Ali təhsil olmadan uğurlu kariyera qurmaq olarmı ?
Ötən il məktəbi bitirən şagirdlərin 13 faizi təhsilini davam etdirməyib. Cəmiyyətimizdə ali təhsil almayan şagirdlərə qarşı şiddətli qınaq müşahidə edilir. Bəs görəsən buna səbəb nədir ?
Mövzu ilə bağlı Sonxeber.az -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil üzrə ekspert Elmin Nuri bildirib ki, məktəbi bitirdikdən sonra təhsili davam etdirmək şagirdin öz seçimi olaraq dəyərləndirilməlidir:
"Ali təhsil almağı həyat mübarizəsi kimi qələmə vermək düzgün deyil. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan vətəndaşı yalnız 9 – cu sinifə qədər məcburi şəkildə oxumalıdır. 10 və 11 ci sinifi oxumaq, daha sonra ali təhsil almaq həmin fərdin müstəqil seçimi kimi dəyərləndirilməlidir. Biz bunun tamamən əksini görürürk. Biz universitetə əmək bazarına, istehsalat dünyasına aparan trampilin kimi yox, həyat məsələsi kimi baxırıq. Sanki şəxs ali məktəbə daxil olmasa bu artıq onun həyatının sonudur. Təbii ki, həvəsi olan istəyən hər kəsə tələbə adı qazanmasını arzu edirik. Amma bu gün məsələ tək bununla bitməməlidir. Bizi öz potensial bacarıqlarımızla, peşə keyfiyyətlərimizlə gözləyən gələcək, əmək dünyası var. Bu gün əmək dünyasında uğur qazanmaq üçün universitet tələbəsi olmaqdansa, hər hansı bir peşəyə kamil şəkildə yiyələnmək daha məqsədyönlüdür deyə düşünürəm".
Ali təhsil olmadan uğurlu kariyera qurmaq üçün nələr etmək lazımdır ?
"Birmənalı şəkildə uğurlu peşə vərdişlərinə yiyələnmək və onu faydalı şəkildə tətbiq etmək lazımdır. Bu gün peşə təhsilinin istehsalat dünyasında, əmək bazarında yararlılığı bəlkə də ali təhsil müəissiələrinin bu istiqamətdəki göstəricilərindən daha çoxdur. Bundan tam əmin ola bilərsiz. Biz peşə təhsili istiqamətində tədris prosesinə əsaslı yer ayırmalıyıq. Əsaslı güzəştlər olmalıdır. Bu gün düşüncə parametri olan - "universitet olmasa dünya dağılacaq" fikri cəmiyyətin şüuraltından təmizlənməlidir".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Pensiya yaşı ilə bağlı yeni QAYDA
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq