işlədiyi dövr ərzində məzuniyyət hüququndan istifadə etmədiyi və əsas tələbinin son haqq-hesabının düzgün hesablanaraq ödənilməsi olduğunu qeyd edib.

Müraciətin araşdırılması məqsədilə "Orion Global" MMC-nin ünvanına Xidmətin Bakı şəhər İdarəsi tərəfindən məktub göndərilib və vətəndaşa aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Qanunun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunub, lakin sənədlər təqdim edilməyib. Jalə Mürsəlova izahatında işlədiyi son bir il ərzində əmək haqqını nağd şəkildə aldığını qeyd etdiyindən, son haqq-hesabının ödənilib-ödənilməməsi məsələsinə münasibət bildirmək mümkün olmayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" alt sisteminə baxış keçirilərkən Jalə Mürsəlova ilə "Orion Global" MMC arasında bağlanmış 01.06.2021-ci il tarixli əmək müqaviləsinə 06.12.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissədinin "a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olub.

Məlumat üçün bildiririk ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanuna uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar 01.01.2025-ci il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmayıb.

Bildiririk ki, "Orion Global" MMC-nin rəhbərliyi tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə sənədlər təqdim edildiyi təqdirdə vətəndaşın müraciətinə yenidən baxılaraq cavab veriləcək.

Müraciətdə qeyd edilmiş məsələnin həlli ilə bağlı vətəndaşın məhkəməyə müraciət etmək hüququ var".

Xidmətdən o da bildirilib ki, şikayətçi olan digər vətəndaşın da müraciəti aidiyyəti üzrə araşdırılacaq.

İddialarla əlaqədar "Orion Global" MMC-nin mövqeyini öyrənmək cəhdlərimiz isə nəticə vermədi. Belə ki, nə şirkətin rəhbəri Turqay Müslümlü, nə də digər əməkdaşlar zənglərimizə cavab verib suallarımızı cavablandırmaq istədi.

Məlumat üçün bildirək ki, "Orion Global" MMC qida, qeyri-qida məhsullarının ölkəyə idxalı və ixracı, eyni zamanda digər xidmətləri göstərən şirkətdir.

Qeyd edək ki, Turqay Müslümlü sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğludur. Yerli mətbuatda son illərdə T.Müslümlünün biznesinin çökməsi barədə məlumatlar yayımlanıb. Hətta "Orion Global" MMC adından götürülən kreditlərin ödənilməməsi səbəbindən şirkət müvafiq bank tərəfindən məhkəməyə də verilib. Borclar nəticəsində eks-nazir oğlunun təsisçisi olduğu şirkəti satdığı haqda iddialar da var.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1574   Tarix: 06 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr